Yanar çayxansaında tutulanların hamısı azad olundu

yanar

Oyannewsa özəl: Dünən Çərşənbə axşamı 2013-cü il fevralın 26-sı axşam saatlarında Yanar çayxanasında bütün tutulanlar girov qarşılığında sərbəst buraxıldı.

Oyannewsun müxbirinin raporuna əsasən, milli fəallar Salar Turi, Məhəmməd Əmiri, Əli Sirnak və Adil Xəndan 2013 il fevral ayının 24-ü Təhlükəsizlik orqanları tərəfindən həbs edilmişdilər. Onlar girov qarşılığında azadlığa buraxıldılar.
Dünən 2013 il fevralın 25-i Kəşfiyyat Bürosunun rəsmiləri ilkin dindirmədən sonra səhər saatlarından başlayaraq bütün Yanar çayxanasında həbs olunanları azad edib. Yalnız 5 nəfər Kəşfiyyat bürosunda saxlanılmışdı.
Deməliyik ki 2013 il fevralın 24-ü axşam saat 8:30 radələrində kəşfiyyat və güvənlik orqanlarının Təbrizin Qolşəhr məntəqəsində yerləşən Yanar çayxanasına hücumu ilə 50 nəfərə yaxın Azərbaycanın milli mədəni fəalı və ayrıca bu çayxananın adi müştəriləri belə Traxtor kamandasının Asiya oyunları ərəfəsində həbs olunmuş və Polis quvvələri tərəfindən kəşfiyyat bürosuna aparılmışdılar.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

 

Yorum yazmaq istəyirsinizmi?