İran islam Respublikasının Bakıdakı səfirliyinə oyannews xəbər və çözümsəl bazasının təkzibiyyə cavabı

1375072_592694370787417_1411603662_n

İşarə: Bakının xəbər bazası az.apa.az  2013 fevralın 20-də öz bazasının çıxışında belə bir xəbəri bu başlıqla yerləşdirib Urmiyə gölünün çevrəsində 100-dən artıq kənd bütünlüklə boşalıb. Bu xəbəri az.apa.az oyannewsa qaynaqlanaraq və eyni başlıqla həmin tarixdə yerləşdirdi.Bu xəbər dərhal Bakının çox sayılı başqa mediyalarının çıxış bazasında o cümlədən ann.azpublika.az 525 qəzeti, news.lent.az və s… də yer aldı. Bütün bu bazalarda Oyannewsun adı qeyd olunmuşdu. Ayrıca Amerikanın səsi də Apaya istinadən bir neçə gündən sonra bu xəbəri yayınladı. Bu xəbərin Bakı mediyalarında geniş yayılması səbəb oldu ki İran səfirliyi bir təkzibiyyə İran sifarətinin rəsmi saytında yerləşdirsin. Bu təkzibiyyə İranın Hökümət mediyalarında geniş seviyədə yayıldı. Oyannews xəbər bazası bu təkzibiyyəni 2013 fevralın 25-i”fars”dan köçürdüb peşəkar prinsiplərlə öz veb saytının çıxışında yerləşdirdi və həmin dəqiqədə elan etdi ki gələcək günlərdə bu qonuda cəvabiyyə yayımlanacaqdır.

Urmiyyə gölü və onun çoxlu adaları və bənzərsiz özəlliklərinə görə 1967-ci ildən qorunan bölgə kimi – bir nömrəli qətnamə ölkənin ali şurasının ətraf mühitinin mühafizəsi – təklif və həmin şuranın 63-cü nömrəli aktı ilə(hərəkət) 1975-ci ildə milli parka yüksəldi.1975-ci ildə, Urmiyə gölü və onun güneyində olan bir sıra şirin sulu göllər dünya standartlarına uyğun olma səbəbi ilə bataqlıq qorunma konvensiyasi(Ramsər 1971) bataqlıq konmvansiyasının listəsində yerləşdi.Və eləcədə Beynəlxalq İnstitutu bataqlıqları tərəfindən quşların ən önəmli yerlərindən biri kimi seçildi.

Bu gölün quruması damların geniş sayıda axar çayların qabağında düzəldilməsi ilə başlandı. (1380-ci)günəş ilinin əvvlərindən başlayaraq uzmanların birinci uyarıları gölün quruması haqda qulağa dəydi. 2006-cı ildən bu qölün qurumasının sonucların anlayaraq, Ekoloji köməkci təşkilatlar və bir sıra səlahiyyətli məsullar birinci etirazların hökümətin Urmiyə gölünün quruması ilə bağlı diqqətsiz yanaşması üçün dilə gətirdilər. Onun önəmi burdadır ki bu gölün quruması ilə təxminən 8-10 Milyard ton duz suyun buxar olması nədəni ilə yaranacaq ki uzmanlar bunu duz sunamisi kimi təfsir edirlər.

14 milyon qonşu əyalətlərdə yaşayan sakinin həyatı  birbaşa və dolayı bu göllə bağlıdır və bunun quruması insan fəlakəti ilə qarşılaşacaq.

 

1-    Bu gölün önəmi o bölgənin insanlarının yaşayışı haqqında Cəhanqirzadə Urmiyyənin millət nümayəndəsi 2011-ci ilin yayında İran məclisinin Urmiyə gölünə təcili iki su intiqalı layihəsinə müxalifətindən sonra müxbirlərlə danışığında demişdi: “ 10 milyard ton duzun yaranması və duz fırtınası Urmiyə gölünün qurumasının sonucu və 14 milyon insanın həyatına təsir edib və onların yerdəyişməsinə səbəb olmasına nədən olacağını deyib.

2-    Daha öncədə Nasir Aq Urmiyə Bilim yurdunun Artemiya institut başqanı 2008-ci ilin may ayının 7-də Urmiyə gölünün qurumasının sonuclarına işarə edərək deyib: “ 7 ildən sonra Urmiyə gölü 4 min kvadrat kilometr şoranlığa çevriləcək və onun ən az göstərcisi, bölgədə havanın dəyişməsi, və duzun kənd təsərrüfatı torpaqlarına tərəf gedib onları məhv edib və yüzlərlə kəndin boşaldılmasına səbəb olacaq.

İran İslam Respublikası rəsmiləri və ekologiya uzmanları 6 il öncədən İnsan fəlakətindən xəbər verirdilər və 2011-ci ildən daha da ciddiləşdi. Bu ilin yayında Urmiyə gölünə təcili iki su intiqalı layihəsinə məclisin müxalifətindən sonra kütləvi etirazlarda ən yüksək səviyyəsinə çatdı.

