Yanar çayxanasında tutulanlardan 5 nəfəri xaric , geri qalanlar sərbəst buraxıldı

kyanar
Oyannews özəl: Dünən Yanar çayxanasında tutulanlardan 5 nəfəri xaric, geri qalanlar sərbəst buraxıldı . Oyannews muxabirinin verdiyi bilgilərə görə bu gün 17 İsfənd 1391 (25 Fevral 2013) Təbriz polisinin istixbarat bölməsi ilkin sorğulamaların ardından səhər erkən saatlarından başlayaraq tutulanların çoxunu buraxaraq sadəcə 5 nəfəri tutuqlu saxlamışlar. 5 nəfərin adları: Salar Turi, Məhəmməd Xətibi, Məhəmməd Əmiri, Ali Sirnak və Adil Xəndan olmaq üzərə Təbrizin istixbarat bölməsində tutuqluluqları davam edir. Qeyd etməliyik ki dünən 6 İsfənd 1391 ( 24 fevral 2013 Bazar ) Təbriz vaxtı ilə axşam saat 20:30`da istixbarat və güvənlik gücləri, Təbrizin Gülşəhr bölgəsində olan “Yanar” çayxanasına düzənlədikləri basqın sonucu 50 nəfər Azərbaycan milli_mədəni fəalı və normal müştərilər toplu şəkildə tutuqlanmış və polisin istixbarat bölməsinə aparılmışdılar. Milli_Mədəni fəallar bunun kimi toplu tutuqlamaları Traxtor`un asya şampiyonluq oyunlarının yaxınlaşmasına bağlayıb, güvənlik güclərinin qorxu və polisi atmosfer yaradaraq, Azərbaycanlılar tərəfindən ehtimali bir ayaqlanma və mədəni hərəkəti kontrol etməyə yönəlik bir əməliyat olduğuna inanırlar!
Bu xəbərin yayın haqqı Oyanews sitəsinə aiddir və ancaq qaynaq göstərilərək istifadə edilə bilər

Yorum yazmaq istəyirsinizmi?