Avropa Birliyi İrana 6 ay möhlət verib

139110170002333

OyanNews: Avropa Birliyi (AB) İrana 6 ay möhlət verib.

 APA-nın “Oyannews”a istinadən məlumatına görə, bunu AB-nin iqtisadi müşaviri Mehrdad Emadi bildirib.

 Onun sözlərinə görə, AB-nin İranın yeni prezidentindən gözləntiləri ümidvericidir və Həsən Ruhaninin növbəti 6 ay içərisində etimad qazanmaq üçün addımlar atacağına inanır: “AB Həsən Ruhani ilə bağlı hələlik tez bir zamanda qərar verməyə tələsmir. Qurum ən azı 90, ən çoxu da 180 gün sonra İranın atacağı addımlara görə bir qərara gələcək”.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?