Son dəqiqə: Təbrizdə Milli_Mədəni fəallara qarşı toplu tutuqlama

bazdasht

Oyanews özəl :Saatlar öncə İran`ın istixbarat və güvənlik görəvliləri Azərbaycan milli_mədəni fəallarını toplu şəkildə tutuqlayıblar.

Oyanews muxabirinin verdiyi bilgilərə görə Bu gün Yekşenbə 6 İsfənd 1391 (Bazar 24 fevral 2013 ) Təbriz vaxtı ilə axşam saat 20:30`da 40 nəfərdən çox istixbarat və güvənlik görəvlilsi, Təbrizin Gülşəhr bölgəsində olan “Yanar” çayxanasına basqın düzənləyərək Azərbaycan milli_mədəni fəallarını toplu şəkildə tutuqlayıblar. Doğru qaynaqlardan bizə gələn bilgilərə görə, indiyə dək tutuqlananların içində Salar Turi, Məhəmməd Əmiri və Əli Sirnak olmaq üzərə 50`dən çox tutuqlunun olduğu vurğulanır.
Milli_Mədəni fəallar bunun kimi toplu tutuqlamaları Traxtor`un asya oyunlarının yaxınlaşması ilə ilişkiləndirib, güvənlik görəvlilərinin qorxu və polisi atmosfer yaradıb, Azərbaycanlılar tərəfindən ehtimali bir ayaqlanma və mədəni hərəkəti bu yöndəmlə kontrol etməyə çalışdıqlarına inanırlar!

Bu xəbərin yayın haqqı Oyanews sitəsinə aiddir və ancaq qaynaq göstərilərək istifadə edilə bilər

Yorum yazmaq istəyirsinizmi?