Azərbaycanın Təbrizdəki Baş Konsulluğu AMEA Ədəbiyyat İnstitutunun elmi işçisinin saxlanılmasına münasibət bildirib

asiq

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin İranda saxlanılmasına münasibət bildirib.

OYANNEWS :Baş Konsulluğun vitse-konsulu Nəriman Orucəliyev APA-ya bildirib ki, bu barədə mətbuatdan xəbər tutublar: “Hazırda bu məsələ konsulun diqqətindədir və tərəfimizdən araşdırılır”.

Qeyd edək ki, APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, X. Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və İran vətəndaşı olan 4 azərbaycanlı fəalın həbs edildiyi bildirilir. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

 

 

Yorum yazmaq istəyirsinizmi?