Təbriz şəhərinin mərkəzi həbsxanasında toqquşma baş verib

tebriz-zindan-240x137

OYANNEWS:  Təbriz şəhərinin mərkəzi həbsxanasında azərbaycanlı fəallarla digər məhbuslar arasında toqquşma baş verib.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, buna səbəb zindanın 8-ci bəndində məhbusların sayının artırılması olub. Hadisənin qarşısı yalnız həbsxana məmurlarının müdaxiləsindən sonra alınıb. Ancaq azərbaycanlı fəallar zindan rəhbərliyinə problemin həll edilməsi üçün 24 saat vaxt veriblər. Eyni zamanda onlar məhbusların işlədikləri cinayətlərə görə bəndlərə bölünmədiyi təqdirdə başqa etiraz aksiyasına əl atacaqlarını bildiriblər.

Bakı. Real Cəfərli – APA.

Yorum yazmaq istəyirsinizmi?