Fəallar Kuxiyan və Vəlizadənin dosyalarının(pərvəndə) son durumu

kuxiyan

Oyannews: Hüquqşünas Fatimə Səttari keçən gün Mehdi Kuxiyan və Oxtay Vəlizadənin vəkilliyini öhdəsinə götürüb.
Oyannews müxbirinin verdiyi billgilərə əsasən 2013 bazar ertəsi fevralın 18-i Fatimə Səttari Hüquqşünas Mehdi Kuxiyan və Oxtay Vəlizadə Azərbaycanın milli – mədəni fəallarının vəkilliyini etməyi öz üzərinə götürüb.
Oxtay Vəlizadə dini qutsallıqları həqarət etmək və Mehdi Kuxiyan Sistemə qarşı reklam etməkdə ittiham olublar. Bilgilərə əsasən Azərbaycanın iki fəalı tutuqlanma qərarı ilə Marağa zindanında saxlanılırlar. Milli mədəni fəallar məhkəmə qərarına etiraz etsələrdə onların bu etirazı rədd edilib. Mədəni fəaların icraat sırasını gözləmək və qərarlarını vermək üçün Məlikan məhkəməsi birinci şöbəyə göndərilib.Hələlik bunların məhkəmə iclaslarının keçirilmə vaxtı bəlli olmayıb, Məlikan Devrim(İnqilab) Məhkəməsi olmamaq nədəni ilə çox ehtimalla bu iki milli fəalın dosyaları(pərvəndələri)Marağaya göndərilə bilər. Deməliyik ki, bu iki milli mədəni fəal Məlikan şəhər sakini Marağa millətinin İran xarici siyasətinə etiraz etdikdən sonra 2012 dekabr ayının 31 tutulublar.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

Yorum yazmaq istəyirsinizmi?