3-    Urmiyə gölünün çevrəsində olan kəndlərdə insanların köç etmə pıçıltıları qulağa çatırdı. 2012-ci ilin iyun aynın 30-da, Abid Fətahi Urmiyənin millət vəkili insanların Urmiyə gölü çevrəsindən köç etmələrini təsdiq edərək İran İslam Respublikasının rəsmi xəbər agentliyi ilə danışığında elan etdi ki : “ … əgər bir gün gördük ki Urmiyə gölünü qurtara bilmirik, o zaman gərəklidir ki gölə geoloji, geofizik və rekonstruktiv, başqa qaynaq onun yerinə tapaq ki bölgənin quzey batı havasına efektiv olsun. Gölü doğal qaynaqlarla gücləndirək. Biz indidən gərək köç fikrində olmayaq.Məgər biz ölkəmizin ikinci yaşıllıq yeri sayılan bölgəmizi buraxa bilərikmi.  Mən millətin nümayəndəsi olaraq köç və köçmənliyə yüzdə yüz qarşıyam. Biz hazirik bu şoranlıqların yanında yaşayaq amma vətəni tərk etməyək. Mənim mesajım bölgəmin bütün insanlarınadır ki hətta əgər qum fırtınaları ilə qarşılaşsaq belə yenə də öz evlərimizdə dirəniş göstərək.

4-    İki ay sonra 2012-ci ilin avqust ayının 22-si Şəbistərin millət vəkili Əli Əlilu İran İslam Respublıkasının rəsmi xəbər agentliyi ilə danışığında belə bəyanat vermişdi: “ Bu gölün duzu, Şəbistər şəhərinin əkinçilərini təşvişə salıb. Bu şəhərin iqtisadiyyatı kənd təsərrüfatı ilə əsaslanır.  Urmiyyə gölünün duzlu toz zərrələrinin təsirindən bu şəhərin ağacları qurumaqdadır və başlanan bu zərərverici iş gələn il daha artıq çoxalacaq.  Bu qonu şiddətlə bu şəhərin kənd təsərrüfatina zərər verəcək və heç bir dəstək paketi kənd təsərrüfatı və əkinçilərdən proqnozlaşmayib. Əlbəttə kənd təsərrüfatı Sadıq Xəliliyanla yazışmalar  olub və məsələni ciddiyətlə qeyd etmişik. Amma heç bir tərpəniş  bu nigarançılığın qarşısında olmayıb”.

5-    Bir ay sonra 2012-ci ilin Oktyabr ayının 3-də Qazipur Urmiyə şəhərinin millət vəkili və məclisin Sanaye və Mədənlər komissiyasının üyəsi, Urmiyə gölünün qurumasının mənfi təsirlərini vurğulayaraq İran İslam Respublıkasının rəsmi xəbər agentliyinə danışığında xatırlatdı: “ Urmiyə gölünün quruması ilə Azərbaycan şoranlığa çevrilib və bütün bağlar və kənd təsərrüfatları belə aradan gedəcək”

6-    Eləcədə Seyid Səlman Zakir Urmiyənin millət vəkili İran İslam Respublıkasının rəsmi xəbər agentliyinə danışığında Urmiyə gölünün qurumasının ciddi təhlükələr yaratdığını anlayaraq 2012-ci ilin may ayının 28-də dedi: “ Təssüflə Urmiyə gölünün durumuna diqqətsizlik Urmiyada şoranlığın çoxalmasına səbəb olub. Urmiyə gölünün quruması ilə təkcə Azərbaycan şoranlığa çevrilməklə deyil eləcədə bütün bağlar və kənd təsərrüfatı da aradan gedəcək. Bunu doğru yönətməklə  yerüstü və yeraltı su süfrələrinin gücləndirilməsi Urmiya gölünün qurumasının və eləcədə bütün təhlükəli durumda olan yeraltı suların qarşısı alınacaq.”

7-    Bu həmdə 2012-ci ilin aprel ayının 22-də rəsmi xəbər agentliyinin ekonomi müxbiri ilə danışığında artırdı:” Göllərin quruması duz fırtınalarının yaranmasına səbəbdir, belə ki bir gölün quruması ilə, bu fırtına göyə qalxır və kənd təsərrüfatına zərər yetirir və tənəffüs problemləri yaranır.Urmiyanin kənd təsərrüfatı yox olmaqdadır. Bu fəlakətin qarşısı ancaq Urmiya gölünün kritik halına təkan verməklə alınar.”

8-    Nasir Qazipur da bir neçə ay sonra 2012-ci ilin iyul ayının 10-da İran İslam Respublikasının rəsmi xəbər agentliyinə danışığında dedi: “ Urmiyə gölünün qurumasının duz fırtınası kimi təhlükələri vardır, belə ki bu fırtınalar kənd təsərufatına zərər verib və tənəffüs problemlərinin yaranmasına gətirib çıxaracaq. İnsanların tələbləri Urmiya gölü haqqında o qədər çoxdur ki səssiz qala bilmərik və bu əsasdan məsullar bu haqda tezliklə addımlar atmalıdır. Urmiyanin kənd təsərrüfat peşəsi yox olmaq halındadır və bu təhlükədən o zaman qurtarmaq olar ki Urmiya gölünün bu kritik halına təkan verilsin. Bu gölün quruduğu halda vurduğu sosial,iqtisadi və ekonomi zərərlər heç kimsəyə gizli deyil, ölkə və bölgənin idarəçiləri təlimatlar həyata keçirmək üçün öz çabalarını göstərməlidirlər.

9-    Azərbaycanın millət vəkillərinin narahatlıqları İslam Şurasının məclisinin açıq oturumuna belə gətirib çıxardı, belə ki İran İslam Respublıkasının rəsmi xəbər agentliyinin raporuna görə, Nadir Qazipur Urmiya millət vəkili  2012-ci ilin aprel ayının 18-də rəsmi oturumda səkkizinci məclisdə, ifadəsində Urmiya gölünün 70 faizinin quruması və təkcə 30 faizinin yaşamasından dedi:” Bu gedişlə milyonlarla Azərbaycan Türkü müsəlman və vilayətmədar ölkədən köç edəcək və bu məsələ çox üzücü olacaqdır.”

