Salmasda böyrək xəstəlikləri artmışdır , Urmu Gölünün qurudulması ilə bağlı

1375072_592694370787417_1411603662_n

OyanNews:Bu günlərdə Salmas şəhərinin cəmiyyətindən bir çox insanlar, böyrək xəstəliyi səbəbi ilə tibb mərkəzlərinə müraciət edirlər. bu məsələnin əsas səbəbi sudakı əhəngin böyrəklərdə daş olaraq çökməsi aydınlaşmışdır.

OyanNews’un müxbirinin raporuna əsasən, Səhiyyə mütəxəssislərinin xəbərdarlıqlarına əsasən xalqın sağlamlığı haqda içməli suyun böyük əhəmiyyəti vardır, beləliklə onun kimya quruluşunda dəyişikliklər olursa, Salmas şəhərində yaşayanlara baş verən kimi, bu məsələ xalqı çoxlu xəstəliklər ilə təhdid edəcəkdir.

Salmas şəhərinin su boru şəbəkəsində, suyun duzlarına nəzarətçi habelə su filtrasiya mərkəzinin olmaması haqda, yerli hakimiyyət orqanları dəfələrlə tənqidlərini bildirmişlər, ancaq buna baxmayaraq hələ də bu problemi aradan qaldırmaq üçün heç bir addım atılmamışdır.

“Böyük Toroqi” Salmasın gigiyena mərkəzinin sorumlusu, son zamanlar “Səlamət news” ilə müsahibəsində Salmasdakı ümumi mədə-bağırsaq sistemi ilə sidik yollarının infeksiya xəstəliklərini, Standart olmayan suyun istifadəsi ilə əlaqəli olduğunu bəyan edib, “Salmasda suyun zərərli duzlarının miqdarı icazəli dərəcədən aşmışdır və bu şəhərin suyunun ən çox miqdarlı duzu, əhəngdir” məsələsini xatırlatmışdır.

Sudakı əhəngin aşırı miqdarı, böyrək daşı xəstəliyini xalqın arasında neçə qat daha artırmışdır habelə kəpək xəstəliyinə də səbəb olmuşdur.

Mütəxəssislər, içməli sularda olan zərərli duzların artımını və xalq arasında yayılmış fərqli xəstəlikləri, Urmu gölünün qurudulması və onun nəticəsində istifadə olunan yeraltı və quyu sularının şoranlığı məsələsi ilə bağlı bilmişlər.

Yorum yazmaq istəyirsinizmi?