FEMİNİZM HƏR ÜÇÜNDÜR: KÜRƏSƏL FEMİNİZM

Femenizm8

OyanNews:

FEMİNİZM HƏR ÜÇÜNDÜR: KÜRƏSƏL FEMİNİZM

Bell Hooks

Azərbaycan Türkcəsinə Uyğunlaşdıran: Türkan Urmulu

 

8-ci Bölüm:

Kürəsəl Feminizm

Bütün dünyada qadın özgürlük savaşçıları, tək əldən ataərkil və erkək hakimliyinə qarşı mübarizə etdilər. Yer kürəsindəki ilk insanlar ağdərili olmadıqlarına görə, ağdərili qadınların erkək hakimliyinə üsyan edən ilk qadınlar olma ehtimali də çox azdır. Ataərkil batı kültüründə ağdərili üstünlükçü kapitalist, yeni-sömürgəçi düşüncə, bir çox kültürəl pratikin rəngini bəlli edər. Bu düşüncə, torpağı kimin fəth etdiyinə, kimin mülkiyyət, kimin yönətmə haqqı olduğuna odaqlanır. Çağdaş feminist politika, yeni-sömürgəçiliyə radikal bir cavab olaraq ortaya çıxıbdır.

İmtiyazlı siniflərə mənsub olan ağdərili qadınlar, sürətli bir formada hərəkətin sahibi olduqlarını iddia etdilər. Ağdərili işçi sinifi qadınlarını, yoxsul ağdərili qadınları və genəl olaraq bütün ağdərili olmayan qadınları tərəfdarları yerinə qoydular. Onlar üçün qadın hərəkətini radikal yönəlimə soxmuş ağdərili işçi qadınların ya da qaradərili qadınlaın nə qədər olduğunun bir önəmi yox idi. Sonucda, sinifsəl gücü əlində tutan ağdərili qadınlar hərəkətin sahibi olduqlarını elan etmiş oldular. Mənfəətçi sinif ilişkiləri, günümüzün yeni sömürgəçiliyindəki irq, ulus və toplumsal cinsiyyət məsələlərini kölgələdi. Feminizm də bu dinamikdən uzaq qala bilmədi.

Başlanqıcda, ABŞdakı feminist liderlər bu ölkədə toplumsal cinsiyyət eşitliyi ehtiyacını elan etdiklərində, bənzər hərəkətlər dünyanın başqa yerlərində də gerçəkləşirmi, deyə baxmadılar. Bunun yerinə özlərinin özgürləşdiyini və beləcə, daha az şanslı “bacılarını” özəlliklə də “üçüncü dünya”dan olanları özgürləşdirən durumda olduqlarını elan etdilər. Bu yeni-sömürgəçi atavari ilişki daha öncə də ağdərili olmayan qadınları geri planda buraxmışdı və beləcə feminizmin əsas təmsilçilərini muhafizəkar/Liberal ağdərili qadınlarla məhdudlaşdırmışdı. Bu çərçivə içərisində, radikal ağdərili qadınlar, genəlliklə “təmsil edilən” olmur: təmsil edildiklərində isə, dalda bucaqda qalmış ağlı başında olmayanlar olaraq tanıtdırılırdılar. Dolayısıyla 1990-ci illərdə “iqtidar feminizmi”nin, zəngin, ağdərili, heteroseksual qadınları “feminist uğurun örnəkləri” deyə tanıdılmasına təəccüb edilməməli.

Gerçəkdə isə bu qadınların eşitliyə dair feminist söz sənətini hegemonik biçimdə əldə etməklə, ağdərili üstünlükçü kapitalist ataərkinin yönətici siniflərinə olan bağlılıqlarını gizlətməyə yaramışdı, radikal feministlər, (hər rqdən) bir çox qadının bir yandan feminist bir dil işlədərək, bir yandan da batı imperiyalizminə və ulusaşırı kapitalizmə olan bağlılıqlarını sürdürməkləri qarşısında dəhşətə düşmüşdülər. ABŞdakı qadınlar, qadınlar üçün kürəsəl eşitlik ehtiyacına diqqət çəkərkən haqlıydılar, amma bu arada, sinifsəl gücə sahib olan feminist şəxslərin kürəsəl çərçivədə bütün qadınlara imperiyalist fantezilərini yansıtmaları sonucunda çeşidli sorunlar ortaya çıxdı. Ən önəmli fantezi isə, ABŞdakı qadınların kürəsəl alanda hər hansı bir qadın qrupunun daha çox haqqa sahib olduğu, istərlərsə “özgür” olduqları, dolayısıyla feminist hərəkəti yönləndirməyə və dünyanın başqa yerlərindəki bütün qadınlar, özəlliklə də üçüncü dünya ölkələrindəki qadınlar adına feminist gündəmləri bəlirləməyə haqları olduğudur. Bu düşüncə, yönətici qrupun batılı erkəklərin imperiyalist irqçiliyinin və cinsiyyətçiliyinin yansımasından başqa bir şey deyil. ABŞdakı bir çox qadın, sömürgəçilik və yeni-sömürgəçilik terminlərini işlətmirlər; hətta bu terminləri bilmirlər belə. Bir çox Amerikalı olan qadın, özəlliklə də ağdərili qadınlar, bu toplumdakı vəya kürəsəl olaraq başqa toplumlardakı daha güclü qadın qruplarına qarşı davranışlarında gəlişdirmiş olduqları irqçilik, cinsiyyətçilik və sinif elitizmi ilə ilişkili sömürgəçiliyi hələ yox etmədilər. Aydınlanmamış feminist düşünərlər kürəsəl toplumsal cinsiyyət sömürüsü və basqısı məsələlərini ələ aldıqlarında, bunu yeni-sömürgəçilik perspektivindən etdilər və belə etməyə də davam edirdilər. Night Vision: Illuminating War and class on the neo-Colonial Terrain (Qaranlıqda Görmə Gücü: Yeni-Sömürgə Alanında Savaş və Sinifi Aydınlatmaq) adlı kitabın radikal ağdərili qadın yazarları “yeni sömürgəçiliyi anlamağın tam anlamıyla indiki zamanda yaşamamaq anlamına gəldiyini” vurğulayırdı. Aydınlanmamış ağdərili feministlər, içərisində ağdərili üstünlükçü imperiyalist kapitalist ataərki ilə öncədən planlaşdırılmış bir şəkildə hərəkət etdikləri Amerikan yaşam alanlarının varlığını qəbul etmək xususunda istəksiz idilər. Bu danmaq duvarini yıxmaq üçün qaradərili qadınların, rəngli qadınların və radikal ağdərili bacılarımızın sürəkli dirəniş və etirazına ehtiyac var idi.

