İranda son iki gündə 19 nəfər edam edilib

ima87ges

OyanNews: İranda son iki gündə 19 nəfər edam edilib. APA-nın məlumatına görə, iyulun 6-da səhər saatlarında Zahidan şəhərində 11 məhbus dara çəkilib. Onlardan 5-i qadındır. Onların nədə günahlandırıldığı, ad və soyadları haqda heç bir məlumat verilməyib. Məhbuslar iyulun 4-də təkadamlıq kameralara köçürülüblər və həmin gündən onların dara çəkildikləri həbsxana ilə əlaqə saxlamaq mümkün olmayıb.

“Oyannews”un məlumatına görə, Ərdəbil şəhərində də 3 nəfər edam edilib. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılırlar. Onlar iyulun 6-da səhər saatlarında Ərdəbil həbsxanasında edam ediliblər. Ad və soyadları açıqlanmayan məhbuslardan ikisi Germi şəhərindən olan qardaşdır.

 “Mehr” xəbər agentliyi xəbər verir ki, iyulun 7-də səhər saatlarında Qəzvin şəhərində 5 nəfər edam edilib. Məhbuslardan 3-ü narkotik maddələrin qaçaqmalçılığı, 2-si isə qəsdən adam öldürməkdə ittiham ediliblər. Qəzvinin Çubindər həbsxanasında edam edilən məhbuslardan 2-si Azərbaycan türkü olub. Onlar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?