ZORAKILIĞIN BİR SÜRƏC OLMASI NƏ DEMƏKDİR?

zorak

OyanNews: 

ZORAKILLIĞIN NORMALLAŞDIRILMA SÜRƏCİ:

ZORAKILIĞIN BİR SÜRƏC OLMASI NƏ DEMƏKDİR?

 

Eva Lundgren

Azərbaycan Türkcəsinə uyğunlaşdıran: Türkan Urmulu

 Giriş :

Zorakılığın normallaşdırılma sürəci(prosesi), qadın gözü ilə baxıldığında, eyni zamanda bir dəyərini əldən vermə sürəcidir. Buna paralel olaraq, erkəyin zorakılıq etməsi gəlişir və bu zorakılıq normal qəbul edilərək yaşanır. Zorakılığın sonucları qorxuducudur, beləcə zorakılıq edən erkəklərin ağlı və dəngələrinin yerində olmadığını düşünmək daha cazib gəlir. Ya da yaxşı və düşüncəli partnerinin “elə olmadığını”, “elə bir şey etməyəcəyini” düşünmək istəmək mümkündür; zorakılıq etməsinin nədəni yaşadığı sorunlardır, iş yerində çox stresli günlər keçirməsi ya da əskidən bəri psixolojik problemlərin olmasıdır. İrəliki bölümlərdə zorakılığın normallaşdırılmasının necə bir şey olduğunu göstərməyə çalışacağam və bunu edərkən paradokslu olaraq əslində mən də bir normallıq perspektivindən faydalanacağam.

Niyə “niyə” deyilməməli?

Zorakılığın gəlişməsi və dəstəklənməsini bir sürəc olaraq görmək, zorakılığı anlamlandırmaq üçün işlədilən kök salmış anlayışlardan olduqca fərqlidir. Zorakılığı açıqlayan yanaşmalarda gənəlliklə zorakılığın nədənləri üstündə durulur: ən başda erkək niyə vurur? Belə baxıldığında zorakılığın bundan sonraki istifadələri birbirindən bağımsız bir sıra olaylar olaraq incələnir: zorakılığın sabitləşməsi, gəlişməsi və onaylanması(təsdiqlənməsi) sanki heç bir açıqlama gərəkdirməməkdədir.

Halbuki bu baxış, qadın və erkəklərin təcrübələrinin bir- biri ilə ilişkisini, zorakılıq təcrübələrinin bir- birindən bağımsız(müstəqil) düşünülə biləməyəcəyini, qadınların bu təcrübələrin bir- biri ilə ilgili olduğunu söylədiklərini, bir ömür boyunca zorakılıq təcrübələrinin daha “dinc” və gözəl təcrübələr ilə əslində eyni zamanda olaraq gerçəkləşdirdiyini gözdən qaçırdır. Zorakılıq sürəci, həyatın başqa alanları(sahələri) ilə ilişkilidir və bu alanların eyni zamanda bir parçasıdır. Kültürəl bağlamda(kontekstdə), bir- birimizi cinsiyyətli, yəni qadın və erkək olaraq tanıyırıq. Ətrafımız qadınlıq və erkəklik ilə ilgili olaraq uymağımız gözlənilən bir qrup kültürəl imgə və qavramlar ilə doludur; bunlara qarşı çıxdığımız təqdirdə seçimimizin sonuclarna boyun əyəcəyimiz qəbul edilir. Erkəklər gözüylə baxıldığında zorakılıq sürəci, toplumsal cinsiyyətin qurulmasında aktiv bir rol oynar. Bu sürəcdə, toplumsal cinsiyyət ilə ilişkili var olan rəsim, zorakılıq ilə ilişkili oturuşmuş açıqlamalar ilə- genəllikə nədənsəlliyə dayalı az ya da çox çeşidlilik göstərən miflər ilə- birgə işlədilir.

