FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: İŞLƏYƏN QADINLAR

1464928_10201891780710552_1650635319_a

OyanNews:

FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR:

İŞLƏYƏN QADINLAR

 

Bell Hooks

Azərbaycan Türkcəsinə uğunlaşdıran: Türkan Urmulu

Doqquzuncu bölüm:

İşləyən Qadınlar

ABŞ-dakı qadınların yarısından çoxu işləyir. Günümüzün feminist hərəkətinin başlanğıcında da, iş gücünün üçdə birisi yenə qadınlardan ibarətdi. Hərəkət başladığında reformist düşünərlər, qadınların erkək hakimiyyətindən işləyərək qurtulacağını söyləyirdilər. Mənsə, tanıdığım çoxlu qadın kimi işçi sinifindən, Afriqalı-Amerikalı bir keçmişə sahib biri olaraq, reformist feministlərin feminizmin anlayışını ən kəskin biçimdə eləşdirənlərdən biri idim. On ildən daha çox bir sürə öncə Feminist Theory: From Margin to Center (Feminist Teori: Çəpərdən Mərkəzə) adlı kitabımda belə yazdım: “Qadın özgürləşməsinə gedən yolda işləmə olqusuna kilid rol biçilməsi, bir çox ağdərili feminist aktivisti, işləyən qadınların onsuz da özgürləşmiş olduğunu düşünməyə yönəltdi. əslində bir çox işləyən qadına ‘feminist hərəkət sizin üçün deyil’ demiş olurdular”. Daha da önəmlisi, mən daha az əmək payı ilə işləməyin yoxsul və işçi sinifindən qadınları erkək hakimiyyətindən qurtarmadığını ən başından çox yaxşı bilirdim.

Öncəlikli gündəmləri, öz siniflərindən erkəklərlə toplumsal eşitlik olan imtiyazlı keçmişə sahib olan reformist feminist düşünərlər, iş sahibi olmağı özgür olmaqla eşit olaraq göstərdikləri zaman, əslində olduqca yüksək maaşlı kariyerlərdən danışırdılar. İşləmə anlayışlarının, bir çox qadın üçün daha artıq bir anlamı yox idi. İşləmə olqusu üçün feminist vurğunun həqiqətən bütün qadınları etkiləyən boyutu, eşit işə eşit əmək haqqının tələbi idi. Bu önəmlidir. Qadınlar, feminist müxalifət sonucunda maaş və pozisyon baxımından daha artıq haq əldə etdilər, amma bu durum, toplumsal cinsiyyət ayrı seçkiliyin təmamən bitirmədi. Bu gün, üniversitə siniflərindəki həm qadın həm də erkək öyrəncilərin çoxu, qadınlar eşitliyə qovuşduğu üçün, artıq feminist hərəkətə gərək olmadığını söyləyəcəkdir. Ortalama olaraq, bir çox qadının hələ eşit işə eşit əmək haqqı almadığına, bir erkəyin aldığı bir Dollara qarşılıq, yetmiş üç sent aldıqlarını belə bilməzlər.

Bu gün, işləməyin qadınları erkək hakimiyyətindən qurtarmadığını bilirik. Şübhəsiz erkəklərlə, erkək hakimiyyətinin norm sayılıdığı ilişkiləri sürdürən bir çox yüksək maaşlı və çox zəngin qadın vardır. Bir qadın, ekonomik olaraq özünə yetərli qonuma gəldiyində və özgürləşməyi seçdiyində, erkək hakimiyyətinin norm sayıldığı bir ilişkini sürdürməmə ehtimalının daha çox olduğunu bilirik. Sürdürməz, çünki bunu edə bilər. Bir çox qadın, feminist düşüncə ilə ilişki qurur, özgürləşməyi seçir, ancaq ataərkil erkəklərə ekonomik anlamda bağlıdırlar. Onlardan ayrılmaqları təmamən imkansız olmasa da çətindir. Bu gün bir çox qadın, hərəkət ilk başladığında ancaq bəzilərimizin bildiyi bir şeyi, işləməyin mütləq bizi özgürləşdirməyəcəyini bilir. ancaq bu durum, qadının özgürləşməsi üçün ekonomik anlamda bağımsız olmasının gərəkli olduğu gerçəyini dəyişdirmir. Bəlkə bizi özgürləşdirən, işləmək deyil ekonomik anlamda özünə yetərli olmaqdır deyiriksə bir sonraki addımı atmalıyıq. Bizi necə bir işləmə şəklinin özgürləşdirəcəyindən danışmalıyıq. Gənəl olaraq daha yüksək əmək haqqı olan iş saatları rahat olan işlərin işləyənə ən yüksək dərəcədə özgürlük sunduğu açıqdır.

