Tehranda fabrikdə yanğın olub, ölən və yaralananlar var

im2ages

OyanNews: İranın paytaxtı Tehran şəhərində ötən gün 6 mətəbəli tikiş fabrikində yanğın olub.

 APA-nın “Oyannews”a istinadən məlumatına görə, hadisə iyulun 11-də, yerli vaxtla saat 11:55-də şəhərin Cümhuriyyət xiyabanında baş verib. Nəticədə 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Ölənlərdən ikisi qadındır. Bir nəfər xilas olmaq üçün dördüncü mərtəbədən özünü atsa da, ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Yaralılardan üçü ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıblar. Yanğını yalnız yerli vaxtla saat 13:30-da söndürmək mümkün olub.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?