Əli Hedayəti və Elman(Yədullah)Dəşti Qoşaçayın Kəşfiyyat Bürosuna köçürüldü

bazdasht

Oyannewsa özəl: Azərbaycan milli mədəni fəallar Əli Hedayəti və Elman(Yədullah) Dəşti Tikan Təpə(Tikab) sakinləri Qoşaçayın(Miyandoab) Kəşfiyyat Bürosuna köçürüldülər.

Oyannews müxbirinin raporuna əsasən, Azərbaycanın bu milli mədəni fəalları son günlərdə Tikan Təpə(Tikab) Kəşfiyyat Bürosu qüvvələri tərəfindən tutulmuşdular. Qoşaçayın(Miyandoab) Kəşfiyyat Bürosuna köçürülüblər. Deməliyik ki Azərbaycanın bu milli mədəni fəalları tutulandan sonra ev və dükanları yoxlanılıb, bilgisayarları və Türkcə olan kitabları qeydə alınıb.
Əli Hedayəti öncələrdə mədəni çalışmaları üçün dəfələrlə Kəşfiyyat Bürosu güvvələri tərəfindən həbs edilib. O Tikan Təpənin(Tikab)hünərmənlərindəndir və Tikan Təpənin(Tikab) Tətbigi elmlər bilim yurdunun “Aydın” Tələbə jurnalının keçmiş redaktorudur.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

Yorum yazmaq istəyirsinizmi?