Bir çox qadın narahatdır çünki feminist düşüncə onları işləyərək özgürləşəcəklərinə inandırmışdı. Genəl olaraq, həm işdə həm də evdə uzun sürələr işlədiklərini anladılar. Feminist hərəkətin qadınları evin dışında işləməyə olumlu(müsbət) baxmaları üçün cəsarətləndirməsinin öncəsində, ekonomik böhran bu dəyişimi onsuz da icbar halına gətirirdi. Günümüzün feminist hərəkəti heç gerçəkləşməsəydi də bu gün bir çox qadın işləyərdi; ancaq feministlər toplumsal cinsiyyət ayrı seçkiliynə qarşı çıxmasaydılar, qazandığımız haqlara sahib olmamız mümkün olmazdı. Bir çox qadın, işləmək məcburiyyətində olmaqdan dolayı feminizmi “suçlayır” amma haqsızdır bu suçlama. Tükətimə(məsrəf) söykənən kapitalizmin qadınları işləməyə məcbur edən təməl unsur olması hələ də keçərliliyini qorur. Ekonominin durğunlaşdığı şərtlərdə, bir zamanlar sadəcə ev qadını olma xəyalını quran qadınlar, evin dışında işləməməyi seçsəydilər ağdərili orta sinif ailələri, sinifsəl qonumlarını və yaşam tərzlərini qoruya bilməzdilər.

Feminist akademisienlər, qadınların iş həyatına qatılımının özlərinə güvənlərinin artması və topluma pozitiv biçimdə qatılmaqları anlamında qazanclara nədən olduğunun bəlgələridir. Ev qadını olaraq ev içində işləyən bir qadın, sinifsəl qonumu(mövqeyi) nə olursa olsun, genəlliklə təcrid olunmuşdu, yalnız idi və böhran yaşırdı. Qadın ya da erkək bir çox işləyən, özünü iş yerində güvəndə his etməsə də, daha böyük bir bütünün parçası olaraq his edər. Evdəki sorunlar daha çox stres yaradır və çözülməsi daha çətindir, amma iş yerindəki sorunlar hər kəs tərəfindən paylaşılır və çözüm tapmaq fəaliyyətləri yalnız yaşanmaz. Eşikdəki işlərin çoxunu erkəklərin gördüyü zamanlarda, qadınlar evi erkək üçün istirahət və rahatlamaq məkani halına gətirmək üçün işləyirdilər. Qadın üçün ev, sadəcə erkəklər və uşaqlar olmadığında bir rahatlamaq yeri idi. Evdəki bütün zamanlarını, başqalarının ehtiyaclarını qarşılamağa sərf etdikləri zaman ev, qadınlar üçün bir iş alanıdır; rahatladıqları və dinclik his etdikləri bir yer deyil. Eşikdə işləmək isə ən çox (heteroseksual olsun ya da olmasın bir çoxu yalqız yaşayan) subay qadınlar üçün özgürləşdirici olubdur. Bir çox qadın istədiyi şəkildə bir iş tapa bilməyib və iş gücünə qatılmaqları, ev içindəki yaşam keyfiyyətlərini düşürübdür.

Daha öncə heç işləməmiş ya da çox az işləmiş olan yaxşı eyitim almış və imtiyazlı qadınlar, iş ayrı seçkiliyi qarşısında feminizmin gətirdiyi dəyişimlərdən faydalandılar. Bu sayədə, istədikləri, ekonomik anlamda özlərinə yetərli hala gəlmələrinə nədən olan işlərə daha çox girə bildilər. Onların başarıları, bir çox qadının özlərini dəyişdirmədi. İllər öncə, Feminist Theory: From Margin to Centerda (Feminist Teori:Çəpərdən Mərkəzə) bunları dedim:

Əyər qadınların iş yeri şərtlərini yaxşılaşdırmaq məsələsi, feminist hərəkətin gündəmindəki mərkəzi qonumunu qadınlara daha yüksək maaşlı işlər təmin etmək və hər sinifdən işsiz qadına iş tapmaq fəaliyyətləri ilə birləşdirsəydi, o zaman feminizmin də bütün qadınların maraqlarına səslənən bir hərəkət olaraq görülə bilərdi. Kariyerizmə, qadınların yüksək gəlirli iş əldə etmələrinə odaqlanma, bir çox qadını feminist hərəkətə yabancılaşdırdı. Bu ayrıca, feminist aktivistlərin, artan sayıda burjuva qadının iş gücünə qatılmasının, qadınların bir qrup olaraq ekonomik güc qazanmaları anlamına gəlmədiyi gerçəyini göz ardı etmələrinə imkan tanıdı. Yoxsul və işçi sinifindən olan qadınların ekonomik durumuna baxacaq olsaydılar, artan işsizlik sorununu və qadınların artan bir biçimdə yoxsulların səflərinə qatılmaqda olduğunu görə bilirdilər.

Yoxsulluq, mərkəzi bir qadın məsələsi halına gəlibdir. Ağdərili üstünlükçü, kapitalist, ataərkil fəaliyyətlər, toplumumuzdakı sosial yardım sistemini parçalamağa davam edəcək, yoxsul və möhtac durumda olan qadınlar, sığınacaq və yeyəcək kimi yaşamın ən təməl gərəksinimlərindən belə məhrum buraxacaqdır. Mühafizəkar politikaçıların qadınlara sunduğu çözüm isə erkəklərin keçindirdiyi ataərkil, erkək hakimiyyətindəki evlərə dəyişir. Ayrıca bu politikaçılar, həm qadın həm də erkək üçün işsizliyin kütləsəl boyutda olduğunu, hətta ortada iş filan olmadığını və maaşı ola bir çox erkəyin də qadın və uşaqları keçindirmək istəmədiyini göz ardı etməkdədirlər.

Qadınlara işləməyi fərqli biçimdə yenidən düşünməyi önərən, bir çıxış yolu göstərən bir feminist gündəm yoxdur. Toplumumuzda həyat bahalı olduğu üçün iş, qadınlar da daxil olmaq üzərə bir çox işləyən üçün ekonomik anlamda özünə yetərli olmaya nədən olur. Yenə də bütün qadınlar erkək hakimiyyəti qarşısında seçim edə bilmə özgürlüyünə və özlərini bütünü ilə gerçəkləşdirə bilmə haqqına sahib olacaqsa, ekonomik anlamda özünə yetərliliyə ehtiyacları vardır.

Ekonomik anlamda özünə yetərli olmaq; ağdərili üstünlükçü kapitalist, ataərkil kütlə mediasının bizə sunduğu yaxşı yaşam imgəsinə qarşı, alternativ yaşam tərzləri gərəkdirir. Dolu və yaxşı yaşamaq, yaşana bilər əmək haqları alarkən öz güvənimizi və öz sayğınızı artıran işlər görə bilmək üçün, iş paylaşımı proqramlarına ehtiyacımız olacaqdır. Öyrətmənlərin və hər alanda xidmət işçilərinin daha çox əmək haqqı almaları gərəkəcək. Evdə qalıb uşaq böyütmək istəyən qadın və erkəklər, dövlətdən dəstək almalıdır; bununla birgə, bu insanların məktəb təhsilini bitirməkləri və üniversitə evdə oxumaqlarını olanaq yaradacaq ev eyitimi proqramları sunulmalıdır. Evdə oturan insanlar, gəlişən teknoloji sayəsində, yüksək öyrətim dərslərini videodan izləyərək və bəlli bir zamanı da sinifdə keçirərək eyitim görə bilməlidirlər. əyər hökümətimiz, savaşı (əsgəri xərcləri) deyil də toplumsal rifahı və sosial yardımı onaylasa və bütün vətəndaşlar, iş tapmadıqları bir yada iki il sürəsincə yasal olaraq dövlət yardımı ala bilərsə, sosial yardım proqramlarına yapışdırılan negativ damğa ortadan qalxacaqdır. Erkəklər də sosial yardıma əl tapmayınca eşitliyi yaxalasalar, sosial yardım artıq toplumsal cinsiyyət damğası daşımayacaqdır.

