Əhmədinejad və Lukaşenko Chavezin dəfn mərasimində iştirak edir

130308074227_ahmadinejdad-chavez_304x171_afp

OyanNews: Latın Amerikasından və digər regionlardan gələn ölkə liderləri Venesuela Prezidenti Hugo Chavezin dəfn mərasimi üçün paytaxt Karakasa gəliblər.

Mərasimdən sonra cənab Chavezin meyiti hərbi muzeyə aparılacaq və daha yeddi gün orada, açıq tabutda qalacaq.

Cümə günü keçiriləcək dəfn mərasimində 30-dan çox ölkə başçısı, o cümlədən İran prezidenti Mahmud Əhmədinejad, Kuba prezidenti Raul Castro və Belorusiyanın prezidenti Aleksandr Lukaşenko iştirak edəcək.

Prezident Əhmədinejad cənab Chavezi “şəhid” və “müdrik inqilabi lider” sözlərilə tərifləyib.

İki milyondan çox adam onun cənazəsini görmək üçün hərbi akademiyaya gəlib.

Cənab Chavezin meyiti daimi nümayiş üçün balzamlanacaq, vitse prezident Nicolas Maduro deyir.

Cümə günü cənab Maduro prezident səlahiyyətləri icra edən şəxs kimi and içəcək. O, 30 gün ərzində seçkilər təyin etməlidir.

Venesuelanı 14 il idarə etdikdən sonra 58 yaşlı Hugo Chavez çərşənbə axşamı, xərçəng xəstəliyindən ölüb.

 

B B C

Yorum yazmaq istəyirsinizmi?