10-  Eyni zamanda 2008-ci ildə Urmiya Bilim yurdunun Artemiya institut başqanı Nasir Aq gələcək 7 ildə Urmiya gölünün tamamilə qurumasından xəbər vermişdi, o halda ki öncəki simətin əldən vermişdi. »Tehran bu gün«də danışığında gələn ilə qədər (2013) Urmiyə gölünün güneyinin tamamilə qurumasından xəbər verərək demişdi:” Urmiya gölünün quruması əhalinin şəhəri tərk etməsinə gətirib çıxaracaq”.  Ekonomi uzmanları və rəsmi qüvələrin bütün bu uyarılarına İran Islam Respublikası bu insan və ekonomi fəlakətin qarşısını almaq üçün münasib bir addım atmayıb.

Məsud Pezeşkiyan Təbrizin millət vəkili və Urmiya gölünün xilas farksiyon üyəsi, Dövlətin yavaş işləməsinə etiraz olaraq 2012-ci il dekabrn 11-i seçilmiş sahə müxbiri ilə İran İslam Respublıkasının rəsmi xəbər agentliyinə danışığında 4-cü plan inkişaf yasasının ekonomi tartışmasında dedi:” 4-cü plan inkişafında önərilmiş yollarda Urmiyə gölünün qurtarması yolları var ki dövlət indiyə qədər bu yazılmış yasaların həyata keçirməsindən baş qaçırdıb və  Urmiya gölünün qurtarması üçün addımlar atılmasını istəmir.”

11- Dövlətin və məclisin Urmiya gölünün fəlakətinə məntiqsiz yanaşması o zaman çox göründü ki Urmiyə gölünə təcili iki su intiqalı layihəsi il müxalifət edildi  və Musa Əlrza Sərvəti Bocnurd millət vəkili ələni məclisdə təhqir edici sözlər işlədib. Bu da radioda canlı yayınlanırdı.Bu çıxışında elan etdi ki:” necə ola bilər ki dövlət uzmanlıq işləri ilə bu sonuca çatmayıb amma sizlər təcili iki su intiqalı ilə bu işi edirsiniz? O bölgənin Kənd təsərrüfatı ziyanlarına ödənək büdcə yerinə onlara pul verin ki ordan köçüb getsinlər və başqa bir iş görsünlər

Bocnurd millət vəkilinin arzusu Azərbaycanın yerli sakinlərdən boşaldılmasında və bu torpaqların şoranlıq və çöllüyə çevrilməsində o zaman həqiqətə yaxın oldu ki Qazipur Urmiyənin millət vəkili 2012-ci il iyul ayının 10-da müxbirlərlə danışığında onların bu sorğusu ki, internetde yayılan bu xəbər ki duz fırtınasın təsdiqləyirsiniz, dedi:” o küləklər ki Urmiyə gölünün bölgəsində olur bəllidir ki duzlarıda özləri ilə hərəkətə gətirib və köçürdür, ona görədə demək olar ki fırtına baş verib.Küləklərin təsiri bu tərəflərə az olacaq və daha çox Doğu Azərbaycan tərəfə hərəkət edəcək və o cümlədən Təbriz, Şəbistər, Əcəbşir, və s… mərkəziyyətdədirlər.

12-   Bir ay sonra da  Şərq milli qəzeti, Tehran çapı, bölgənin əhalisi ilə danışıqda duz fırtınasının nəqədər doğru olub olmadığını araşdırdı. Bölgə əhalisindən biri olan Rza adlı bir şəxs Şərq qəzetinə dedi:”Mən öz gözlərimlə duz zərrələrinin dəniz yatağından qalxmasının şahidi olmuşam.” Bu cümlələr onun Urmiya gölündə duz fırtınasından rəvayətidir: duz fırtınası və şor küləklərin olmasını məsulların təkzib etməsi sorunu çözmür, çünki bu fırtınalar təzə başlayıb və hamı bunları görməyib və hiss etməyib. Gərək zaman keçsin. Ayrıca gölün sahilində olan »Aq Günbəd« bölgəsi ilə ilgili olan plyajlar Urmiya gölünün doğu bölməsindədir və tamamilə Urmiya gölündə bu olğusunu isbat edir, bu olayı təkzib etmək məsələyə göz yummaqdır. Gec ya da tez hər kəsi giriftar edəcək və heç bir  sorunu həl etməyəcək.

13-   Şindava kəndinin sakini Mehdi (Şəbistərin 5 kilometrliyində) 2013-cü ilin fevralında Oyannews müxbirinə deyib:” 4 hektar torpağımız vardır və məhsullarımız Hulu,Gilas, və Almadır. 3 il bundan öncə ildə 100 milyon tümən gəlirimiz var idi , amma keçən il gəlirimiz 15-20 milyon tümən olub və dövlət tərəfindən sığorta krediti və ya heç bir yardım olunmayıb. Bir sıra sakinlər qaşınma və öskürək xəstəliyinə tutulub və hamısı buna inanır ki bu duzlu küləklərin əsməsinin səbəbindəndir.Yayda bizim ağacların bütün yarpaqları duzla dolacaq və bağı aradan aparacaq. Quyu suyu tamam ilə acılaşıb və yararsız hala düşüb. 25-30 quyu daha kəndimizdə bu hala düşüb.Bu quyulardan: Miriban, İskəndər motoru, Zaviyə motoru, Durman motoru, Daf, Qulu motoru və s…”

Keçən bir ildə bölgənin iqliminin dəyişməsi cismi xəstəliklərdən başqa Psixoloji xəstəliklər o cümlədən depresyon da sakinlərin arasında çoxalıb.Şindava kəndində son bir ildə 3 nəfər Nasir Kərimi, Əsgər Codət və xanım Hidayəti depresyon səbəbindən intihar ediblər. Kənd sakinləri bu depresyonun səbəblərinin bölgədə iqlimin geniş səviyyədə dəyişməsindən görürlər. Şəbistər şəhərindən Sofiyan tərəfə uzunluğu 30 kilometr olan bir bölgədə bütün badam bağları duzlu küləklərin əsməsi səbəbindən quruyub və quyularında suyun şorluğu o dərəcəyə çatıb ki işlətməsi mümkünsüz olub. Bu Təsucun Qara Təpə kəndinin quyularının duzla dolması tamamilə bəlirgindir.

