Qumtəpədə Tutuqlanan üç nəfər milli mədəni çalışqanın etirazı Ali Məhkəmə tərəfindən rədd edilib

divan

Oyannews özəl xəbər: iranın Ali Məhkəməsi, Əziz Purvəli, Mehdi Həmidi Şəfiq və Vəhid Şeyx Bəglunun etirazları və apelyasiya məhkəməsinə başvuruları Ali Məhkəmə tərəfindən rədd edildi.
Oyannws xəbər ajansının müxbirinin verdiyi bilgilərə dayanaraq, keçən həftə ölkənin Ali Məhkəməsi şöbə 15 Azərbaycanın 3 milli, mədəni fəalının etirazını və yenidən başvurularını rədd edib. Bundan öncədə Qumtəpədə tutuqlanan bir neçə milli, mədəni fəalın məhkədə yenidən başvurusun rədd olunub. Bu halda bir sıra məhkumlar məhkəmənin qərarına etiraz etmənin və yenidən protestosunun son aşamasındadırlar.
Bunuda deməliyik ki 1390-cı günəş ili Şəhrivər ayının ikisi, Azərbaycanın bir sıra milli, mədəni fəalı Urmu gölü haqqında danışıqlar aparmaq və fikirlərin paylaşmaq üçün Təbriz şəhərinin Qumtəpə məhləsində toplanmışdılar. Təhlükəsizlik güvvələri o bölgəni abluka edərək onları tutuqlayıb, Təbrizin Devrim(Enqelab) Məhkəməsinin birinci şəbəsi bunlara “ Milli təhlükəsizliyə qarşı hərəkət ” ittiham edib və bir ildən artıq həbslər verib.

Bu xəbər təkcə “ Oyannews ” adı ilə yayımlanmasına izn var.

Yorum yazmaq istəyirsinizmi?