Azərbaycan mədəniyyətinə aid olan çalışmalara lisenziya təkcə Təbrizdə veriləcək

huner

Oyannewsa özəl: Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində hər hansı bir çalışma üçün lisenziya Təbriz şəhərində veriləck.

Oyannewsun müxbirirnin verdiyi rapora əsasən Mədəniyyət və İslam Rəhbərlik Nazirliyinin yeni qərarına görə, Azərbaycanın hər hansı bir şəhərlərində mədəniyyət və incəsənət sahəsində çalşmaq istəyənlər Təbriz şəhərinin Mədəniyyət və İslam Rəhbərlik Nazirliyindən lisenziya almadır lar.
Keçən aylarda Mədəniyyət və incəsənət sahəsində çalışanlar Ərdəbil, Zəngan və Urmiyyə şəhərlərində konsert, sərgi və ya kitab nəşri üçün adı çəkilən vilayətlərdən lisenziya almaq üçün Təbriz şəhərinə göndərilirlər. Təbriz Kəşfiyyat bürosu belə bu şəhərin mədəniyyət qurumları ilə çalışması lisenziyanın qəbul və ya rəddi üçün tamamilə özgürdür. Beləliklə bürokratik sürəc vasitələri, qarışıq və təhlükəsizlik məsələlərini nəzərə alsaq lisenziya almaq Azərbacan fəallarına mümkünsuz olub və təkcə bir neçə hallarda Konsert və teatr üçün Təbrizin sənətçilərinə lisenziya verilib. Bu baxımdan bir sıra Azərbaycan nəşriyyatı Türkcə kitabların nəşri üçün Tehran şəhərindən Təbriz şəhərinə bağlı orqanlara göndəriliblər.
Oyannewsun müxbirinin verdiyi rapora görə Zəngan şəhərində də, körpələrə Türkcə ad vermək üçün , Doğu(şərqi) Azərbaycanın Təbriz şəhərində Sicil Məmurluq idarəsi və Təhlükəsizlik orqanlarının razılığı Zəngan vətəndaşlarına gərəkli olubdur.
İran ərazisində Azərbaycana aid olan hər hansı bir milli, mədəni çalışmalarda verilən qərarlarda Təbrizin Kəşfiyyat bürosunun icazəsi olmalıdır. Batı Azərbaycanda Şəhər Şurası adaylarından birinə səlahiyyətin verilməsi üçün o Təbriz şəhərinə göndərilib.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

Yorum yazmaq istəyirsinizmi?