Xalidə Xalid və sürücüsü azadlığa buraxılıb

xalide xalid

OyanNews: Azərbaycan Milli Elmlər Akademiyasının Təbrizdə həbs edilən əməkdaşı, Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhiyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.

Bu barədə APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.

Səfir hər iki şəxsin mayın 19-da səhər saatlarında azadlığa buraxıldığını deyib.

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Yorum yazmaq istəyirsinizmi?