FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: BİLİNC YÜKSƏLTMƏ

Femenizm2

OyanNews: FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: BİLİNC YÜKSƏLTMƏ

Bell Hooks

Hazırlayan: Türkan Urmulu

2-ci Bölüm:

 BİLİNC YÜKSƏLTMƏ

Duyğu və Düşüncələrin Durmadan Dəyişimi

Feminist doğulmaz, olunar. İnsan sadəcə qadın olaraq doğulmaq imtiyazına sahib olduğu üçün feminist politikanın savunucusu(müdafiəçisi) ola bilməz. Bütün siyasi tutumlarda olduğu kimi, insan feminist politikaya seçim və əməl yolu ilə inanır. Qadınlar cinsiyyətçilik və erkək hakimliyi məsələsini danışmaq amacı ilə ilk bir araya toplaşmağa başladıqlarında, qadınların da düz erkəklər kimi cinsiyyətçi düşüncə və dəyərlərə inanacaq şəkildə toplumsallaşdırıldıqlarını bilirdilər. Aradakı fərq erkəklərin cinsiyyətçilikdən daha çox fayda görmələri və buna görə də ataərkil(patriarxal) imtiyazlardan vaz keçməyə çox da niyyətli olmamalarıydı, o qədər. Biz qadınların ataərkiliyi(patriarxlıq) dəyişdirə bilməmiz üçün öncə özümüzdə bir dəyişimdən başlamağımız gərəkliydi; bilincimizi yüksəltməmiz gərəkirdi.

Devrimçi feminist bilinc yüksəltmə, bir hakimlik sistemi olaraq ataərkiliyi(patriarxlıq), bunun necə qurumsallaşdırıldığını, yürüdüldüyünü və davam etdirildiyini öyrənmənin önəmini vurğulayırdı. Erkək egəmənliyinin və cinsiyyətçiliyin gündəlik həyatda nə şəkildə ortaya qoyulduğunu anlamaq, biz qadınlarda necə zərər çəkmiş olduğumuza, sömürüldüyümüzə və daha da acınacaqlı, necə zülmə məruz qaldığımıza dair bir bilinc yaratdı. Çağdaş feminist hərəkətin ilk dönəmlərində qadınlar, zərər çəkməkdən dolayı duyduqları kin və hirsi göstərə bilmirdilər. Bilinc yüksəltmə qruplarında bu duruma necə mudaxilə edilə biləcəyinə ya da bunun necə dönüşdürülə biləcəyi ilə əlaqəli, az qalsın ki heç bir strateji olmadan kin və acıqlarını göstərməyə başladılar. İncimiş və sömürülmüş çoxlu qadın, bilinc yüksəltmə qrupunu bir pisikolijik müalicə aracı olaraq işlədirdi. Bura onların məhrəm yaralarının üstündəki qasnaqları götürdükləri və bu yaraların dərinliyini ortaya çıxardıqları yer olurdu. Etiraf edərək və təməli adəta günah çıxartmaq işi üstündə qurulan bu boyut, bir sağaltma mərasimi atmosferi yaradır. Bilinc yüksəltmə yolu ilə, qadınlar işdəki və evdəki ataərkil(patriarxal) güclərlə savaşmağa güc qazanırdılar.

Amma bu da önəmlidir: bu çalışmanın təməlləri, cinsiyyətçi düşüncəni incələyən, feminist düşüncəyə yönəlib feminist politikaya bağlanaraq davranış və inanclarımızı dəyişdirmə yolunda stratejilər oluşduran qadınlar tərəfindən atılıbdır. Bilinc yüksəltmə qrupları öncəliklə feminizmə keçiş, yəni örgütlənmə qruplarıydı. Kütləsəl(kütləyə bağlı) təməlli bir feminist hərəkət qurmaq üçün qadınlar örgütlənməliydi. Kiralanan ya da bağış yoluyla əldə edilən ümumi bir yerdən daha çox genəlliklə birilərinin evində gerçəkləşən bilinc yüksəltmə iclasları, bir görüşmə yeriydi. Bu toplantılar təcrübəli feminist düşünərlərin və aktivistlərin yeni üyələr ilə örgütləndiyi yerlər idi.

