Mahmud Fəzlinin dosyasında son xəbər

mahmudf

Oyannews: Mahmud Fəzlinin məhkəməsı, Ali Məhkəmə tərəfindən məhkumluq hökmünün pozulması səbəbi ilə Fevralın 19-da keçiriləcək

Mahmud Fəzlinin məhkumluq hökmünün pozulmasına görə ölkənin Ali Məhkəməsi, məhkəmə iclasını 2013-cü il fevralın 19-da Doğu(şərqi) Azərbaycan Apellyasiya Məhkəməsinin 4-cü şöbəsində keçirilməsinə qərar verdi.
Bunu qeyd etməliyik ki, Təbriz Kəşfiyyat bürosunun bilərəkdən mədəni fəalı şöbəyə köçürməmələri fəalın məhkəmə iclasının iptal olunmasına və 2013-cü il fevralın 19-na keçirilməsinə səbəb oldu.
Doğu(Şərqi) Azərbaycan Apellyasiya məhkəməsinin danışmanları, Mikayıl Xubyarpur, Abbas İmanzadə olmaqla, Elman(Mehdi) Nurinin də məhkəmə iclası eyni tarixdə keçiriləcək.
Xəbərə görə və Mahmud Fəzlinin vəkili Fəqihinin sözlərinə istinadən fəalı məhkəməyə köçürməkdə Kəşfiyyat Bürosunun əməkdaşlığı olmazsa, danışmanlar qiyabı halda dosyayı incələyə bilərlər.
Bunu da qeyd etməliyik ki, Mahmud Fəzliyə ailəsi ilə əlaqə yaratmaqda məhdudiyyət yaradılır, mədəni fəal son dəfə həyat yoldaşı ilə 2013 il fevralın 17-də bir neçə dəqiqə danışa bilib.
Mahmud Fəzli Azərbaycanın 28 nəfər mədəni fəalı ilə birlikdə 2011 il Avqustun 24-ü Urmu Gölü haqda danışıqlar apardıqları vaxt tutulub və Təbrizin(Devrim)İnqilab məhkəməsi birinci şöbəsində “Milli təhlükəsizliyə qarşı hərəkət” də ittiham edilərək 24 ay həbs cəzasına məhkum olunmuşdu.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

Yorum yazmaq istəyirsinizmi?