İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

riyaz

OYANNEWS : İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Əhməd Riyazi Mübarəki 167 günlük həbs həyatından sonra mayın 27-də Təbriz mərkəzi həbsxanasından sərbəst buraxılıb. Azərbaycanlı fəal birillik həbs cəzasının yarısını çəkdiyinə görə azadlığı buraxılıb. İran qanunları buna icazə verir.

Qeyd edək ki, Ə.Mübarəki 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən 29 azərbaycanlı fəalla birlikdə həbs olunub. Daha sonra azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsi tərəfindən 2 il azadlıqdan məhrum edilib. Ancaq həbs cəzasının 1 ili 5 il müddətinə təxirə salınıb.

Bakı. Real Cəfərli – APA.

Yorum yazmaq istəyirsinizmi?