Urmiya gölünün qurumasının fəlakəti və sakinlərin bölgədən köç etməsi hətta İranın Tv kameralarında bölgəyə gəlməyə məcbur etdi. Bu verilişlərin birində ki bir ay öncə xəbər kanalında yayınlandı yaşlı bir kişi ki bu bölgənin kəndlərindən birində yaşayırdı dedi: Bir iki il bundan öncə kəndimizdə 180 ailə yaşayırdı amma indi təkcə 60 ailə bu kənddə sakindir.

Oyannewsun meydan araşdırmaları(hər nə qədər kiçik və Şəbistər rayonunun bir hissəsinə bağlı olsa da) yeraltı suların aradan getməyi və aşırı dərəcədə şor olmağı nədəni ilə insanların ordan şiddətlə köç etməsi səbəb olub.

Şarabxana , Şindava, Təsuc şəhərləri və Köş, Şin Gil Ava,Əli Bəylu, Şeyx Vəli, Yeddi Çeşmə, Qara Təpə, Vayqan, Zinab, Sarvan Qulu, Heydər Abad Mişen, Məra Quş qalası, Yusuf Abad, Til, Çehrəqan, Orman, Saray, Çobanlu və Çeşmə Kənan kəndlərinin kənd təsərufatı quyu suları duzla dolub və yararsız hala düşüb bu səbəbdən əhalinin geniş səviyyədə başqa şəhərlərə köç etməsinə o cümlədən tehran şəhərinə gətirib çıxardıb. Son 5 kənd isə öz əhalisinin 90 faizin əldən verib və tərk edilmiş kəndə çevrilməkdədir.

Liman şəhəri olan Şərabxana ki bir zamanlar Azərbaycanın əsas turist mərkəzlərindən hesab olunurdu indi bir duz dolu şoranlığa çevrilib, və öz turizm rolunu əldən verib və orda olan böyük və məşhur Şərabxana hoteli qapanıb.(Görüntülərə Buradan Baxınız)27

İranın Bakıda olan möhtərəm səfiri kəndlərin boşalmasını təkcə Makı şəhərinə bağlayır və onun da səbəbini sədlərin düzəldilməsi və sel sularında xəsarət almamaq üçün görür. Amma Makı şəhərinin kənd təsərufatının işçiləri Oyannews müxbiri ilə danışıqlarında deyiblər ki son illərdə, təkcə şiddətli sel iki il öncə Makıda baş verib. Bu da Makıda heç bir kəndin yer dəyişmək və ya boşalmasına səbəb olmayıb. Səddin düzəlməsində də 15 il bundan öncə səddin anbarının su saxlama zamanı təkcə 3 kənd boşaldı və ordaki əhali qonşu kəndlərə köçdülər.

Aşağıdaki rəsim Mehr xəbər ajansından(İran İslam Respublikasına bağlı ki bəzən Mehr dövlət xəbər ajansı kimidə adlanır) ki Binab şəhərindən alınıb yaxşıca bölgədə iqlimin dəyişməsi və onun çöllük və şoranlığa çevrilməsini( sakinlər ya ordan köç ediblər və ya köç etməyə məcbur olacaqlar) göstərir. Rəsimlərdə heç bir açıqlama gərəkmir. Özü bölgədə durumun necə kritik və ağır olduğunu göstərir.

01

14-    Daşkəsən bölgədə olan kndlərdən biridir ki Şəhramin rayonunda ki Azərşəhr şəhərinin mərkəzi bölməsinin yerləşir. Bu kənd batı tərəfindən Urmiyə gölünə bağlanır və Urmiyə gölünün tədricən quruması nədəni kənd təsərufatına çox zərər yetirib. Bu kəndin bir çox sakini ki 475 nəfər əhalisi var gölün quruması nədəni ilə və onun yaxınlığında yaşamaqlarına görə dəri və ağ ciyər xəstəlikələrinə tutulublar.

15-    İran İslam Respublikasının rəsmi orqanları dəfələrlə Urmiyə gölünün qurumasının sonucları və bölgənin kənd təsərufatına düzəlməz zərərlərindən danışıblar. Müxbirlərin bildirişinə görə 2012-ci ilin iyun ayının 21-də doğu Azərbaycanın doğal qaynaqlar və su ayırıcılığının başqanı Davudi dedi:” Urmiya gölündə suyun azalıb geri çəkilməsi və sonucda şor ərazilərin görünməsi yeraltı suların geri çəkilməsi və şorluğun çoxalmağı, şəraiti duz küləklərinin və duzun kənd təsərrüfatı, kəndlər və qonşu şəhərlərə toz torpağın yayılmasını sağlayacaq.