Amma bir çox feminist aktivist, irq, toplumsal cinsiyyət, sinif və milliyəti içərən bir perspektiv mənimsədiklərində belə, ağdərili”iqtidar feministləri”, qadınların eşitliyini imperiyalizmə bağlanmış olan (və hələ də elə edən) bir feminizm imgəsi yansıtmağa davam etmişdilər. Zorla gerçəkləşdirilən qadın sünnəti, Taylandəkı seks klubları, Afriqa, Hindistan, ortadoğu və Avropadakı qadınların yaşmaqla örtünmələri, Çindəki qız uşaqlarının öldürülmələri kimi kürəsəl məsələlər önəmini hələ də qorur. Ancaq batıdakı bəzi feminist qadınlar, hələ feminist düşüncəni və pratiki sömürgəçilikdən qurtarmağa çalışır ki bu məsələlər batı imperiyalizmini yenidən canlandırmayacaq biçimdə ələ alına bilsin. Ağdərili və qaradərili bir çox batılı qadının Afriqa və Ortadoğudakı qadın sünnəti məsələsini necə ələ aldığını düşünün. Genəldə bu ölkələr, “ilkəl və uyqarlaşmamış” ölkələr olaraq təsvir edilir. Bu bölgələrdəki cinsiyyətçilik, qadınlar üçün Amerikadakindən daha vəhşi və təhlükəli tərif edilir.

Sömürgəçilikdən arınmış bir feminist perspektiv, hər şeydən öncə, qadınların bədənləri ilə ilişkiləndirilən cinsiyyətçi pratiklərin kürəsəl olaraq necə bir- birinə bağlandığını araşdırmalıdır. Örnək üçün qadın sünnəti, incəliyi gözəllik idealı olaraq göstərən bir kültürün bir başa sonucu olan və yaşamı təhdid edən yemək problemləri ya da yenə yaşamı təhdid edən hər hansı bir estətik əməliyyatla ilişkiləndirməlidir. Beləcə bu pratiklərin altındakı cinsiyyətçiliyin və qadın düşmənliyinin kürəsəl alanda bu ölkədəki cinsiyyətçiliyi yansıtdığı vurğulanmış olur. Məsələlər bu şəkildə incələnildiyində, batı imperiyalizmi yenidən hayat tapmaz və feminizm də batılı qadınların yaradıb başqa kültürlərdən qadınların onu işlətmək haqqı üçün mübarizə etmək məcburiyyətində qaldığı başqa bir luks məhsul olaraq ulusaşırı kapitalizmin tərəfindən sahiblənilməz.

ABŞdakı radikal qadınların, özlərini feminist olaraq göstərib sinif opportunizminin mənfəətləri adına hərəkət edən qadınlara müdaxilə etmələri gərəkir. Bu edilmədiyi müddətcə batıdakı kürəsəl feminizmin rəngi, əski önyarqıları daşıyan və ən böyük sinifsəl gücə sahib olan qadınlar tərəfindən müəyyən edilməyə davam edəcəkdir. Dünyadakı radikal feminist çalışma, qadınlar arasında, irq/etnisitə və miliyyət hüdudlarının xaricində bir politik dayanışmanı gündən günə daha da gücləndirir. Kütlə mediası isə bu pozitiv müdaxilələrə çox az diqqət çəkir. Zillah Eisenstein, Hatreds: Racialized and Sexualized Conflicts in the 21st Century-de (Nifrətlər: 21-ci yüzildə İrqə və Cinsiyyətə Bulanmış Toqquşma) bu anlayışı paylaşır:

Ulusaşırı feminizmlər (saxta irq/toplumsal cinsiyyət hüdudlarının və saxta bir şəkildə qurulan ” o biri”nin rəd edilməsi), erkəkçi milliyətçiliyə, dövlətçi kommunizmin azdırmalarına və “azad” bazar kürəsəlləşməsinə qarşı böyük bir meydan oxumaqdır. Bu, quzey/batı və güney/doğu diyaloqu və onun üstündə tanımlanan bireysəl fərqlilikləri, özgürlükləri və eşitliyi tanıyan bir feminizmdir.

Kürəsəl feminizmin gəlişimini incələyən heç kimsə, qadınların özgürlüyümüzü ələ gətirmək üçün etməkdə olduğu önəmli çalışmaları dana bilməz. Heç kimsə, batılı qadınların, özəlliklə də ABŞdakı qadınların, bu mübarizəyə faydalı olduqlarını və daha da çox faydalı olduqlarının gərəkdiyini dana bilməz. Kürəsəl feminizmin hədəfi, cinsiyyətçiliyi, cinsiyyətçi sömürü və basqını sona çatdıracaq kürəsəl mübarizələrə qatılmaqdır.

Yorum yazmaq istəyirsinizmi?