AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİNİN QADINA QARŞI ZORAKILIQLA BAĞLI TÖVSİYƏ QƏRARI

qadina shiddet 3

OyanNews :

AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİNİN ÜYƏ ÖLKƏLƏRİN HÖKÜMƏTLƏRİNƏ QADINA QARŞI ZORAKILIQLA BAĞLI TÖVSİYƏ QƏRARI

Hazırlayan: Türkan Urmulu

I. Qanunlarını və siyasətlərini aşağıda sayılan amaclarla gözdən keçirmək:

  1. Qadınlara insan haqları və təməl özgürlüklərinin tanınması, bunları işlətmə, bunlardan yararlanma və bu haqların qorunmasını güvəncə altına almaq;
  2. Lazım gəldiyində, qadınların ekonomik və sosial haqlarını özgür və etkin bir şəkildə işlətmələrinə nədən olacaq tədbirləri görmək;
  3. Bütün tədbirlərin ölkə genəlində kordinə edilməsi, qurbanların ehtiyaclarına odaqlanması və ilgili dövlət qurumları ilə sivil toplum örgütlərinin, özəlliklə də bu tövsiyə qərarında bəlli edilən gərəkli tədbirlərin qərarlaşdırılıb tətbiq edilməsi ilə bağlantılandırılmasına nədən olmaq;
  4. Qadınlara qarşı zorakılıqla mübarizə edən sivil toplum örgütlərinin çalışmalarını hər düzeydə təşviq etmək və uyğun lojestik və maddi dəstək verilmsi ilə birlikdə bu örgütlərlə aktiv işbirliyi etmək.

II. Dövlətlərin zorakılıq içərən əməlləri, bu əməllər istər dövlət tərəfindən istərsə də bağımsız şəxslər tərəfindən gerçəkləşdirilmiş olsun, əngəlləmək, təqib etmək və cəzalandırmaq qonusunda gərəkli fəaliyəti etmək və qurbanları qorumaqla sorumlu olduqlarını qəbul etmələri.

  1. Qadınlara qarşı erkək zorakılığının, qadınlarla erkəklər arasında eşitsiz güc ilişkilərindən qaynaqlanan təməl bir quruluşsal və toplumsal sorun olduğunu qəbul etmək və bu nədənlə erkəklərin, qadınlara qarşı emal olunan zorakılıqla mübarizəni hədəfləyən işlərə qatılmalarını dəstəkləmək.
  2. Qadınlara qarşı zorakılıqla mübarizə edən bütün qurumları (polis, tib və sosial yardım işləri) zorakılığın qarşısının alınması və qurbanların qorunması üçün fəaliyət göstərən orta və uzun dönəmli koordinasiyalı əməllər pilanları oluşdurmağa təşviq etmək;

V.Ulusal və uluslararası səviyyədə, deyta toplamaq və şəbəkə qurulmasını dəstəkləmək;

  1. Qadınlara qarşı zorakılıq başda olmaq üzərə eşitlik qonusu ilə ilgili, universitə səviyyəsi daxil, ali təhsil proqramları və araşdırma mərkəzlərinin qurulmasını dəstəkləmək.
  2. Bilim ilə məşğul olanlar, alan çalışması edən sivil toplum örgütləri, siyasi qərar almaq qonumunda olanlar, qanunçuluq, sağlıq, eyitim qurumları, sosial və polis qurumları arasındakı qarşılıqlı təsir buraxmağı gəlişdirmək.

VIII. Bu tövsiyə qərarının əkində(əlavəsində) açıqlanan tədbirləri, ulusal qoşullar və üstünlükləri göz önünə alaraq ən uyğun şəkildə qəbul edib icra etmək və bu amacla qadınlara qarşı zorakılıqla mübarizə üçün bir eyləm planını düzənləməyi gündəmə gətirmək.

  1. Avropa Şurasını bu tövsiyə qərarının hökmlərinin ulusal səviyyədə təqib edilməsindən xəbərdar etmək.

Record (2005)5 Sayılı Tövsiyə Qərarınıın Əki(əlavəsi)

 

Tanım(tərif)

  1. Bu qərar çərçivəsində “qadınlara qarşı zorakılıq” ifadəsi, cinsiyyətə dayalı, qadınlara fiziksəl, cinsəl yada psixolojik zərər vəya sıxıntı yaradan yada verməyə yol aça biləcək hər çeşid zorakılıq əməlini ya da təhdidini ifadə edər. İctimai alanda ya da özəl həyatda qarşılaşılan basqı vəya keyfi olaraq özgürlükdən məhrum edilməyi də içərən bu ifadə aşağıda sayılanları ihatə etməklə birgə, bunlarla sınırlı deyil:
  2. Bu arada fiziksəl ve ruhsal saldırqanlık, duyğusal yada psixolojik sömürü, təcavüz etmək və cinsəl istismar, ensest, evlilik içi vəya evlilik dışı cinslər arası təcavüz, qadınlara zərər verən başqa törəsəl işlərlə birlikdə ailə içində yada evdə qarşılaşılan zorakılıq.
  3. Bu sürə içində təcavüz etmək, cinsəl istismar, iş yerində, qurumlarda vəya başqa alanlarda cinsəl əziyyət və təhdidlə birlikdə, gənəl olaraq toplumda, qurumlarda yada başqa alanlarda qarşılaşılan zorakılıq, cinsəl və ekonomik sömürü amacı ilə qadın ticarəti və seks turizmi;
  4. Dövlət yada dövlət görəvliləri tərəfindən edilən vəya göz yumulan zorakılıq;
  5. Silahlı qarşıdurma və özəlliklə girov alma, zorla yerləşdirmək, sistematik şərəfinə toxunmaq, cinsəl köləlik, zorla hamilə buraxmaq və cinsəl və ekonomik sömürü amacı ilə insan ticarəti durumlarında qadınların insan haqlarının pozulması.