Başqa önəmli bir nöqtə də, bilinc yüksəltmə iclaslarında əsil gündəmin ilətişim və diyaloq olmağı idi. Qrupların çoxunda hamının sözünə sayğı göstərmək ilkəsi(əsası) mənimsənirdi. Hamının sözünün eşidilə bilinməsi üçün qadınlar sırayla söz haqqı alıb danışırdılar. Dartışmanın içində hiyerarşik olmayan bir model yaratmağa yönəlik olan bu çalışma, gerçəkdən də hər qadına danışmaq haqqı tanıyır, amma çox vaxt hərarətli bir diyaloq ortamı oluşdurmurdu. Yenə də çox vaxt, hər kəs ən az bir dəfə danışdıqdan sonra munazirə və dartışma başlanırdı. Bəlli bir iddianı önə sürmək və ardından dartışmaya başlamaq, bilinc yüksəltmə qruplarında yayğın şəkildə qullanılan bir yöntəm idi; çünki bu bizim üçün erkək egəmənliyin doğasına dair kollektiv anlayışımızı dəqiqləşdirmənin bir yolu idi. Toplumsal cinsiyyət sömürüsünə və toplumsal cinsiyyət basqısına dair gerçəkçi bir baxış açısını, ancaq dartışmaq və ixtilaf yolu ilə kəşf etməyə başlaya bilərdik.

Başlanğıcda şəxslərin genəlliklə bir- birini tanıdığı (birlikdə çalışmış olduğu və/vəya dost olduğu) kiçik qruplardan doğulan feminist düşüncə, daha geniş bir kütləyə əl tapa bilmək üçün yazılı mətnlər ilə quramsallaşmağa başladıqca kiçik qrup yapısı dağıldı. Qadın araşdırmalarının akademik bir disiplinə dönüşməsi ilə qadınların feminist düşüncə və feminist teoridən xəbərli ola biləcəkləri bir alan daha doğulmuş oldu. Qadın araşdırmalarının universitetlərdə dərs olaraq oxudulmağına öncüllük edən qadınlar, vətəndaşlıq haqları mücadilələrində, gey haqları alanında və feminist hərəkətin ilk dönəmlərində rol almış radikal aktivistlər idilər. Çoxunun doktorası yox idi; bu da akademik quruluşlarda və başqa bölümlərdə çalışan məsləkdaşlarıyla qiyasda daha az ödəniş və daha çox mesaj ilə çalışmaqları anlamına gəlirdi. Akademidə feminist çalışmaları məşru qılaq fəaliyətinə gənc lisans üstü öyrənciləri də qatılmağa başladığında, daha yaxşı ünvanlar almağın gərəkli olduğunu anladıq. Çoxumuz qadın araşdırmalarına olan bağlılığımızı politik bir eyləm hesab edirdik; feminist hərəkətə akademik bir alan oluşdurmaq üçün fədakarlıq etməyə hazır idik.

1970-ci illərin sonlarında, qadın araşdırmaları qəbul görmüş bir bölüm olmaq yolunda irəliləyirdi, amma qadın araşdırmalarının quramsallaşmasına doğru gedən yolu açan çoxlu qadının sadəcə yüksək lisansı bitirmiş olduğu və doktora dərəcəsinin olmadığı üçün işdən atıldığı gerçəyini də kölgədə buraxırdı. Aramızdan eyitiminə geri dönüb doktoraya dəvam edənlər oldu; yalnız ən parlaq və ən başarılı olanlarımızın bir qrupu akademiyə dönmədi. Universitet onlari böyük bir xəyal qırıqlığına uğratmışdı və çox işləməkdən dolayı yorğun düşmüşdülər. Ayrıca qadın araşdırmalarının arxasındaki hərəkətləndirici güc olan radikal politikanın yerinə yavaş- yavaş reformizmin keçdiyindən dolayı umudları qırılmışdı; bunun üçün hirsli idilər. Çox keçmədən qadın araşdırmaları dərsləri, hamıya açıq olan pulsuz bilinc yüksəltmək qruplarının yerini almağa başladı. Fərqli bilinc yüksəltmək qruplarında həyatın fərqli cığırlarından gələn qadınlar, məsəla yalnızca ev qadını olaraq çalışan ya da xidmət sektorunda yer alan qadınlar vəya üst düzey professional qadınlar yer ala bilirdi; halbuki akademi, sinif imtiyazına dayalı bir yer idi ve hər zaman da belə qaldı. İmtiyazlı ağ dərili orta sinifdən gələn və sayı baxımından üstün olan qadınlar, hər zaman çağdaş feminist hərəkətin radikal liderləri arasında yer almasalar da, diqqətləri özlərinə çəkdilər; çünki egəmən media mücadələnin təmsilçiləri olaraq onları göstərirdi. Hərəkət əsas axım medianın diqqətini çəkməyə başladıqca, devrimçi feminist bilinc sahib olan qadınlar görünürlüklərini əldən verdilər. Bir çoxu lezbiyən və işçi sinifindən idi. Qadın araşdırmalarının əslən mühafizəkar bir şirkət quruluşu olan universitetlərdə yerini sağlamlaşdırmağı ilə birlikdə bu qadınlar da bütünü ilə yerlərindən oldular. Toplumsal dəyişimi gerçəkləşdirməyi amaclayan feminist düşüncə və stratejilərin yayıldığı ilk adres olaraq bilinc yüksəltmə qruplarının yerini qadın araşdırmaları dərsliklərinin almağı, hərəkətin kütləsəl qüvvəsini itirməsinə nədən oldu.

