FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: İÇ VƏ DIŞ GÖZƏLLİK

Femenizm6

OyanNews:

 

FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: İÇ VƏ DIŞ GÖZƏLLİK

Bell Hooks

Azərbaycan Türkcəsinə Uyğunlaşdıran: Türkan Urmulu

 

6-ıncı bölüm:

İç və Dış Gözəllik

Qadın bədəni haqqındakı cinsiyyətçi düşüncəyə qarşı çıxmaq, günümüzün feminist hərəkətinin ən güclü müdaxilələrindən biridir. Qadının özgürləşməsindən öncə, gənc yaşlı bütün qadınlar cinsiyyətçi düşüncəni içsəlləşdirərək toplumsallaşdırmışdılar; dəyərimizi sadəcə dış görünüşümüzə, özəlliklə də erkəklərə gözəl görünüb görünmədiyimizə bağlı olduğuna inanırdıq. Sağlam bir özgüvən və özünə sevmək şəkli gəlişdirməsək qadınıların əsla özgürləşəməyəcəyini anlayan feminist düşünərlər, bir başa məsələnin özünə endilər. Bədənimizə dair nələr hiss etdiyimizi və düşündüyümüzü eləşdirəl bir alanda incələdilər, dəyişim yolunda yararlı strategiyalar sundular. büstqalter geyməyi seçmək ya da seçməməkdə özümü rahat his etdiyim o qədər ildən sonra geriyə baxdığımda, bunun otuz il öncə nə qədər önəmli bir qərar olduğunu anımsayıram. Qadınların bədənlərini sağlıqsız, rahatsız və qısıtlayıcı paltarlardan; dar iç geyimlər, kəmərlərdən, corabbağılardan, büstqalterlərdən və bənzər şeylərdən qurtulmaqları qadın bədəninin sağlığı və görkəmini radikal şəkildə geri alan bir çeşid ayin kimi idi. Belə məhdudlaşdırmalar ilə heç qarşılaşmamış olan günümüzün qadınları, bunun biz qadınlar üçün nə möhtəşəm bir olay olduğu qonusunda bizə güvənməlidirlər.

Bu ayin, daha dərin aşamada, qadınların yaşamlarının hər alanında rahat paltarlar geyməyini qəbul edilər qıldı. Çalışdıqları işlərdə sürəkli əyilib bükülməkləri gərəkən bir çox qadın üçün çalışarkən şalvar geyə bilmək adi durum deyildi. Donlar və ətəklər ilə heç bir zaman rahat olmayan qadınlar üçün bütün bu dəyişikliklər həyəcan verici idi. Bu gün bunlar, uşaqlıqlarından bəri istədiyini geyə bilən qadınlara önəmsiz görünə bilər. Feminizmi mənimsəyən bir çox yetişkin qadın, rahatsız edici və şikəst edici dik daban ayaqqabıları geyməyi buraxdı. Bu dəyişikliklər, ayaqqabı emalati sənayesinin qadınlar üçün daha az dik daban və rahat ayaq qabılar hazırlamaqlarına nədən oldu. Artıq cinsiyyətçi gələnək tərəfindən bəzək etməyə zorlanmayan qadınlar olaraq aynaya baxırdıq və özümüzlə olduğumuz kimi üzləşməyə alışmışdıq.

Feminist müdaxilələrin ortaya çıxartdığı geyimlər və devrim sayəsində bədənimizin doğal durumu ilə eşqə və sevilməyə dəyər olduğunu öyrəndik. Çox bəzənmək istəmədiyimiz təqdirdə, heç bir şeyə ehtiyacımız yox idi. Başlanğıcda, bəzək və moda sənayesindəki kapitalist yatırımçılar, feminizmin, işlərini yox edəcəyindən qorxdular. Feministləri pota, çox erkəkyana, çəkici olmayan və sıradan çirkin qadınlar olaraq rəsm etməklə qadın özgürləşməyini önəmsizləşdirmək üçün, feministləri bu şəkildə tanıdan kütlə mediası kampaniyalarına sərmayə yatırtdılar. Gerçəkdə feminizm hərəkət içində, hər şəkildə qadın var idi. Bu baxımdan çox böyük bir fərqlilik sərgiləyirdik. Fərqliliklərimizi yarqılamaq vəya rəqabət olmadan qəbul etmək qonusunda özgür olmaq isə nə qədər həyəcan verici idi!

