İran prezidentliyə namizədin nümayəndəsi Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib

33317_706

OyanNews: İran prezidentliyə namizəd Möhsün Rzayinin nümayəndəsi Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, Əli Əhmədi İRİNN xəbər kanalının “Bitaruf” verilişində bildirib ki, Qafqaz ölkələri tarixən İrana aid olub: “Qafqaz regionunda yerləşən ölkələr coğrafi baxımdan İrandan ayrı olsalar və öz müstəqilliklərini əldə etsələr də, tarixi və kültür baxımından İrandan sayılırlar” .

Qeyd edək ki, M.Rzayi 1973-cü ildə Tehranın Elm və Sənət Universitetinin “Mexanika mühəndisliyi” fakültəsində təhsil alıb. 1979-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Mərkəzi Şurasının üzvü olub və iki il müddətinə SEPAH-ın informasiya komandanı vəzifəsində çalışıb. Eyni zamanda 8 illik İran-İraq savaşında SEPAH-ın baş komandanı olub. 2009-cu ildə keçirilmiş prezident seçkilərində iştirak etsə də, yetərli səs toplaya bilməyib. O, hazırda İran Məsləhət Şurasının katibidir.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?