İranda həbs olunan 15 azərbaycanlı fəaldan 13-ü azadlığa buraxılıb

Handcuffs

OYANNEWS : İranda azərbaycanlı fəalların növbəti kütləvi həbsi həyata keçirilib.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, avqustun 22-23-də 15 azərbaycanlı fəal həbs edilib. Onlar Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü anmaq üçün Savalan dağında keçirilən tədbirə getmək istəyərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulublar.

Həbslər Ərdəbil, Xiyov, Əhər və Parsabad (Muğan) şəhərlərində həyata keçirilib.

Saxlanılan şəxslər Mənsur Seyfi, Milad Qadiri, Kiyumərs İslami, Səccad Culani, Əli Əhmədi, Meysəm Culani, Əhməd Məhəmmədpur, Mürtəza Qüdrəti, Bəhram Bəradərən, Beytulla Bərzigər, Məhəmməd Xakpur, Cəfər Ağaməhəmmədi, Əli Feyzi, Fəyyaz Kərimi və Əkbər Əbulzadədir.

M. Seyfi hazırda ETTELAAT-ın Ərdəbil şöbəsinin təcridxanasında saxlanılır. Hərbçi olan Milad Qadirinin isə harada saxlanıldığı barədə heç bir məlumat yoxdur. Qalan 13 nəfər isə bir neçə saat sorğu-sual edildikdən sonra azadlığa buraxılıblar. Bundan əlavə, ETTELAAT əməkdaşları azərbaycanlı fəalları həbs edərkən gözləri görməyən S. Culanini təhqir edib və sazını əlindən alaraq sındırıblar.

Bakı. Real Cəfərli

Yorum yazmaq istəyirsinizmi?