Dolayısıyla, zorakılıq olaylarını bir- birindən bağımsız bir şəkildə toxunan “nədənsəl” açıqlamalar yerinə, ilişkilərdə zorakılığın necə sabitləşdiyini və onaylandığını anlamağa çalışmaq daha verimli olacaqdır. Bu da zorakılıq sürəcində işlədilən mekanizmlərin və sonuclarının həm ayrı- ayrı həm də birgə incələnməsi deməkdir. Bu strategiyaların –az ya da çox hamımız tərəfindən mənimsənən bir ortaq miras anlamında- kültürəl olduğundan danışa bilərikmi?  Toplumsal cinsiyyət qonusunda zehnimizdə olan rəsim ilə bu strategiyalar necə ilişkiləndirilə bilər? Bu baxımdan baxıldığında, strategiyaların cinsəllik və iqtidar ilişkiləri ilə ilgisi necə qurula bilər?

Zorakılıq sürəcində bəlirli bir dinamik oluşar və zorakılığın sonuclari –ağır təcrübələr, bütünlüklə yıxmaq- bir sürə sonra zorakılığın nədəni halına dönür. Bunun üçün, bizim kimi nədən odaqlı toplumlarda yayqın olduğu üçün zorakılığın “nədənlərinin” tək boyutlu və hər kəs tərəfindən təmamən anlaşıla bilən olduğunu düşünmək aldadıcıdır. Eyni şəkildə insanların göstərdikləri “nədənləri” çözərək zorakılıq sorununu ortadan qaldırmaq da mümkün deyil.

Zorakılığı bir sürəc olaraq görmək, zorakılığı yuxarıda söylənilən nədənsəl açıqlamalardan ayrı tutmaqdır. Nədənsəl açıqlamalar, şəxsi psixoloji və sistem teorisi açıqlamaları ilə sosial uyumsuzluq kimi hamısı İsveçdə zorakılıq ilə ilgili olaraq qəbul edilən “gerçəklikləri” qapsar. [1] bütün bu açıqlamalar, zorakılıq sürəcinin parça- parça incələnməsinə və kötəyin şəxsi və özəl bir olay olaraq görülməyinə yol açar. Normal, sıradan erkəklər ilə zorakılıq edən erkəklər arasındakı bağlantı gözdən qaçırılır. Qadın və ilişki qonusunda da eynisi olur.

Cinsiyyətli bir sürəc

Zorakılıq qonusunda sürəci vurğulayan bir baxış açısı, bu növdən ola bilən bağlantıları üzə çıxarıb incələyə bilər. Bu çalışmada “cinsiyyətləndirmə” sürəci diqqətə alınar. Bunun nədəni aydındır: zorakılıq edən erkəklər, zorakılıq səhnəsində erkək olduqlarına vurğuları olar. Bu vurğunun həm qadınlar baxımından həm də bu erkəklərin nə demək istədiklərini anlamağa çalışan araşdırmaçılar baxımından önəmli sonucları vardır. Bu sözlərdən sonra, zorakılığın normallaşdırılmasının, yəni normal olaraq qəbul edilməsinin, toplumsal cinsiyyət anlamı ilə, “normal” erkək və qadınların “necə olduqları”, necə davrandıqları ilə ilgili normlar ilə ilişkisini görə bilərik. Kültürümüzdə, toplumsal cinsiyyəti, qadınlıq və erkəklik qavramları ilə cinsəllik və iqtidar qavramlarının belə ilişkidə olduğuna baxmadan anlamalıyıq; bu ilişki zorakılıq edən erkəklərin söyləmlərində özünü göstərər. Bir başqa deyişlə: zorakılıq ihatəsində olan şəxslər üçün, toplumsal cinsiyyət, cinsəllik və iqtidar çox iç- içə keçibdir. Və bu insanlar bir fanus içində yaşamayırlar; anlatmaq, açıqlamaq və anlamaq çalışmalarında toplumda kök salmış toplumsal cinsiyyət və zorakılıq kimi qavramlardan faydalanırlar. Toplumda kök salmış qavramlardan bir örnək vermək gərəkirsə, qadınların erkəklər üçün rahat ələ keçirilməsi (həm cinsəllik xidməti həm də başqa xidmətləri etmək baxımından) gərəklidir fikrindən danışa bilərik. Ya da zorakılıq qonusunda “doğru” qəbul edilən fikirlər arasında, zorakılıq edən erkəklərin psixolojik ya da sosyal sorunlarının olduğu, örnək olaraq işsizlik, alkolik və ya toplumdan uzaqlaşdırılmış kimsələr olduqları inancını saya bilərik.

