Ərdəbil vilayətində zəlzələ baş verib

zelzele

OYANNEWS :İran adlanann yerin Ərdəbil vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Ərdəbil vilayətinin Nir şəhərinə təsadüf edib. 4.0 bal gücündə olan zəlzələ noyabrın 18-də Bakı vaxtı ilə səhər saat 08:32-də (Tehran vaxtı ilə 08:02-də) yerin 5 km dərinliyində meydana gəlib. Təbii fəlakət Nirdən 4 km, Səreyndən 11 km və Ərdəbildən 32 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Yorum yazmaq istəyirsinizmi?