Mahmud Fəzli və Mehdi Nurinin Məhkəmə iclası keçirildi

mahmudf

Oyannewsa özəl: Mahmud Fəzli və Mehdi Nurinin məhkəmə iclası bu gün Doğu(şərqi) Azərbaycan Apellyasiya Məhkəməsinin 4-cü şöbəsində keçirilib.
Oyanewsin müxbirinin verdiyi məlumata görə, bu gün 2013 fevralın 19-u Mehdi Nuri və Mahmud Fəzlinin məhkəmə iclası Doğu(şərqi) Azərbaycan Apellyasiya Məhkəməsinin 4-cü şöbəsində keçirilib.demeliyik ki Mahmud Fəzli iki nəfər Təbriz Kəşfiyyat bürosunun məmurlarının müşayiəti və Mehdi Nurinin ata anası orda olmaqla məhkəmə iclasında hazır olublar.Mahmud Fəzlinin həyat yoldaşı bir neçə həftədən sonra məhkəmə zalında onu görməyi başara bilib.Azərbacanın bu iki milli mədəni fəalının vəkiliklərin Abbas Fəqihi və Fatimə Səttari öz üzərinə alıb.bildiriyə görə bu iclas milli mədəni fəallarınların ittihamlarına baxmanın sonuncu iclası idi, önümüzdəki günlərdə son səs veriləcək.
Bunu deməliyik ki Azərbaycanın bu iki milli mədəni fəalı 27 nəfər mədəni fəalı ilə birlikdə 2011 il Avqustun 24-ü Urmu Gölü haqında danışıqlar apardıqları vaxt tutulub və Təbrizin(Devrim)İnqilab məhkəməsinın 1-ci şöbəsində “Milli təhlükəsizliyə qarşı hərəkət” də ittiham edilərək 24 ay həbs cəzasına məhkum olmuşdular.
Apellyasiya Məhkəməsində bu hökm qüvvədə saxlanıldıqdan sonra bunların etirazı ilə ölkənin Yüdsək Məhkəməsi 32-cı şöbəsindən yenidən başvuru üçün Doğu(Şərqi) Azərbaycan vilayətinin 4-cü şöbə, Apellyasiya Məhkəməsinə sövq edilmişdi.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

Yorum yazmaq istəyirsinizmi?