Zorakılığın normallaşdırılmasını bir sürəc olaraq ələ almaq istəyiriksə, bu baxış açısını əldən verməməliyik. Ancaq qonuya bu baxış açısından odaqladığımızda, zorakılıqlı olan ilişkilərin normal olaraq adlandırılan ilişkilərdən özündə çox fərqli olmadığını da həmən görə bilmərik.

Və təbii, nə zorakılıqlı ilişkiləri nə də dinc ilişkiləri sabit birimlər olaraq incələməyəcəyik. Bir arada sürdürdükləri yaşantılarında, şəxslər həm həyat ilə həm də bir- birləri ilə sabit olmayan ilişkilər qururlar; dolayısıyla həm özlərini həm də həyatları sürəkli dəyişir. Bir arada sürdürülən yaşamlar da, zorakılıqlı olsun ya da olmasın, bir sürəc olaraq incələnə bilər.

Sürəc və normallıq

Buraya qədər, normallaşdırmaq sürəcində zorakılığın sıradan bir şey olaraq təcrübə edildiyini,  yəni zaman içində normal bir şey olaraq anlaşılmağa başlandığını və kökləri dərinlərə gedən “normal” toplumsal cinsiyyət normları ilə olan ilişkilərini vurğulamağa çalışdım. Bunun sonucunda, sürəcsəl bir baxış açısının, zorakılığın normallıq baxış açısından çalışılmağını gərəkdirdiyini görürük. Keyfiyyətcə bir qrup çalışmaların sayəsində, zorakılığın ən başda sosial uyğunlaşmazlıq ilə deyil, sosial normallıq ilə açıqlanmağı gərəkdiyi uzun sürədən bəri bilinən bir gerçək; zorakılıq edən erkəklər çoxlu sosyolojik dəyişkən açısından baxıldığında toplumsal görəvlərini olduqca yaxşı yerinə gətirən şəxslərdirlər. Bu kitab çərçivəsində analizi olunan bir çox empirik məlumat (örnək olaraq görüşdüyüm qadın, erkək və uşaqların hekayələri kimi) üçün də eyni şeyi söyləmək mümkündür. Statistikalarda da bənzər bir tablo ortaya çıxır: alkol istifadə etmək, sosyal uyğunlaşmazlıq, eyitim, iş, doğum yeri (Lundren və başqaları, 2002-2001) ya da  şəxsi/uşaqlıq dönəmi bilgiləri incələndiyi zaman, zorakılıq edən erkəkləri və zorakılıq etməyən erkəkləri ayıracaq hər hansı bir qalıb tapmaq mümkün deyil.

Ayrıca, dinc bir ilişki ilə zorakılıq içərən bir ilişkinin eyni olmadığını və erkəyin üstünlüyünün zorakılığa, qadının tabe olmaq mövqeyinin də itaətə və kötəyin qəbul edilməsinə dəyişdiyini görürük. Bu həm tətbiqdə həm də duyğusal düzeydə və yorumlama düzeyində keçərli bir fikirdir. Hər şeydən öncə, sevgi ilə zorakılıq arasındakı fərqin silindiyini, bunun da toplumsal cinsiyyət, qadınlıq və erkəklik ilə ilgili olaraq qəbul edilmiş görüşlər ilə, daha doğrusu bir kültürəl normallığa dayanaraq edildiyini görürük. Dolayısıyla dinc bir ilişkidən zorakılıq içərən bir ilişkiyə keçişi, zorakılıq edən ya da zorakılıq görən şəxsin xəstə, sapqın, patolojik özəllikləri ilə ya da ailəvi şərtləri ilə açıqlamaq anlamlı olmur.

