Əli Əkbər Salehi: “İranın nüvə siyasətində dəyişiklik olmayacaq”

1_634826954095521250_s

OyanNews: “İranın nüvə siyasətində gələcək hökumətdə də heç bir dəyişiklik olmayacaq”.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi ölkə prezidentliyinə namizədlərin sonuncu teledebat zamanı hökumətin nüvə siyasətini tənqid etməsinə münasibəti zamanı deyib.

Onun sözlərinə görə, prezidentliyə namizədlərin İranın nüvə proqramı haqda fikirləri onların şəxsi düşüncələridir: “Taktikalar və yollar Nüvə silahlarının istehsalı və qarşısının alınması Müqaviləsi (NPT) çərçivəsində İranın təbii haqqı olan nüvə enerjisindən faydalanmaq məsələsində hakimiyyətdə olan insanlarla fərqli olub. Ancaq ölkənin nüvə proqramından dinc məqsədlərlə yararlanmaq məsələsi əsas mövqeyi olduğundan dəyişilməyəcək”.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?