Feminizmin ilk illərində, bir çox aktivistin modaya və görünüşə ilgi göstərməyi təmamən buraxdığı bir dönəm yaşandı. Bu qadınlar genəldə qadınsı bəzəklər vəya bəzəyə ilgi duyan bütün qadınları kəskin bir biçimdə eləşdirirdilər. Çoxumuz, seçmə şansımızın olmasından dolayı həyəcan duyurduq. Genəlliklə də rahatlıq və rahatlığı seçmək yönündə qərar verirdik. Qadınlar üçün, gözəlliyi və tərz sahibi olmağı, rahatlıqla birləşdirmək heç bir zaman rahat bir iş olmayıbdır. Qadınların, (o günlərdə təmamən erkəklərin hakimiyyəti altında olan) moda sənayesinin fərqli geyim tərzləri yaratmağını tələb etməyi gərəkli oldu. Dərgilər dəyişdi (feminist aktivistlər ciddi qonularda yazan daha artıq qadın yazar və bu qonularla ilgili daha artıq məqalə tələb etdi). Qadınlar, ABŞ tarixində ilk dəfə tükətici olaraq güclərini tanımış oldular və bunu olumlu(müsbət) bir dəyişim yönündə işlətdilər.

Moda sənayesi artıq cinsiyyətçi bir sənaye olaraq tanımlanırdı. Bu sənaye üçün meydan oxumaq isə həyatımızda ilk dəfə, görüntümüz ilə ilgili sorunların patolojik, həyatı təhdid edən yönlərini incələməyimizə imkan tanıyan bir alan aşırdı. Məcburi yemək və məcburi aclıq məsələləri ortaya qoyuldu. Yaşamı təhdid edən bu bağımlılıqlar, fərqli “görünüşlər” yaratsa da kökənləri eyniydi. Feminist hərəkət, cinsiyyətçi tibbi düzənin diqqətini bu məsələlərə doğru çəkdi. Başlanğıcda bu düzən, feminist eləşdirini görməzdən gəlirdi. Ancaq feministlər sağlıq mərkəzləri açıb qadın mərkəzli, pozitiv tibbi baxım xidməti olanağı icad etdilər. Beləliklə tib sənayesi də eynən moda sənayesində yaşandığı kimi bir çox qadının, pulunu qadının bədəninə daha artıq baxım, rahatlıq və sayğı göstərən bu sağlıq mərkəzlərinə yatıracağını fərq etdi. Tib düzəninin qadın bədəninə yanaşmasında, qadınların tibbi baxımında əldən verilən bütün olumlu gəlişmələr doğrudan feminist mücadilənin sonucudur. Tibbi baxım yəni bədənlərimizin önəmsənməsi qonusunda da qadınlar  tib sənayesinə meydan oxumağa dəvam edir. Bu, feminist mübarizənin feminist politikalara ilgi duyan ya da duymayan çox sayıda qadından kütləsəl dəstək gördüyü az sayıdakı alanlardan biridir. Qonu ginekoloji(Qadın orqanları və xəstəliklərini incələyən tib sahəsi), qadınları erkəklərdən daha çox təhdid edən xərçəng türləri (özəlliklə də məmə xərçəngi) və son illərdə görüldüyü kimi ürək xəstəlikləri olduğunda, qadınların sahib olduğu kollektiv gücü görürük.

