BÖYÜK İNSAN HAQQINDA KİÇİK BİR NOT - heydər BAYAT

zehtabi

OYANNEWS : prof. Zehtabidən bir şəkil var əldə. Orada qoca yetmiş- səksən yaşlı bir kışı oturub iki gəncin yanında, mebel üzərində deyil, yerdə fərş üstündə oturublar. Onlara dıl dərsi deyir. Kəsinliklə çox da təxəsəsi bir şeylər deməyir, dilin ilkin nəsnələrini, səsli, səssizlərin necə yazılmasını öyərədir onlara.
Bu şəkilə baxanda sadəcə bir şəkil deyyl, böyvk bir əstürə, bir fəlsəfə canlanar gözümün önundə. Bilirsiz nyih؟ Axı yer ustə aəyələşib əlıfba, səsli- səssiz öyərədən bu quca kışı, dılın və tarixin aən böyvk uzmanlarından birisidir. U muskuada, bağdadda yvnyvristə ustadı ulubdur. Bu qonuda önəmlı kitablar yazıbdır. Dünyanın canlı dillərindən neçəsinə təsləti vardır, neçəsiylə tanışdır. Rusca, Ərbcə, İngiliscə, Almanca, Fransızca, İstanbul Türkcəsi, Farsca…
O batının hər bir ölkəsinə getsə, sorğu sualsız yer verərlər ona. amma o qoca kişi o yaşda Şəbistərdən minir Təbriz avtobusuna, Təbrizdən Tehran, Tehrandan Şıraz və orada gedib bir müəlmin evində qalır neçə gecə, ona öz dilində yazmaq öyrədir, ona yardımçı olur. O müəllim sonra İran Türkəlrinə aid olan önəmlı kitablardan birisini yazır. Qaşqay sözlüyü və onun yazarı ustad Əsdüllah Mərdanidən söz gedir burada.
Qoca professor Tehranın haşiyə şəhərciklərinin birisində, gənc bir şairə qonaq olur. Dönələrcə onun evinə gedir, gəlir. Sən yaz mən düzəliş edərəm deyir. «İki dəftər yazdım, professor Zəhtabi düzəliş elədi, üçüncü dəftərdə dedi sən day yola düşübsən, düz yazırsan» ( Hüseyn Məhəmmədxani, Güneylinin bizə söylədiyi xatirələrdən)
İnsan başqa millətlərin tarixlərini oxuyanda belə bir simalara çox rast gəlir bəlkə. Qayidib öz millətinə baxanda belə simaların yox səyyəsində olduğunu görəndə isə, özünə quşqulanır. Gerçəkdən biz millət olsaydıq, axı bizim də milli sahədə osturələrimiz olardı. Paradan, məqamdan, rahatlıqdan, poz vermələrdən keçən bir insan. Quru yeri yumşaq mebellərə tərcih edən, uçağı buraxıb köhnə avtobuslarla minlər kilometr yol gedən bir gənc, bir orta yaşlı, bir quca.
Öz aramızdır, Zəhtabi olmasaydı mən kəsinliklə öz millət olduğumuza inana bilməzdim.
Professor Zəhtabi dil və özəlcə tarix sahəsində də böyük, bəlkə taysız işlər görübdür. Məncə amma onun osturəvi yönü, öyrətmənlik yönüdür. Şəhər- şəhər qapı- qapı gəzib, yasaq bir dilə qoca yaşlarında öyrətmən olan osturə Zehtabi .

heydər BAYAT

Yorum yazmaq istəyirsinizmi?