Dağçı qrupların Savalan dağına girişi yasaqlanıb,təkcə fars dilli bölgələrdən gələn dağçıların dırmanışına izin verilir

31

OyanNews’a özəl: Bütün dağçı qruplarının hər hansı bir bölgədən Savalan dağına girişi yasaqlayıb.

OyanNews’un müxbirinin raporuna əsasən, son günlərdə Savalan dağı ətəklərinə gedən yolların hamısı  Sipahe Pasdarana bağlı olan qüvvələr tərəfindən bağlanıb və bütün gediş gəlişlər bu yollarda yoxlanılır.Bu gün cümə axşamı 2013-cü il avqustun 22-si Savalan dağına gedən yolların yoxlanışlarının sayı daha da artırılıb və yol nəqliyyatının gediş gəlişi və müsafirlərin yoxlanışı Sipahe Pasdaran tərəfindən artırılıb.

Rapora əsasən, bu sınırlamalara görə təkcə İranın fars bölgələrindən gələn qruplara ki, Savalan dağına çıxmaq üçün gəliblər buna izn verilir.

Xiyovun(Meşgin Şəhr) Dağçılar heyəti verdiyi bildirişlərdə bildirib ki, bu həftənin cümə axşamı və cümə günü 2013-cü ilin avqust ayının 22 və 23-cü günləri Savalan dağına çıxmaq qadağan edilib.

Bu qadağanın səbəbi Sipahe Psadaran və Polis qüvvələrinin birgə dağa çıxma programlarının olması və yaşayış və tibbi imkanlarının dağa çıxanlar üçün az olmasında bildirib.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

 

Yorum yazmaq istəyirsinizmi?