Bir anda getdikcə daha çox qadın özünə “feminist” deməyə ya da ekonomik qonumunu dəyişdirməyə başladı. Feminist çalışmaların qurumsallaşması həm akademik dünyada həm də yayınçılıq dünyasında iş sahələri yaratdı. Bu kariyer təməlli dəyişimlər isə kariyer oportonizminin çeşidli biçimlərini ortaya çıxartdı: siyasi anlamda örgütlü feminist mücadiləyə heç qatılmamış qadınlar, sinif yüksəltmələrini sağladığı qoşullarda feminist duruşu və dili mənimsəyirdilər. Bilinc yüksəltmə qruplarının dağılmağı ilə, insanın feminizmin savunuçusu ola bilməsi üçün öncə feminizmi öyrənməsi və bilincli bir seçim ilə feminist politikanı mənimsəməyi gərəkdiyi gerçəyi ağıllardan silindi.

Qadınların, başqa qadınlara qarşı bəslədikləri cinsiyyətçilik ilə üz- üzə gəldikləri yer işləvi görən bilinc yüksəltmə qrupları olmadığında, feminist hərəkət fərqli bir yönə doğru gedərək iş gücündə eşitlik tələbində və erkək hakimliyi ilə mücadiləyə odaqlandı. Qadının, toplumsal cinsiyyət eşitsizliyinin bir “zərər çəkmişi” olduğunun və bu durumun (ya ayrımçı yasalarda ediləcək dəyişikliklər ya da fürsət eşitliyi politikaları yolu ilə) yerini doldurması gərəkdiyinin gedərək daha çox vurğulanması ilə, qadınların özlərinə feminist bir kimlik qurarkən öncə öz içsəlləşdirilmiş keçərliliyini itirdi. Hər yaşdan qadın, “feminist” olmaq üçün erkək hakimliyi vəya toplumsal cinsiyyət eşitsizliyi qonularında maraqlanmağa vəya hirslənməyə yetərli imiş kimi davranmağa başladı. Öz içlərindəki cinsiyyətçilik ilə üzləşmədən feminizmin bayrağını əlinə alan qadınlar, başqa qadınlar ilə qarşılıqlı etkilərində sıxlıqla mübarizəyə xəyanət etdilər.

Feminist hərəkətin başlanmasında çox önəmli bir yer tutan politik “bacılıq”, siyasi görüş nə olur olsun hər qadının feminist ola biləcəyini önə sürən yaşam tərzi əsasında təməlləndirilmiş feminizm anlayışının radikal feminist politikanı kölgədə buraxması ilə 1980-ci illərin başında unudulmağa doğru getdi. Bu tərz bir düşünmə tərzinin feminist teori və pratiyin, feminist politikanın zəiflətdiyini deməyə gərək yoxdur əlbəttə. Feminist politika hamının məruz qaldığı cinsiyyətçiliyi, cinsiyyətçi sömürünü və basqını yox edə biləcək gücdə bir kütləsəl hərəkəti mümkün qılacaq stratejiləri dəfələrcə canlandırıb yeniləndiyində,bilinc yüksəltməkdə yenidən ilk zamanlardakı  önəmini qazanacaq. Topluluqlar arasında, AA [1]* görüşmələrindəki modeli etkili biçimdə təqlid edən, sinif, irq və cinsiyyət fərqini nəzərə almadan hər kəs feminist düşüncənin mesajını verən bilinc yüksəltmə qrupları olacaq. Paylaşılan kimliklərə dayalı qruplar ortaya çıxa bilsə də, hər ayın sonunda şəxslər qadın- erkək qarışıq qrupların içinə alınacaqlar.