Artan sinifsəl uçurum, çox sayıda qadını imtiyazlı həmcinslərindən ayırır. Şübhəsiz, elita qadın qruplarının, özəlliklə də zəngin olanların toplumumuzda sahib olduğu sinifsəl gücün böyük bir bölümü, başqa qadınların özgürlüyü bahasına qazanıldı. Yenə də, sinifsəl gücə sahib qadınlardan oluşan kiçik qruplar, daha az imtiyazlı qadınları dəstəkləyən və onlara yardıma nədən olan ekonomik proqramlar aracılığı ilə, bu qadınlarla aralarına körpü qurmağa çalışırlar. Zəngin qadınlar, özəlliklə də miras yolu ilə zənginləşən və feminist özgürləşməyə bağlı qalan qadınlar, sinifsəl gücə sahib olmayan qadınlarla dayanışma maraqlarını yansıdan qatılımçı ekonomi strategiyaları gəlişdirirlər. Bu anda bu insanlar kiçik bir azınlıqdırlar, amma çalışmaları daha çox tanındıqca sayıları da artacaq.

Otuz il öncəsinin feministləri, toplumumuzda iş alanında yaşanacaq dəyişimləri öncədən görmədilər. Kütləsəl işsizliyin norm halına gələcəyini, qadınların özlərinin olmayan işlərə hazırlayır ola biləcəyini düşünmədilər. Pulsuz subay qadınların, içində olduqları faciəli ekonomik sıxıntı üzündən suçlana bildiyi və hətta canavarlaşdırıldığı, sosial yardımı hədəf alan mühafizəkar və bəzən də liberal qanaddan gələn saldırıları ön görə bilmədilər. Bütün bu ön görülməyən gerçəkliklər, viziyoner feminist düşünərlərin özgürləşmə və iş arasındakı ilişki haqqında yenidən düşünməsini gərəkdirir.

Bu gün, bir çox feminist akademisiyənin işləməsi, qadının iş gücü içindəki rolu, bu rolun istər qadınların öz mənliklərini alqılamalarında istərsə ev içindəki rollarında nə kimi dəyişimlərə yol açdığı haqqında bir şeylər söyləyirlər. Ancaq, işləyən qadınların sayısının artmasının erkək hakimiyyətini azaldıb azaltmadığı haqqında ortada çox iş yoxdur. Bir çox erkək, işsizlik üçün və ataərkil gələnəklərin onlara verdiyi sabit kimliklərin əldən verildiyindən dolayı işləyən qadınları suçlayır. Onlar üçün bu kimliklərin sadəcə bir xəyal olub olmamasının bir önəmi yoxdur. Gələcəkdə, feminist gündəmin önəmli bir ünsuru olaraq, erkəklərin qadınlar və işləmənin təbiəti haqqında bilgiləndirmələri, beləcə iş gücündəki qadınların onların düşməni olmadığını görməkləri təmin olunmalıdır.

Qadınlar uzun bir sürədir işləyirlər. Bu günə qədər yüksək ya da az iş haqqı alan bir çox qadın, işləməyi feminist utopiyaçı təsəvvürların irəli sürdüyü qədər anlamlı görmədi. Qadınlar, yaşam keyfiyyətlərini hər düzeydə yüksəltməkdən başqa daha çox tükətmək üçün işlədiklərində işləmə, ekonomik anlamda özünə yetərliliyə nədən olmur. Qazandıqlarımız var oluşumuzu rahatlaşdırmaq üzərə işlədilmədiyi təqdirdə daha çox pul, daha çox özgürlük anlamına gəlmir. İşləmənin anlamını yenidən düşünmək, gələcəyin feminist hərəkəti üçün önəmli bir görəvdir. Qadınların yoxsullaşmalarını önləməyin, maddi anlamda önəmli əksiklikləri olsa da, daha yaxşı bir həyata sahib olmalarının yollarını araşdırmaq, feminist hərəkətin başarısı üçün böyük önəm daşıyır.

Feminist hərəkət, başlanğıcda qadınların ekonomik anlamda özünə yetərli hala gəlməyini birinci hədəfi halına gətirmədi. Yenə də, qadınların yaxşı olmayan ekonomik durumlarının gündəmə alınması, sonuc olaraq, kollektiv ilgi örgütləyən feminist bir platformanın oluşmasına yol aça bilər. Bu platforma, kollektiv örgütlənmə, ortaq alan və bütün qadınları birləşdirən bir məsələ ola bilər.

Yorum yazmaq istəyirsinizmi?