16-    Urmiya gölünün quruması nədəni ilə o kəndlər ki bu gölə yaxındır daha çox hiss olunur və bir neçə il bundan öncə bir sıra kəndlilərin köçü başlayıb.  Batı Azərbaycanın  ekologiya baş müdiri Həsən Abbas Nejad Urmiyə gölünün ekoloji sorunları haqqında müxbirlərə deyir: Urmiya gölünün bir sıra doğu kəndlərində olan sorunlar üzündən əhali gölün qonşu şəhərlərinə köç ediblər. İndiki vaxtda bizim nigarançılığımız Urmiya gölünün quruması və onun arxasında buraxacağı duz zərrələridir ki bunun səbəbdən bölgənin yaşıl düzənliklərin zərər görməsi və o bölgədə yaşayan insanların bu duz zərrələrindən ziyan çəkməkləridir.

17-    Yerli küləklərin istiqamətinə diqqət yetirsək batıdan doğuya əsməkdədir və bu zərərlər gölün doğu kənarında daha artıq olacaqdır. Bu fikirin təsdiqində doğu Azərbaycanda kənd təsərufatı başqanı Məhəmmədiyan 2012-ci ilin yanvar ayının 28-də müxbirlərə deyib: Əyalətin 600 hektar ərazisi Urmiyə gölünün haşiyəsindədirlər. Məlikan( Məlik kəndi) şəhəri, Binab, Əcəbşir,Azərşəhr(Tufarqan) və Şəbistər şəhərləri bu aralıqdadırlar və bunların kənd təsərrüfatı bərbad haldadır. Məhəmmədiyan artırıb: Duz küləklərinin bu geri çəkilməkdən yaranması əyalətin kənd təsərufatına ciddi təhlükədir.

18-    Çoxlu uzmanlar və rəsmi qüvvələrin olması ilə çeşitli konfranslar keçirilib, adı çəkilən əyalətlərdə və Urmiya gölünün quruması nədəni ilə onun ciddi təhlükələri və insanların o bölgədə indiki durumu araşdırılib.

Təbrizin millət vəkili Məhəmməd İsmail Səidi 2013-cü ilin fevral ayının 3-də Göganın kənd təsərrüfatı məsələlərı və problemlərini araşdırıb. Bu Təbrizdə yaşayan Goganlıların ev sahibliyi ilə və, əyalətin kənd təsərrüfatı rəhbəri Məsud Məhəmmədiyanın iştirakı ilə keçirilmişdi.O çıxışında qeyd etdi: Əkinçiliyin suyunun şiddətlə azalmağı və mövcud olan suların şorluğu Şirəmin rayonunda yaşayan insanlar və Azərşəhr(Tufarqan)in Gögan bölməsinin aşağı axında olan kəndlərinin gündəlik yaşamı pozulubdur. Bu əyalətdə təxminən 90 % əkinçilik və bağ suları quyulardan alınır Urmiya gölünün suyunun geri çəkilməsi Azərşəhr(Tufarqanın) kənd təsərrüfatı bölməsinə əlverişsiz təsir buraxıb. Kənd təsərrüfat suyunun çox az olması və kənd təsərrüfatına qoyulan xərclərin bahalaşması, başqa tərəfdən isə maldarlıq, kənd təsərrüfatı və bağçılıq Azərşəhr(Tufarqan)əyalətini təhdid edib və Gogan bölməsini və xüsusi ilə də batı tərəfi ki Urmiyə gölünün çevrəsində yerləşir, kənd təsərrüfatı baxımında ciddi təhlükəylə üzləşib. Urmiyə gölünün suyunun geri çəkilməsi və kənd təsərufatı quyularının keyfiyyətinin aşağı düşməsi bu gölün çevrəsində olan əyalətlərə, bağların və kənd təsərufatının quruması və sonda təslimatçıların gəlirinin azalması və onların başqa şəhərlərə  köçməsinə gətirib çıxarır.

19-     Əcəbşirin valise Əjdər Ələmi də 2012-ci ilin iyununda Əcəbşir şəhərində bölgənin şoranlıqla mübarizə konfransında dedi: Urmiyə gölünün suyunun geri çəkilməsi bu əyalətin quyu sularının şorlaşmasına səbəb olub və bu bölgənin kənd təsərrüfatına böyük təhdiddir.

Amma bu konfransda önərilən programlar bölgədəki əkinçiləri qorumaq nədəni ilə doğu Azərbaycan əyalətinin məsullarının tədbirləri ilə tamamiylə fərqli yerdə yerləşir. Əyalətin məsulları elmi və peşəkarlıq yollarını tapmaq yerinə tikilmiş səddlərdən Urmiya gölünün su haqqını almaqla onun qurumağının qarşısını almaq yerinə  bölgədə kənd təsərufatının azalmasının marağındadırlar.

20-    Bu baxımdan doğu Azərbaycanın Kənd təsərufatı rəhbəri  Məhəmmədiyan2012-ci ilin iyul ayının 15-də bunları demişdir:” Urmiya gölünün çevrəsində, Kənd təsərrüfatı inkişaf etməyəcək. Urmiya gölünün çevrəsində olan problemlər nədəni ilə və susuzluğun bu coğrafiyada aşırı dərəcədə olması, bu gölün çevrəsində kənd təsərrüfatı ərazisinin genişlənməsi Batı Azərbaycanın icraiyyə komitəsinin gündəliyində yoxdur.

21- O başqa yerdə müxbirlərə deyib:” Hər hansı bir kənd təsərrüfatı inkişafı və bağçııq Urmiya bölgəsinin çevrələrində yasaqdır.”

