Ərdəbildə zəncirvarı qəza baş verib, 1 ölü və 21 yaralı

tesad

OYANNEWS: İyunun 21-də axşam saatlarında İranın Ərdəbil vilayətində ağır yol qəzası baş verib.

APA-nın «Oyannews»a istinadən məlumatına görə, Ərdəbil-Səreyn avtomobil yolunda baş vermiş zəncirvarı qəzada 5 avtomobil və 1 avtobus toqquşub. Nəticədə, 1 nəfər yerindəcə ölüb, 21 nəfər isə yaralanıb. Yaralılar ilkin tibbi yardımdan sonra Fatemi xəstəxanasına aparılıb. Onların bəzilərinin əl və ya ayağı sınıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, bəzilərinin isə durumu ağırdır.

Real Cəfərli – APA.

tesad

Yorum yazmaq istəyirsinizmi?