Təbrizdə II Aşıq Musiqisi Festivalı keçiriləcək

asig

Təbrizdə II Aşıq Musiqisi Festivalı keçiriləcək. APA-nın “Oyannews”a istinadən məlumatına görə, bu barədə Təbriz Şəhər Bələdiyyəsinin mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Seyid Rza Ələvi açıqlama verib. Onun sözlərinə görə, festivalın keçirilməsində məqsəd yerli mədəniyyəti inkişaf etdirmək, yad mədəniyyətlərin hücumlarından qorumaq və sairdir: “Festival qrup, solo və sazda olmaq üç növ ifa üzrə keçiriləcək. Tədbirdə iştirak etmək üçün maksimum yaş həddi 40-dır. Festival yalnız İranın Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərini əhatə edəcək. Musiqi qrupları qopuz, balaban, dohol, qaval və qoşa nağarada ifa edəcəklər. İştirakçılar əsərlərini iyulun 16-dək festivalın Təbrizdəki təşkilat komitəsinə göndərməlidirlər”.

Bakı. Real Cəfərli – APA.

Yorum yazmaq istəyirsinizmi?