Behbud Qulizadə tutuqlandı

behbood-golizade

Oyannews: Qoşaçayın(Miandoab) Mədəni fəalı Behbud Qulizadə bu şəhərin Kəşfiyyat Bürosu(Ettelaat) tərəfindən tutuldu.
Hrana xəbər ajansının verdiyi məlumata əsasən, xəbər ajansı İranda İnsan Hüquqları müdafiə fəalları, Behbu Qulizadə dünən saat 11:30 civarında Qoşaçay(Miandoab) şəhərində tutulub. Kəşfiyyat quvvələri(Etteleaat) fəalı yaxalayandan sonra hədə qorxu gələrək, evində axtarış aparıblar , onun bilgisayarı,və şəxsi əşyalarını götürdükdən sonra, Behbud Qulizadəni bilinməyən yerə aparıblar.
Yerli qaynaqların verdiyi xəbərə görə Kəşfiyyat Bürosu Təbrizdən gələrək, Qoşaçay Kəşfiyyat Bürosu ilə mədəni fəalı tutuqlayıblar.
Behbud Qulizadə iki dəfə Kəşfiyyat quvvələri tərəfindən tutulub və həbsə məhkum olub. Yaşıl Azərbaycan qeyri hökümət təşkilatının katibi olan mədəni fəalın Qoşaçay Şəhər Şurası tərəfindən etnik mənsubiyyətinə görə lisenziyası iptal olunub.
Hrana

Xəbəri çevirildi Oyannews tərəfindən

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verili

Yorum yazmaq istəyirsinizmi?