Urmiya Universitetinin Elmi Şurasının üzvü: “Urmiya gölünün quruması regional və qlobal təsirlərə də səbəb ola bilər”

urmu
OYANNEWS: Urmiya gölünün quruması nəticəsində paytaxtadək kənd təsərrüfatı sahələrini təhlükə qarşısında qalacaq. APA-nın “Oyannews”a istinadən məlumatına görə, bu barədə Urmiyanın Pəyam-e Nur Universitetinin Elmi Şurasının üzvü, coğrafiyaşünas alim, doktor İmaməli Aşəri bildirib.

Onun sözlərinə görə, Urmiya gölündə ekoloji faciənin baş verməsinin ölkə daxili ilə yanaşı, regional və qlobal səviyyədə də öz təsirini göstərə bilər: “Bu gün küləklər Urmiya gölündən şərqə doğru əsir. Urmiya gölünün quruması nəticəsində də duz kütlələri Qərbi və Şərqi Azərbaycan, Zəncan, hətta Tehran vilayətlərinədək mövcud olan bütün əkin sahələrini ciddi təhlükə ilə qarşı-qarşıya qoyacaq”.

İ. Aşəri deyib ki, turizm sektorunun iflasa uğraması, yəni artıq insanların palçıq vannaları qəbul etmək və müxtəlif xəstəlikləri dərmanı olan Urmiya gölünün şəfalı suyunda çimmək üçün gəlməməsi bölgənin iqtisadiyyatına ziyan vuracaq.

Azərbaycanlı müəllim İran hökumətinin Xəzər dənizinin suyunun səhralıqlara axıdılması layihəsini də sərt tənqid edib: “Urmiya gölünün ekosistemini xilas etmək üçün heç bir iş görülmür. Belə olan halda İran çöllərinin yaşıllığa çevrilməsi üçün pul xərcləməyə nə ehtiyac var?”

Real Cəfərli-APA

Yorum yazmaq istəyirsinizmi?