22-    Bununla əlaqəli Dizəc Xəlil kəndinin  sakini Aydın (Doğu Azərbaycanın Təsuc şəhəri yaxınlığında) Oyannewsun müxbiri ilə danışığında deyir:”5 hektar torpağımız vardır, ürünlərimizin çoxu huludur, keçən ilə qədər 150 milyon tümən gəlirimiz var idi. Amma bu il gəlirimiz 40 milyona düşüb. Dövlət bölgənin kənd təsərrüfatını qorumaq üçün təkcə 10 milyon kredit 30 faizlə və iki nəfər zamin istəməklə verir.Təxminən 10 nəfər yaxın qohumlar depresyon xəstəliyindən müalicə alırlar.O həmdə artırır ki quyularımız həm acı və həm yarı olub.Quyular o cümlədən İmam Zaman quyusu, Xoşbəxt,Kamal bəy,Mərhəməti, Seyid Motori və s…lər. 70% kənd sakinlərindən köç edib və Tehrana gedib.2011-ci ilin oktyabrında suvarma sisteminin mexanikləşdirilməsinə görə kredit götürmək üçün addım atmışam. Amma hələlik heç bir xəbər yoxdur. Bölgənin kənd təsərrüfatı rəhbərinin sözlərinə görə bu məqsədlə indiyə qədər 300 sənəd düzəldilib və təkcə 50 sənədə kredit verilib.”

Urmiyə gölünün quruması səbəb ilə kəndlərin boşalmasına bütün bu mövcüd sübutlara baxmayaraq, İranın möhtərəm səfiri Bakıda kənd sakinlərinin köç etməsin Makıda sel təhlükəsi səbəbindən olduğunu elan edir. Hətta İran dövlətinə bağlı olan mediyalarda belə bir başlıqla” Urmiya gölünün durumu haqqında İran səfirinin məntiqsiz hesabatları” adlı yazılar yayınlayırlar.

Cəlbedici qonu budur ki İran səfiri o qədər ölkə içində olan olaylardan xəbərsizdir ki hətta İranın millət vəkillərinin rəsmi xəbər agentliklərinə verdikləri müsahibələrdə söyləndiyi Azərbaycanın kəndləri boşalmaqdadır sözlərini belə eşitməyib. Bu məqamatların İran parlamentinin ən rəsmi mövqeyi yəni islam şurasının parlamentində o qədər aşkardır ki İran səfriliyinin təkzibiyyəsini mənasız və boş bir yazıya bənzətmək olar.

23-  Urmiya gölü ətrafinda 10-larla kəndin boşalmasının birinci rəsmi xəbərini Urmiya gölünün beynəlxalq konfransında – (2012-ci ilin dekabır ayının 8-də) çalışmalar və çözümlər İranın yüksək səviyyəli məqamatları tərəfindən ortaya atıldı. Bu konfransda ilk öncə Urmiyanın millət vəkili Cavad Cəhanqirzadə  bildirdi ki duzlu küləklər Urmiya gölünün quruması ilə başlanacaq və bir sıra şəhərlər o cümlədən Urmiyə başqa bölgəyə köçürüləcək ki o da təxminən 30 min milyard tümən məsrəflə bərabərdir.

24-   Prezidentin müavini Mühəndis Məhəmməd Cavad Məhəmmədizadə də bu konfransda bildirdi ki:” Urmiya gölünün problemi bölgə ötəsinə çevrilib və vahid bir düşüncə tələb edir, bölgə ərazisinin 200 min hektarı şoranlığa çevrilməkdədir… indiki durumda Batı Azərbaycanın 40 kəndi şoranlıq və Urmiyə gölünün quruması nədəni ilə boşalıb.

25-   Urmiyanın millət vəkili Qazipur  2013-cü il yanvar ayının 12-də İran İslam Respublıkasının rəsmi xəbər agenliyi ilə danışığında deyib:” Urmiyə gölünün qurumaması üçün dövlətin bəhanələr gətirib işi gecikdirməsinin heç bir əsaslandırması yoxdur. Düz fırtınası millətin canını və malını  təhdid edir… .Araşdırmalar əsasında Urmiyə gölünün çevrəsindən təxminən 50 kənd boşalıb. Başqa tərəfdən uzmanların dediklərinə görə Urmiya gölündə duz fırtınasının ciddiləşməsi ilə təxminən 25 milyard tümən dəyərində millətin bölgədən yer deyişməsinin xərcidir.

26-  Başqa bir yandan bu qonunu da nəzərdə tutmalıyıq ki bu 50 kənd ki Urmiya millət vəkilləri onu vurğuladılar Urmiyə gölünün batı sahilində yerləşirlər. Bu bölmə Urmiya gölünün doğu səmtinə  baxanda daha az böhran giriftarıdır.

Azərbaycanın doğu və batısında bu gölün çevrəsində olan əyalətlərin sayına göz dolandırsaq 100 kəndin boşalması və onların başqa şəhərlərə o cümlədən Tehrana köç etmələri heç şişirdilmiş deyil. Aşağıda yazılan Urmiya gölünün çevrəsində olan bir sıra əyalətlərin kəndlərinin adları İran İslam Respublikasının resmi qaynağından alınmışdır.

Məlikan(Məlik kəndi): 84 kənd

Binab əyaləti: 30 kənd

Əcəbşir: 40 kənd

Azərşəhr(Tufarqan): 41 bağlı kənd

Şəbistər: 75 kənd

Salmas: 182kənd

Urmiya: Bütünlükdə 800 kənd amma bölmələrdən Nazlı, Ənzəl, və Mərkz bölmələrində Urmiya gölünün çevrəsində təxminən 300 kənd yerləşir

Nəqədə(Sulduz)92 kənd

Miyandoab(Qoşaçay)170 kənd

Verdiyimiz saylara əsasən Urmiya gölünə yapışıq olan 1000-dən artıq kənd hamısı gölün quruması və o səbəbdən duz fırtınalarının yaranmasında təsirləniblər. Əgər Batı Azərbaycan ekanomi rəhbəri Həsən Abbas Necadın 2012-ci ilin sentyabr ayında bu dediyini qəbul etsək:” Təssüflə Urmiya gölünün 70%-i quruyub başqa cür desək 300 min hektar onun bütöv ərazisindən  şoranlığa çevrilib” mövcud olan kəndlərin 10%-nin boşalmasını qəbul etsək , 100 kəndin də boşalması məntiqsiz deyil.

