Urmiyədə tutaqlu olan Azərbaycanı fəalların sağlıq durumlarından heç bir xəbər yoxdur

5555

OyanNews’a özəl : Azərbaycan fəallarinin tutuqlanmalarından 3 gün ötməsinə baxmiyaraq onların 6-sının sağlamlıq durumlarından heç bir xəbər yoxdur.

Oyannews müxbürünün əldə etdiği bilgilərə dayanaraq  penşənbə günü tir ayının 6-sında Xanım Süməyyə Əlidusti  Urmiyə bilim yurdunun Fizik üzrə öyrətməni və həmçinin Urmiye qadinlar futbol  takımının oyuncusu , Vəhid  Faezpur(Kiyaksar) weblag  yazarı,  Qolam Qolizadə ( milli fəal), Meysəm Azadi(milli fəal) , Vəhid Nəsibi (milli fəal) ve Murtaza Zərrin 30 nəfər digər milli Azerbaycan milli mədəni fəallardan birlikdə Urmiyə şəhərindən Səhənd dağında ,dünya işgəncəni durdurma günü munasibətilə qurulan eyləmə qatılmağa gedərkən Urmiyə şahid kəlantəri körpüsünün ustündə ,qərbi Azərbaycan təhlükəsizlik quvələri tərəfindən tutuqlanib və hemen idarənin həbs xanasına aparılıblar.

Cumə günü tir ayının7 sində tutuqlanan fəalların ayilələri Urmiyə ittilat idarəsinə onların cismi durumlarından xeber elde etmək üçün baş vurublar ama bu haqda heç bir aydin bilgi əldə edə bilməyiblər.

 u haqda Oyannews a gələn bilgilərə istinadən, Qərbi Azərbaycan  İttilat quvvələri adları gedən fəallari tutuqliyan saatda onlari ağır şəkildə döyüblər ki bu haqda xanım Süməyyə Əlidusti-nin cismi durumu ağır muxabirə olunur.

Xatırlanır ki İttilati quvvələr  xanım Pəriya Xəlilzadə İranın milli qadınlar futbol takımının əmək daşı , Sevda Xəlilzadə, Məsumə Pərivəj, Zəhra Zadqasem,Hoseyn Zadqasem, Tohid Həsəni, Səid Lotfi, Səid Əbdi, Nima Həsəni, Sina Həsəni, Erfan Moqəddəm, Sima Sakeni, Milad Kulani(Sabutay) ,Babək Qane(Babək Arazlı) Azərbaycan Rəp xanəndəsi-ni 16 digər milli mədəni fəali Urmiyə ittilaat idarəsinə aparıb və bir nəçə saat sorqu-sualdan sonra azadlığa buraxıblar.

Yorum yazmaq istəyirsinizmi?