TÜRKİYƏDƏ “BAN” ADLI GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI DƏRGİSİ YAYINLANACAQDIR

Ban

OYANNEWS : Çağdaş Güney Azərbaycan Ədəbiyyatı ilə bağlı olan BAN dərgisi qarşıdakı günlər Türkiyədə yayınlacaqdır. Dərginin yayın qurulundan aldığımız bilgilərə görə ilk sayının çap işləri görülməkdədir. Bir neçə gün sonra dərgi oxucuların əlinə çatacaqdır. Bu dərgi üç aylıq dərgidir.Bu sayısı qış fəsilinin sayısı olaraq basılacaqdır.

Dərginin asas amacı Güney Azərbaycandakı ədəbiyyatı tanıtmaqdır. Dərginin bu sayısı tam olaraq Azərbaycan Türkcəsindədir. Türkiyədə rəsmən qeydiyyatdan keçirilən bu dərgi, Türkiyə oxucusunun da əlinə çata biləcəkdir. Eyni halda dərginin Quzey Azərbaycan, Avropa, Kanada və Amerikadakı Azərbaycan dərnəklərinə, eləcə də Türk oxuculara çatdırılması da planlaşdırılmışdır.

Ban dərgisində Türkan URMULU yazı işləri müdürü, Toğrul ATABAY editor və öykü sorumlusu, Hadi QARAÇAY şeir sorumlusu, Ramin CABBARLI isə məqalələr sorumlusu olaraq çalışmaqdadırlar.

Bu sayının qapaq tasarımı Atabay TİKANTƏPƏLİ, səhiyfə tasarımı isə Tural SIRDAŞ tərəfindən hazırlanmışdır.

Ban dərgisinin elektronik adresi: Bandergisi@gmail.com
Facebook səhiyfəsi: http://www.facebook.com/pages/BAN/491754924225449?fref=ts

Ban

Yorum yazmaq istəyirsinizmi?