İranda 2 azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

mensur-milad1-240x137

OYANNEWS : İranda 2 azərbaycanlı fəal azadlığa buraxılıb.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, Mənsur Seyfi avqustun 26-da 14 milyon tümən zəmanətlə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ərdəbil şöbəsinin təcridxanasından sərbəst buraxılıb. Milad Qadiri isə avqustun 25-də azadlığa buraxılıb.

Qeyd edək ki, M. Seyfi Meşkinşəhr (Xiyov) şəhərindəndir və avqustun 22-də ETTELAAT əməkdaşları tərəfindən azərbaycanlı fəal Aydin Zakirinin ata evində həbs edilib. M. Seyfi azərbaycanlı fəalları qeyri-qanuni yığıncağa dəvət etməkdə günahlandırılıb. M. Qadiri isə Parsabad şəhərindəndir və avqustun 23-də azərbaycanlı fəallar Səccad Culani, Əli Əhmədi, Kiyumərs İslami, Bəhram Bəradəran və Fəyyaz Kərimi ilə birlikdə Xiyov-Qəynərcə yolunda tutulub. Hər iki azərbaycanlı fəal da Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü anmaq üçün Savalan dağına tədbir keçirmək üçün getmək niyyətində olublar.

Real Cəfərli - APA.

 

Yorum yazmaq istəyirsinizmi?