Həm toplumsal cinsiyyətə söykənən zorakılığa qarşı feminist baxış açısını həm də İsveçdəki yeni politik baxış açısını anlamaq üçün, zorakılıq, iqtidar və normallığın bir- biri ilə bağlantılı olduğu nöqtəsindən hərəkət etməyimiz gərəkir. Zorakılığın iqtidar və kontrol ilə ilgisi və “normal” iqtidar ilişkilərinə söykəndiyi daha çox dilə gətirilir. İqtidar və toplumsal cinsiyyətin bir- biri ilə ilişkili olduğunu söylədiyimizdə bunun anlamı, normallığın erkəklər və qadınlar arasında onsuz da var olan güc eşitsizliyinə söylənməsidir. Carin Holmbergin “Sevgi Deyilən Şey” (1993) adlı kitabında da göstərdiyi kimi, hakimiyyət/tabe olma ilişkisi normal ilişkilərdə zorakılıq edilmədən də qurula bilər və normallaşdırıla bilər. Yaxşı bilinən bir şuarı xatırlasaq “zorakılıq türlərin fərqliliyi ilə deyil səviyyələrin fərqliliyi ilə ilgilidir”; ki bu da kültürümüzdə normal olaraq adlandırılan ilişkilərdə də tapılar.

Göstərməyə çalışdığım kimi, güc eşitsizliyi kültürəl anlamda “normal” olaraq anlaşılan toplumsal cinsiyyət rəsminin – ki hakim erkəklik və qadınlığın bir- birindən fərqli olaraq qurulduğu bir toplumsal cinsiyyət kültüründə mən bunu kültürəl normallıq olaraq adlandırıram- vaz keçilməz bir bölümüdür. Dəqiq baxıldığında erkəklik üstün olanı simgələr. Statusu və iqtidarı vardır; örnək olaraq yorumlamaq haqqı onundur. İqtidar həm məşru yollardan həm də zorakılıq etmək kimi qeyri- məşru yollardan yararlana bilər. Hər nə qədər qanuni olaraq zorakılıq etmək məşru sayılsa da, kötək vuran bir erkək daha az erkək olmaz, əksinə daha erkəkvari bilə görünə bilər. Dolayısıyla kültürəl anlamda zorakılıq etmək məşru qəbul edilər. Bu ikilikdə qadın olmaq bu özəlliklərin tam tərsini etməyi gərəkdirir: tabe olmağı- məsəla həm cinsəl həm də başqa xidmətlər vermək anlamında ələ gtirilə bilər anlamında olmağı. Buna qarşılığında, qadınların erkəklərin üstünlüyünü, hakimiyyətini, pulunu ya da başqa iqtidar özəlliklərini; erkəklərin də qadınların ələ gətirilə bilər və erkəklərə bağımlılığını çəkici gördüyü fərz edilər.

Zorakılığı normallıq bağlamında ələ aldığımızda çoxlu nöqtə ilə ilişkisini görə bilirik: zorakılıq sıradan bir şey olaraq, qəbul edilir. Zorakılıq kültürümüzdə normal qəbul edilən toplumsal cinsiyyət qavramı ilə ilişkilidir, yəni zorakılıq kültürəl olaraq normal olan ilə bağlantılıdır. Ayrıca sosial anlamda normal bir çevrədə, bu çevrə ilə çox uyğunluqda olan erkəklərin vasitəsi ilə icra olunur, dolayısıyla zorakılıq sosial olaraq normal olan ilə ilişkilidir. Daha açıq söyləmək gərəkirsə, zorakılıq, qadınlar və erkəklər arasında onsuz da var olan “normal” güc eşitsizliyi ilə ilgilidir.

Kitabla ilgili qısa bir not

“Qadınlara qarşı erkək zorakılığını anlamaq üçün bəzi çərçivələr” bölümünə artıraraq bu basımda, öncəki basımlardan fərqli olaraq, zorakılıq sürəcində yaradılan toplumsal cinsiyyət və erkəklərin bu sürəc ilə nə əldə etdiklərinə baxıram. Qadınların bu sürəcə necə alışdıqlarıını ələ alarakən, zorakılığa alışmağın aktiv bir davranış olduğunun üstündə dururam. Alışmağın yıxıcı sonuclarını, qadınların zorakılıq gerçəkliyi qarşısında şiddətlə ilişkilənməyə və onunla baş etməyə zorlandığı dinamik bir sürəcin onları necə dağıtdığını göstərməyə çalışıram. Burada ən təhlükəli mekanizma zorakılığın içsəlləşdirilməsi – erkəyin gerçəkliyinin qadının gerçəkliyi halına dönməyi- və mən də bunu olduqca rahat sübut edə bilən dönəmlər ya da aşamalar ilə açıqlayıram.