Yemək narahatlıqlarını sona çatdırmağa dair feminist mübarizə hələ də davam edir. Çünki ABŞ toplumunun hər yaşdan qadınları görünüşləri ilə dəyərləndirmə inhirafı heç bir zaman bütünlüklə yox edilə bilmədi. Hələ də kültürəl imgələrimizi etkiləməyə davam edir. 1980-ci illərin başına gəlindiyində, bir çox qadın feminizmdən uzaqlaşmaq halındaydı. Feminist müdaxilələrin qazanımlarından bütün qadınlar faydalandıqları halda, get- gedə daha çox qadın gündən günə cinsiyyətçi bir çərçivədə tanımlanan gözəllik qavramlarını qucaqlamağa başlamışdı. Günümüzün feminist hərəkəti başlandığında iyirmi yaşlarının başlarında olan qadınlar, qırx, əlli yaşlarının sonuna yaxınlaşırdılar. Feminizmin qadın bədənini görmək biçimlərimizdə yaratdığı dəyişimlər, yaşlanmağı qadınlar üçün daha olumlu bir təcrübə halına gətirmişdi, amma bir yandan da, ataərkil bir toplumda yaşlanmaq halında olmaq, özəlliklə də biyolojik olarq uşaq doğa bilməyəcək halda olmaq gerçəyi, bir çox qadının qadın gözəlliyi ilə ilgili əski cinsiyyətçi qavramların yenidən sahiblənməyinə yol açdı.

Bu günlərdə, ölkəmizin tarixində hər zamankından daha da çox sayıda, qırx yaşını keçmiş heteroseksual(qarşı cinsdən olan insana maraq göstərmək) və hələ subay olan qadın tapılır. Özlərini, erkəklərin diqqətini çəkmək qonusunda daha gənc yaşdakı (çoxlu feminist olmayan və heç bir zaman da olmayacaq) qadınlarla yarışan bu qadınlar, çox vaxt qadın gözəlliyinin cinsiyyətçi təmsillərini gənclər qədər başarı ilə gerçəkləşdirməyə çalışır. Cinsiyyətçi biçimdə tanımlanmış gözəllik qavramlarının yenidən qəbul etməsi, ağ dərililərin üstünlüyünə inanan, kapitalist, ataərkil moda və bəzək alətləri sənaye mənfəətinə idi əlbəttə. Kütlə mediası onları izlədi. Bu gün, filmlərdə, televizyada və reklamlarda rastladığımız xəstəlik dərəcəsində zəif, aclıqdan ölmək üzərə imiş kimi görünən boyalı sarı saçlı qadın imgələri, norm halına gəldi. Qadın gözəlliyinə dair cinsiyyətçi imgələr, gözlərdən iraq olmağının öcünü alarcasına bütün gücü ilə geri dönmüş durumda və bu imgələr feminist müdaxilələr sonucunda əldə edilən qazanmaları təhdid edir.

Qadınlar, çox rastlanan və yaşamı təhdid edici boyutlardakı yemək rahatsızlıqların bu ölkənin tarixində heç olmadığı qədər fərqindədirlər. Ancaq, ən gəncindən ən yaşlısına qədər bu qadınlar, incə görünmək üçün hələ də özlərini ac saxlayırdılar. Olay budur, trajik bir durumdur. Anoreksiya xəstəliyi çox yayqınlaşdı. Kitablara və filmlərə qonu olmağa başladı. Amma dəyərlərinin və gözəlliklərini əsil dəyərlərinin incə olub olmamalarına görə bəlirləndiyinə inanan qadınları heç bir uyarı vaz keçirə bilmir. Günümüzün moda dərgiləri, bir yandan gözəlliyin və arzu edilə bilmənin zirvəsini təmsil edən bir dəri bir sümük qalmış bədənlərlə oxuyucularını təxminən bombardmana tutarkən, bir yandan da anoreksiyanın təhlükələri ilə ilgili bir məqalə yayınlaya bilərlər. Bu beyin qarışdırıcı masaj, ən çox feminist politikaya heç bir zaman ilgi duymamış qadınlara zərər verir. Yenə də, qadın bədənlərinin doğal gözəlliyini müsbətləşdirməyə görə çalışmalarımızı yenilməyi amaclayan yaxın tarixli feminist müdaxilələr də var.