Yayınlanan rəsimlər Nasanın rəsmi saytindandır ki tamamilə bu gölün son illərdə nə qədər qurumasını göstərir.

02

03

Əlbəttə bunu da deməliyik ki gördüyünüz rəsimlər 2011-ci ilin əvvələrinə qayıdır. İndi bu gölün durumu o zamandan daha pisdir.

Bu ayrıntıların hamısından sonra İranın Bakıdakı möhtərəm səfirindən istəyirik ki bu gölün çevrəsində olan şəhərlər və kəndlərə qısa bir səfərlə bu fəlakətin nə qədər dərin olması ilə tanış olsun və 100-dən artıq kəndin boşalmasını Makı əyalətinə ki əsla bu gölün sahilində belə deyil bağlamasın.

Bu cavabda rəsmi qaynaqlar, İran dövlətinə bağlı, İran və Azərbaycan əyalətinin yüksək səviyyəli məmurları və eləcədə Oyannews müxbirinin bildirişi və meydan araşdırmalarından istifadə edib çalışdıq əsaslı bir cavab hazırlayıb İranın Bakıdaki səfirinin təkzibiyyəsinə verək.

1 – http://isdle.ir/news/index.php?news=6478

2 – http://www.asriran.com/fa/news/42009/%D8%AF%D8%B1%D9%8A%D8%A7%DA%86%D9%87-%D8%A7%D8%B1%D9%88%D9%85%D9%8A%D9%87-7-%D8%B3%D8%A7%D9%84-%D8%AF%D9%8A%DA%AF%D8%B1-%D8%AE%D8%B4%D9%83-%D9%85%D9%8A%E2%80%8C%D8%B4%D9%88%D8%AF

3 – http://www.icana.ir/NewsPage.aspx?pr=s&query=%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87%20%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87%20&NewsID=199843

4 – http://www.icana.ir/NewsPage.aspx?pr=s&query=%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87%20%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87%20&NewsID=204209

5 – http://www.icana.ir/NewsPage.aspx?pr=s&query=%D9%86%D8%A7%D8%AF%D8%B1%20%D9%82%D8%A7%D8%B6%DB%8C%E2%80%8C%D9%BE%D9%88%D8%B1%20&NewsID=207916  

6- http://www.icana.ir/NewsPage.aspx?pr=s&query=%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87%20%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87%20&NewsID=197583

7 – http://www.icana.ir/NewsPage.aspx?pr=s&query=%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87%20%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87%20&NewsID=194595

8-http://www.icana.ir/NewsPage.aspx?pr=s&query=%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87%20%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87%20&NewsID=200831

9 -http://www.icana.ir/NewsPage.aspx?pr=s&query=%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87%20%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87%20&NewsID=194392

10-http://www.icana.ir/NewsPage.aspx?pr=s&query=%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87%20%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87%20&NewsID=214895

11-http://www.yjc.ir/fa/news/4017332/%D9%88%D9%82%D9%88%D8%B9-%D8%B7%D9%88%D9%81%D8%A7%D9%86-%D9%86%D9%85%DA%A9-%D8%AF%D8%B1-%D8%A7%D8%B7%D8%B1%D8%A7%D9%81-%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87-%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87-%D8%B5%D8%AD%D8%AA-%D8%AF%D8%A7%D8%B1%D8%AF

12- (گلايه همسايگان درياچه اروميهسازمان محيط زيست: سونامي نمك درياچه اروميه تا تهران مي رسدنويسنده: صدرا محقق روزنامه شرق،شماره 1589 8/5/91)

13 - http://www.mehrnews.com/detail/News/1644866

14 – http://fa.wikipedia.org/wiki/%D8%AF%D8%A7%D8%B4%DA%A9%D8%B3%D9%86_(%D8%A2%D8%B0%D8%B1%D8%B4%D9%87%D8%B1)

15 – http://www.yjc.ir/fa/news/3996439/%D8%AA%D9%87%D8%AF%DB%8C%D8%AF-%D8%B1%D9%88%D8%B3%D8%AA%D8%A7%D9%87%D8%A7%D9%88%D8%B4%D9%87%D8%B1%D9%87%D8%A7%DB%8C-%D8%AD%D8%A7%D8%B4%DB%8C%D9%87-%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87-%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87-%D8%A8%D8%A7-%D8%A8%D8%A7%D8%AF%D9%87%D8%A7%DB%8C-%D9%86%D9%85%DA%A9%DB%8C

16-http://www.asriran.com/fa/news/178018/%D9%85%D9%87%D8%A7%D8%AC%D8%B1%D8%AA-%D8%B1%D9%88%D8%B3%D8%AA%D8%A7%DB%8C%DB%8C%D8%A7%D9%86-%D8%A7%D8%B7%D8%B1%D8%A7%D9%81-%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87-%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87-%D8%A8%D9%87-%D8%AF%DB%8C%DA%AF%D8%B1-%D8%B4%D9%87%D8%B1%D9%87%D8%A7-10-%D8%A7%D8%B3%D8%AA%D8%A7%D9%86-%D8%AF%D8%B1%DA%AF%DB%8C%D8%B1-%D9%85%D8%B4%DA%A9%D9%84%D8%A7%D8%AA-%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87-%D9%87%D8%B3%D8%AA%D9%86%D8%AF