Devrimçi hərəkət içində erkəklər üçün düzənlənəcək feminist bilinc yüksəltmə qrupları da ən az qadın qrupları qədər önəmlidir. əyər erkəklərin, erkək uşaqlara ya da yetişkin erkəklərə, cinsiyyətçiliyi və bunun necə dönüşdürülə biləcəyini anladan bilinc yüksəltmə qrupları olsaydı, kütlə mediyasının feminist hərəkəti erkək düşmənliyi olaraq yansıtmasının önünə keçilərdi. Eyni zamanda anti feminist bir erkək hərəkətin oluşumu da əngəllənirdi. Erkək qruplarının çoxu, çağdaş feminizmin həmən ardından quruldu; bu qruplar cinsiyyətçilik vəya erkək hakimliyi məsələsinə heç bir şəkildə baxış bildirmədi. Düz qadınların yaşam tərzı haqqında təməlləndirilmiş feminizm kimi bu qruplar da çox vaxt erkəklərin ataərkiyə(patriarxlıq) hər hansı bir eləştiri yönəltmədən sırf öz yaralarıyla üzləşdiyi psikolojik müalicə amaclı bir ortam halına gəldi və erkək hakimliyinə dirənən bir platforma dönüşmədi. Gələcəkdə feminist hərəkət bu xətaya düşməyəcək. Neçə yaşında olur olsun erkəklər də cinsiyyətçiliyə qarşı dirənişlərini olumlu etkiləyən və bu dirəncə dəyər verən ortamlara ehtiyac hiss edər. Feminist hərəkət, mücadilə içində əyər erkəklər ilə birlik olmazsa yoluna dəvam edə bilməz. Kültürəl mənliyimizə qazılmış olan, feminizmin erkək qarşıtlığı olduğu görüşü dəyişdirmək üçün çox çalışmağımız gərəklidir. Feminizm, cinsiyyətçilik qarşıtlığıdır. Erkək olmağın ayrıcalığından sıyrılmış, feminist politikaya qucaq açmış bir erkək, mücadiləmizdə dəyərli bir yoldaşımızdır və heç bir şəkildə feminist mücadilə açısından təhdid deyil. Amma feminist hərəkət içinə sızan və cinsiyyətçi düşüncə vəya davranışdan əl çəkməyən bir qadın ciddi bir təhdiddir. Bilinc yüksəltmə qruplarının ən güclü müdaxiləsi, bütün qadınlardan öz içlərindəki cinsiyyətçilik ilə, ataərkil düşüncə və eyləm ilə qurduqları birlik ilə üzləşmələrini və feminist eyləmə bağlılıqlarını gözdən keçirmələrini tələb etməsi olmuşdur. Bu müdaxilə bu gün də gərəklidir və feminist politikanı seçən hər kəs üçün aşılması gərəkən bir səhifədir. Dışarıdakı düşmən ilə üzləşməkdən qabaq öz içimizdəki düşmənin dönüşdürülməsi gərəkir. Təhdid və düşmən, cinsiyyətçi düşüncə və davranışdır. Qadınlar, öz içlərindəki cinsiyyətçiliyi ələ alıb dönüşdürməyə çalışmadan feminist politikanın bayrağını daşıdıqları sürəcə, hərəkət zəifləməyə doğru gedəcəkdir.

  ————————–

*[1] Alcoholics Anonymous”, yəni “Adsız Alkoliklər”, alkolik şəxslərin bir- birilərinə dəstək olmaq amacı ilə qurduqları bir oluşumdur. Çox yayğın olan Adsız Alkoliklər qrupları kiçik görüşmələrdə danışaraq və bir-birilərinə qulaq asaraq bir dəstək mexanizması oluşdurmağa çalışdılar.

Yorum yazmaq istəyirsinizmi?