Rəşt Bilim yurdunda dünya ana dili günü ilə bağlı əzizləmə törəni keçirildi

rt

Oyannewsə özəl: Azərbaycan öyrəncilərinin çalışma sonucund dünya ana dili gününə görə Rəşt Bili yurdunda əzizləmə törəni keçirilib.

Oyannews müxbirinin verdiyi rapora əsasən: Bu törən 40 nəfərdən artıq Azərbaycanın kimlik axtaran öyrənciləri olmaqla 2013 fevralın 21-i günü keçirildi. Bu törənə qatılanlar birinci 21 fevralın tarix və onun birləşmiş millətlər tərəfindən dünya ana dili günü adlandırılmasının səbəblərin danışıblar.Sonra isə öyrəncilər Türk dilinin özəlliklərin və dünyanın yaşayan dilləri arasında onun yeri və fars olmayan millətlər arasında asemilasion siyasətinə qarşı təkid etdilər. Ayrıca Türk dilinin iranda rəsmiləşdirilməsi bu törənin incələmə qonularından biri idi. Milli ruhun gücləndirilməsi haqda elmi təlimatlar, Azərbaycanda milli oyanış sürəci iranın Azərbaycan millətinə milli,mədəni basqılarının olması bu törəndə başqa qaldırılmış tartışmalardan idi.
Oyannews müxbiri artırır tədbirlərdən biri də Azərbaycanın kimlik axtaran öyrəncilərinin özəl bir yayını dünya ana dili günü haqda Rəşt Bili yurdunda yayınlamalarıdır.
Deməliyik hər il İranın çeşitli Bili yurdlarında dünya ana dili günün əzizləmək törənləri Azərbaycanın kimlik axtaran öyrəncilərinin çalışmaları sonucunda keçirilir.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

rt

 

Yorum yazmaq istəyirsinizmi?