Firidun Abbasi: “Həsən Ruhaninin prezident seçilməsi İranın nüvə siyasətinə təsir göstərməyəcək”

1 (2)

OyanNews: “İranın yeni atom-elektrik stansiyaları inşa etmək haqda qərar qəbul edib”.APA-nın “Oyannews”a istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi bildirib.

 Onun sözlərinə görə, yeni AES-lərin yeri müəyyənləşdirildikdən sonra coğrafi koordinatları barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) məlumat veriləcək: “Artıq iranlı mütəxəssislər 360 MVt-lıq nüvə reaktorunun dizaynını müvəffəqiyyətlə tamamlayıblar”.

 F.Abbasi deyib ki, İran Buşəhrdə 1000 və 1200 MVt-lıq 4 nüvə reaktoru tikməyi planlaşdırıb: “Hazırda bunlardan biri inşa edilərək fəaliyyətə başlayıb. İki reaktorun tikintisi də planlaşdırılır. İran “Rosatom” şirkətinin Buşəhr AES-dəki ilk nüvə reaktorunun inşasındakı əməkdaşlıqdan məmnundur. Bu əməkdaşlığın gələcəkdə digər nüvə reaktorunun inşasında da davam edəcəyinə ümidvarıq”.

 O, həmçinin vurğulayıb ki, Həsən Ruhaninin İranın yeni prezidenti seçilməsi rəsmi Tehranın nüvə siyasətinə təsir göstərməyəcək: “İran əvvəlcədən müəyyənləşdirdiyi proqram çərçivəsində nüvə yanacağı istehsalını və uranın zənginləşdirilməsi fəaliyyətini davam etdirəcək. Çünki İranın sülh məqsədli nüvə proqramı ölkənin elektrik enerjisi və xalqın ehtiyaclarının təmin edilməsi istiqamətindədir. Ona görə də nüvə siyasəti dəyişə bilməz. Biz həmçinin “Fordo” yeraltı nüvə obyektində də fəaliyyətimizi davam etdirəcəyik. Hətta İran dinc məqsədli nüvə fəaliyyətləri sahəsində digər ölkələrlə əməkdaşlıqda da maraqlıdır”

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?