ABŞ-ın Tennessi ştatı da Xocalı soyqırımını tanıyıb

images__3__410638121

OyanNews: Martın 18-də ABŞ-ın Tennessi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumatına görə, qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu qeyd edilir.

Qeyd edək ki, Tennessi ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar müvafiq qətnamələr qəbul edilib.

Veteninfo

 

Yorum yazmaq istəyirsinizmi?