Traxtor kamandasının məhbuslarına iki nəfərdə artırıldı

destgiri

Oyannewsa özəl: Təbrizin Traxtor kamandasının azar keşlərindən olan Məhəmməd Əli İsmayıl Pur və Kəsra Davudi dünən bu kamandanın Əlcəzirə ilə oyunundan sonra tutulublar.

Oyannewsun müxbirinin verdiyi rapora əsasən,34 yaşlı Məhəmməd Əli İsmayıl Pur Traxtor kamandasının azar keşi Əhərin Vicini kəndinin sakini və 20 yaşlı Kəsra Davudi Xiyodan(meşkin şəhr) dünən 2013 fevralın 26-sı həbs olunublar.Beləlikə təsdiq olunan Statistikalara əsasən indiyə qədər 6 nəfər Azərbaycan milli mədəni fəal və Traxtor kamandasının azar keşlərindən olan 1- Siyamək İrani Şəbistər şəhərindən, 2- Siyamək Seyfi Xiyov şəhərinin(meşkin şəhr) Azad bilim yurdunun Elektrik öyrəncisi, 3- Musa Sudi Binab şəhəri Azad Bilim yurdunun öyrəncisi və 4- Cəfər Rustəmi Rad Mohəqqəq Ərdəbili Bilim yurdunun riyaziyyat fakultəsinin sonuncu kurs öyrəncisi, 5- Məhəmməd Əli İsmayıl Pur Əhər şəhərindən və Kəsra Davudi Xiyo(meşkin şəhr) öyrəncisi Güvənlik orqanlarının həbsindədirlər, Bu gün Siyamək Seyfi evlərinə telfon etdikdə tutulanların Saibdə yerləşən Mənəvi Təhlükəsizlik polisi tərəfindən çox şiddətli döyülməsindən xəbər verib.
Deməliyik ki Traxtor kamandasının qələbəsindən sonra, Azərbaycan gəncləri ictimai bayramla yanaşı şuarlar və öz milli istəklərin bir daha dilə gətirdilər bu iş güvənlik orqanlarının mənfi reaksiyası ilə üzləşib və geniş miqyaslı həbslərə səbəb oldu. İndiyə qədər təkcə adı çəkilən məhbuslar qaynaqlar tərəfindən təsdiqlənib. Başqa tutulanlardan hələlik əlimizdə heç bir xəbər yoxdur.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

 

Yorum yazmaq istəyirsinizmi?