Günümüzün gənc qızları, bədənlərindən feminizm öncəsindəki qadınlar qədər nifrət edirlər. Feminist hərəkət çeşidli qadın yanlısı dərgi yayınlasa da bütün qadınlara alternativ gözəllik qavramları sunan feminist meyilli bir dərgi heç bir zaman çıxmadı. Alternativini vermədən cinsiyytçi imgələri eləşdirmək əksik bir müdaxilədir. Eləşdiri öz başına dəyişimə yol açmaz. Bu günədək, gözəlliyə dair feminist eləşdirinin böyük bölümü, sağlıqlı bir seçimin nə anlama gəldiyi qonusunda qadınların beyinlərini qarışdırmaqdan başqa çox işə yaramadı. Orta yaşlı bir qadın olaraq, hər zamankından daha çox kökələrkən, cinsiyyətçiliyin yol açdığı, öz bədənimdən nifrət etmə duyğusunu hərəkətə geçirmədən arıqlamağa çalışmaq istəyirəm. Bu günlərdə, moda dünyasında, özəlliklə də bu dünyanın tükəticiyə yönəlik bölümündə, paltarların yetişkinlik çağındakı incə qızların bədənlərinə görə hazırlanması bir norm oluşdurmuşdur. Buna bağlı olaraq neçə yaşında olursa olsunlar bütün qadınlar, bilincli vəya bilincsiz bir şəkildə, bədənləri üçün üzülərək, bədənlərini sorun olaraq görəcək şəkildə toplumsallaşmış durumdadırlar. Bəzi mağazalarda hər bədənə görə gözəl paltarlar olduğu üçün çox şanslıyıq; ancaq bu paltarlar genəldə moda sənayesinin genəl istifadə üçün tasarladığı paltarlardan çox daha bahalıdır. Günümüzün moda dərgiləri, get- gedə əski dərgilərə daha çox bənzəməyə başladı. Erkəklər, get- gedə daha çox köşə yazısı yazır. Məqalələrin feminist bir perspektivi ya da içəriyi olması çox nadir görünən bir haldır. Rəsm edilən dizaynlar isə cinsiyyətçi bir həssasiyyət sərgiləyir.

Bu dəyişimləri ictimai olaraq qəbul görmür, çünki olqunluq çağına gələn feminist qadınların çoxu haqlarından istifadə edir və daha sağlıqlı, alternativ gözəllik modelləri arayışına girirlər. Ancaq, cinsiyyətçi bir biçimdə tanımlanmış olan gözəllik qavramları ilə ilgili mübarizəni bütünüylə buraxsaq, bədənlərimizi və özümüzü sevməmizə nədən olan o möhtəşəm feminist mübarizələləri yox etmək riski ilə qarşı qarşıya qalırıq. Qadınlar artıq cinsiyyətçi gözəllik tanımlarının gizli tuzaqları və təhlükələrinin daha çox fərqində olsa da, bu təhlükələri yox etmək və alternativlər gəlişdirmək üçün yetərli dərəcədə çalışmırıq.

Ataərkil duyarlılıqların(həssaslıqların) gözəllik sənayesini bəsləməsinə izn verməyi davam etsək, olqunluq çağındakı gənc qızlar, feminist düşünərlərin gözəllik və bəzənmənin dəyərini əldən verdiyini bilə bilməyəcəklər. Feministlərin, qadınların gözəllik özləmlərini kəsin bir şəkildə qarşısına alması, feminist politikaya zərər verdi. Artıq bu duyarlılığa daha az rastlanılsa da, kütlə mediası bunu feministlərin düşüncə biçimi olaraq göstərdi. Feministlər, gözəllik sənayesinə, modaya geri dönmədikcə və uzun gedişli, sürdürülə bilər bir devrim yaratmadıqca özgür ola bilməyəcəyik. Öz bədənlərimizi, olduğu kimi qəbul edib sevəcəyimizi öyrənməyəcəyik.

Yorum yazmaq istəyirsinizmi?