TEHRANDAKI ERMƏNİLƏR 24 APREL TARİXİNDƏ AKSİYA KEÇİRMƏK ÜÇÜN HAZIRLAŞIRLAR

ermeny copy

OyanNews İxtisasi: Tehran’da yaşayan Ermənilərdən bir qrup, neçə gün öncədən başlayaraq Tehran’da aksiya keçirməyə çağırış məqsədli vərəqələr və plakatlar yaymaqla hazırlıq keçirirlər.

OyanNews-un aldığı xəbərlərə görə bir qrup Erməni yeni günəş ilinin ilk günlərindən başlayaraq (Novruzun ilk günlərindən başlayaraq) aksiyaya dəvət üçün vərəqələr yayırlar. Bu vərəqələr 24 Aprel, qondarma Erməni soyqırımı münasibəti ilə aksiya keçirməyə hazırlıq üçün yayılır. Ötən illərdə bir qrup Erməni, qondarma Erməni soyqırımını bəhanə edərək, Müsəlmanlar bölgəsində Ermənilərin soyqırımını iddia edib, aksiya keçirib, Türklərə qarşı şüarlar səsləndirmişdilər.

Bu aksiyalarda Türkiyə dövləti, Azərbaycan dövləti və eləcə də Azərbaycan Türk millətinin əleyhinə şüarlar səsləndirilir. Ötən illərdə səsləndirilən şüarlardan bunları söyləmək olar: “Ölüm olsun Türkə, Ölüm olsun Türkiyəyə, Qərbi Ermənistan azad olmalıdır”.
Artırmalıyıq, bu aksiyalar bir çox hallarda İran Daxili İşlər Nazirliyinin izni və İran polisinin himayəsi ilə keçirilir. Belə ki, daha öncə Azərbaycan milli fəallarının bu məsələyə etiraz etdikləri üçün bir sıra milli fəallar, İran əmniyyət servislərinin məmurları tərəfindən tutuqlanıb, dindirilmişdi.

Bu xəbərin yalnız “ OyanNews ” adı ilə yayınlanmasına izn verilir.

 

Yorum yazmaq istəyirsinizmi?