17-http://www.yjc.ir/fa/news/1034257/%D9%BE%D8%B3%D8%B1%D9%88%DB%8C-%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87-%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87-%D8%AA%D9%87%D8%AF%DB%8C%D8%AF%DB%8C-%D8%A8%D8%B1%D8%A7%DB%8C-%DA%A9%D8%B4%D8%A7%D9%88%D8%B1%D8%B2%DB%8C-%D8%A2%D8%B0%D8%B1%D8%A8%D8%A7%DB%8C%D8%AC%D8%A7%D9%86-%D8%B4%D8%B1%D9%82%DB%8C-

18- http://www.farsnews.com/newstext.php?nn=13911115000251

19-http://tabriz.irna.ir/News/80188184/%D9%BE%D8%B3%D8%B1%D9%88%DB%8C-%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87-%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87-%D9%85%D9%88%D8%AC%D8%A8-%D8%B4%D9%88%D8%B1%DB%8C-%DA%86%D8%A7%D9%87-%D9%87%D8%A7%DB%8C-%D8%B9%D8%AC%D8%A8%D8%B4%DB%8C%D8%B1-%D8%B4%D8%AF%D9%87-%D8%A7%D8%B3%D8%AA/%D8%A7%D9%82%D8%AA%D8%B5%D8%A7%D8%AF%D9%8A/

20-http://www.yjc.ir/fa/news/4022234/%D8%B9%D8%AF%D9%85-%D8%AA%D9%88%D8%B3%D8%B9%D9%87-%DA%A9%D8%B4%D8%A7%D9%88%D8%B1%D8%B2%DB%8C-%D8%A8%D9%87-%D8%AF%D9%84%D9%8A%D9%84-%D9%85%D8%B4%DA%A9%D9%84%D8%A7%D8%AA-%D9%85%D9%88%D8%AC%D9%88%D8%AF-%D8%AF%D8%B1%D8%AD%D8%A7%D8%B4%D9%8A%D9%87-%D8%AF%D8%B1%D9%8A%D8%A7%DA%86%D9%87-%D8%A7%D8%B1%D9%88%D9%85%D9%8A%D9%87

21-http://www.yjc.ir/fa/news/3987577/%D9%85%D9%85%D9%86%D9%88%D8%B9%D9%8A%D8%AA-%D8%AA%D9%88%D8%B3%D8%B9%D9%87-%DA%A9%D8%B4%D8%A7%D9%88%D8%B1%D8%B2%DB%8C-%D8%AF%D8%B1-%D8%AD%D8%A7%D8%B4%DB%8C%D9%87-%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87-%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87

22-http://www.khabaremruz.com/azarbaijan/%D8%A7%D8%B8%D9%87%D8%A7%D8%B1%D8%A7%D8%AA-%D8%BA%DB%8C%D8%B1%D9%85%D9%86%D8%B7%D9%82%DB%8C-%D8%B3%D9%81%DB%8C%D8%B1-%D8%A7%DB%8C%D8%B1%D8%A7%D9%86-%D8%AF%D8%B1-%D9%85%D9%88%D8%B1%D8%AF-%D9%88%D8%B6

23-http://www.asriran.com/fa/news/244969/%D8%A7%D8%B9%D9%84%D8%A7%D9%85-%D8%B3%D9%86-%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87-%D8%A7%D8%B1%D9%88%D9%85%DB%8C%D9%87-%D8%AA%D9%88%D9%82%D9%81-%D8%B7%D8%B1%D8%AD-%D9%87%D8%A7%DB%8C-%D8%B3%D8%AF%D8%B3%D8%A7%D8%B2%DB%8C-%D8%AE%D8%A7%D9%84%DB%8C-%D8%B4%D8%AF%D9%86-40-%D8%B1%D9%88%D8%B3%D8%AA%D8%A7-%D8%A7%D8%B2-%D8%B3%DA%A9%D9%86%D9%87-%D8%A8%D8%B1%D9%86%D8%A7%D9%85%D9%87-%D8%A2%D8%A8%D8%B1%D8%B3%D8%A7%D9%86%DB%8C-%D8%A8%D9%87-%D8%AF%D8%B1%DB%8C%D8%A7%DA%86%D9%87

24-http://isna.ir/fa/news/91091809914/%D8%B1%DB%8C%DB%8C%D8%B3-%D8%B3%D8%A7%D8%B2%D9%85%D8%A7%D9%86-%D9%85%D8%AD%DB%8C%D8%B7%D8%B2%DB%8C%D8%B3%D8%AA-200%D9%87%D8%B2%D8%A7%D8%B1%D9%87%DA%A9%D8%AA%D8%A7%D8%B1-%D8%A7%D8%B2%D8%A7%D8%B1%D8%A7%D8%B6%DB%8C

25 -http://www.icana.ir/NewsPage.aspx?NewsID=216767

26 - http://earthobservatory.nasa.gov/IOTD/view.php?id=76327&src=iotdrss

27-http://www.youtube.com/watch?v=xCDNYsI4uiI&feature=youtu.be&noredirect=1

oyannews01

oyannews02

oyannews03

oyannews04

oyannews05

oyannews06

oyannews07

oyannews08

oyannews09

oyannews10

oyannews11

oyannews12

oyannews13

oyannews14

oyannews15

oyannews16

oyannews17

oyannews18

oyannews19

oyannews20

oyannews21

Yorum yazmaq istəyirsinizmi?