“Yahoo” İran vətəndaşları üçün poçt xidmətini dayandırıb

yahoo
OYANNEWS : ABŞ-ın “Yahoo” şirkəti İran vətəndaşları üçün poçt xidmətini dayandırıb.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, bununla bağlı şirkətin yaydığı açıqlamada bildirilir. Xəbərdə həmçinin qeyd olunur ki, İran “Yahoo”da hesab açılmasına icazə verilmiş ölkələr siyahısından da çıxarılıb.

Qeyd edək ki, İran vətəndaşları sentyabrın 3-də səhər saatlarından etibarən e-mail adreslərinə daxil ola bilməyiblər. “Yahoo” isə İranı öz sanksiya siyahısına salmasına baxmayaraq, bu ölkə vətəndaşlarına öz xidmətlərindən istifadəyə icazə vermiş ABŞ-ın yeganə şirkətlərindən biri idi.

Real Cəfərli-APA.

 

yahoo

Yorum yazmaq istəyirsinizmi?