Bu kitabda əlimdəki bilgilərə dayanaraq zorakılıq sürəcinin dinamiklərini öz baxış açımdan göstərməyə çalışıram. Bu nədənlə mətinə mümkün olduğuca ardıcıllığa və tutarlılığa riayət etməyə çalışdım. Ayrıca, görüşlərim ilə uyğun və ya uyğunsuz olan başqa araşdırmalara ya da qaynaqda işarə etmədim. Dolayısıyla, “qadınlara qarşı erkək zorakılığını anlamaq üçün bəzi çərçivələr” bölümündə yer alan bir neçə işarədən başqa çalışmalara kitabda çox yer vermədim.

Kitabın ilk basımında araşdırmam iki qrup qadın ilə (22 qadın) çalışmaya əsaslanırdı. Daha sonra dörd qrup qadın ilə (40 qadın), onların partnerləri (ya da eski partnerləri) ilə və (daha sonraları) uşaqları ilə çalışdım; hər dəfəsində daha geniş örnəklərin içindən bizlər üçün açar mahiyyətində ola biləcək olaylar seçdim. Bir sürə sonra bu qadınlardan biri, Helene, kitabda keçən sözlərini dəyişdirmək istədi. Mən də bu basımda onun söylədiklərinə uyğun olaraq istədiyi dəyişiklikləri etdim. Daha sonra, həm bu çalışmanı onlar ilə birğə etdiyim qadınlardan həm də doktora öyrəncilərimdən İsveçdə özəl şərtləri içərən yorumlar gəldi. Bu basımda sözlərinə yer verdiyim qadınlardan biri də Krestin – özü ilə “Sənin Sınırlarında: Bir Qadının Kötək İlə İlgili Hekayəsi” (Viby 2001) adlı kitabı vəsitəsi ilə tanışdıq, sonra da iki yaxşı dost olduq. Özü onun da sözlərinə yer verməyimi istədi. Krestinin kitabının ilk kopiyasını oxudum… dondurucu idi, qəlbim elə çırpınırdı ki, indi duracağını sandım… bunun normallaşdırma sürəcinin ən odaqlanmış halı olduğundan əmin idim.

Mənə ən çox gələn eləşdirilərdən biri budur: “zorakılıq sürəci sənin tərif etdiyindən daha fərqli gəlişə bilər”. Kəsinliklə! Çünki onu tərif etmirəm; zorakılığın normallaşdırılma sürəci akademik dildə analitik ya da teorik olaraq adlandırılan bir modeldir. Mən bu modelin altında yatan mekanizmaları birgə ya da ayrı- ayrı olaraq sürəcdə nə necə dinamiklərin yaranmasında rol aldıqlarını və zorakılığın yol açdığı qalıbları anlamağa çalışıram. Bütün somut(konkret) olaylarda bu sürəc fərqli görünə bilər,  mən birgə düşünə biləcəyimiz bir modeli yaratmağa çalışıram. Modeldə göstərilən araclar, olayların somut gəlişimini anlamamıza yardımçı ola bilər. [2] Mən buna inanıram. “özümü necə də anlamış oldum” deyərək səsini ucaldan qadınlar ilə tanış olduğum zaman da bu inancım güclənir.

 



1)       Baxın. “Qadınlara qarşı erkək zorakılığını anlamaq üçün bəzi çərçivələr” bölümü. İsveçdə zorakılıq ilə ilgili qəbul görülən “doğrular”, uluslararası anlamda qəbul görülmüş bir çox anlayış ilə də örtüşür (Brantsaeter, 2001).

2. Bu çalışmanın son aşamalarında, Carin Holmberg və Viveca Enander tərəfindən yazılmış “Nədən ayrılır?” (2004) adlı bir kitab əlimə keçdi. Yazarlar, normallaşdırılma sürəcini teorik deyil, somut bir model olaraq ələ aldıqları üçün kitab ilk başda bir yanlış anlamağa nədən ola bilər. Mənim yaratdığım model zorakılıq sürəcinin somut qadınlar üçün necə olduğunu əlbəttə yansıtmır: bütün qadınlar eyni deyillər və təbbi ki fərqli fərqli hərəkət edirlər. Belə olduğu kitabın davamında görüləcəkdir. Holmberg və Enander bunu yanlış anlamışdılar.

Yorum yazmaq istəyirsinizmi?