TÜRKİYƏDƏKİ AZƏRBAYCANLILAR, DÜNYA QADINLAR GÜNÜNDƏ TOPLANTI QURACAQLAR

qadin gulerse11

DÜNYA QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ TÜRKİYƏDƏKİ AZƏRBAYCANLILARIN “QADIN GÜLƏRSƏ” ADLI SEMİNARI KEÇİRİLƏCƏKDİR

OYANNEWS : 9 Mart, 2013, şənbə gününə keçirilməsi nəzərə alınan bu toplantıda Avropa və Türkiyədəki fəallar qatılacaqlar. Toplantı fərqli bölümlərdən oluşmuşdur.
Əsasən Güney Azərbaycanda qadın sorunlarının ələ alınması nəzərə alınan bu toplantıda panelçilərin çıxışlarından sonra soru- cavab bölüm də olacaqdır. Toplantıya qatılanlar qadın məsələsi ilə bağlı sorularını sorub, panelçilər isə sorulara fikirlərini bildirə bilcəklər.
Qadın Gülərsə” başlığı altında keçirilən bu toplantıya, Panelçi olaraq Dr. Simin Səbri, Dr. Arif Kəskin, Əfsanə Sulduzlu və Əfsanə sevigin iştirak edəcəklər. Doç. Dr. Gülara Yenisey moderator olaraq paneli yönətəcəkdir.
Toplantının musiqi bölümündə ünlü Güney Azərbaycanlı musiqiçi, Xosro bəy Əmiri toplantıya qatılanlar üçün parçalar ifa edəcəkdir.
Bu toplantı, cinsiyyətindən, təşkilatından asılı olmayaraq hər kəsə açıqdır. Toplantı hər hansı bir təşkilat tərəfindən keçirilmir. Bütün panelçilər və toplantıya qatılanlar mənsub olduqları təşkilat vəya örgüt tərəfindən deyil, şəxs olaraq iştirak edəcəklər.

Bu proqram Türkiyədəki Güneyli və Quzeyli Azərbaycanlılar tərəfindən orqanizə edilmiş və 9 Mart, saat 14-dən başlayaraq, “Azərbaycan Kültür Dərnəyi”ndə keçiriləcəkdir.
Toplantının yeri: Azerbaycan Kültür Derneği, Bayındır Sokak, 37/6 Kızılay, Ankara /Türkiye

Yorum yazmaq istəyirsinizmi?