Qadınlara Qarşı Zorakılıqla ilgili Genəl Tədbirlər

  1. Hər hansı bir qadının hər hansı bir zorakılığa məruz buraxılmama haqqını güvəncə altına almaq, dövlətlərin sorumluluğunda və mənfəətindədir və milli siyasətlərində öncəliyə sahibdir. Burada dövlətlər bu sorumluluqdan qaçmaq üçün törə, adət ənənə yada dini önə sürə bilməzlər.
  2. Üyə dövlətlər aşağıda sayılan ünsurlara dayalı zorakılıq əməllərinə qarşı milli siyasətlər oluşdurmalı, gəlişdirməli vəya gərəkdiyində var olanları yaxşılaşdırmalıdır:
    1. Qurbanların maksimum güvənliyinin qorunması;
    2. Qurban qonumuna gətirilən qadınlara, yenidən bu qonuma düşmələrini əngəlləyəcək ən uyğun dəstək və yardım olanaqlarını sunaraq güclənmələrinin təmin olunması;
    3. Cəza hüququ və mədəni hüququn, məhkəmə üsulu ilə birlikdə uyarlanması;
    4. Toplumda bu qonuda həssasiyyətin artırılması; uşaqların və gənclərin eyitimi;
    5. Qadınlara qarşı zorakılıq olqusuyla qarşılaşan fərqli iş sahiblərinə özəl eyitim verilməsi üçün imkanların təmin olunması;
    6. İlgili bütün alanlarda qarşısını almaq üçün çalışmaq.
    7. Bu çərçivədə mümkün olan hər durumda, ulusal səviyyədə və gərəkdiyində bölgsəl və/vəya yerəl yetkililərlə iş birliyi içərisində, sivil toplum örgütləri ilə birlikdə akademik qurumlar və başqa qurumlarla danışaraq, qadınlara qarşı zorakılıqla mübarizə üçün tədbirlər görməklə və yasal reformların yada əməl alanında hər hansı bir yeni müdaxilə şəklinin dəyərləndirməsi və düzənli olaraq təqib edilməsindən sorumlu bir rəsmi kordinə qurumu ya da orqanı qurmaq gərəkəcəkdir.
    8. Özəlliklə aşağıdakı alanlarda ulusal və uluslararası səviyyədə araşdırma, səbəb toplama və şəbəkələr gəlişdirilməlidir:
    9. Qadınlara qarşı zorakılığın ölçəyini daha yaxşı dəyərləndirə bilmək üçün cinsiyyət təməlli statistikalar, enteqrə statistikalar və ortaq göstərgələrin hazırlanması;
    10. Saldırıların qurbanlar üzərindəki orta və uzun sürəli etkiləri;
    11. Zorakılığın, ailə içi zorakılıq daxil, şahidlər üzərində buraxdığı etkilər;
    12. Qadınlara qarşı zorakılığın sağlıq, toplumsal və ekonomik həzinəsi;
    13. Qadınlara qarşı zorakılıqla mübarizədə hüquqi və yasal sistemlərin etkinliyini dəyərləndirmə;
    14. Qadınlara qarşı zorakılığın nədənləri, yəni erkəkləri zorakılığa və toplumun belə bir zorakılığa göz yummasının nədənləri;
    15. Zorakılıq qonusunda ölçü alınacaq sanksiyaları gəlişdirmə.

Bilgi, Toplumun Həssaslığı, Eyitim və İş İçi Eyitim

Üyə Dövlətlər,

  1. Fərqli zorakılıq növləri və bunların qurbanlar baxımından sonucları ilə ilgili enteqrə statistikalar daxil uyğun bilgiləri, mövcud bütün media orqanlarını (Qəzet, radio və televizya və…) işlədərək seçib xalqa sunmalı;
  2. Toplumun sorunun fərqinə varması, qurbanlar və genəl olaraq toplum üzərindəki yıxıcı etkisini anlaması və bu sayədə qadınlara qarşı zorakılıq qonusunu açıqca, ön yarqı vəya öncədən hökmü verilmiş fikirlər etmədən dartışa bilməsi üçün bilgiləndirmə kampaniaları və dəstək konfransları düzənləyərək toplumu hərəkətə keçirməli;
  3. Ailə içi zorakılığın yanında qadınları etkiləyən bütün başqa zorakılıqlarında incələməsində işlədiləcək ünsurları, polis və yarqı görəvliləri ilə tib alanında və sosial alanda çalışanların təməl eyitiminə daxil etməli;
  4. Bu çalışmaların iş eyitimi proqramlarına, qurbanların qəbul edilməsini, sunulan dinləmə və danışmanlıq tərzini yaxşılaşdırmaq və böhran durumlarını tanıyıb yönətməyə yarayacaq gərəkli aracları təmin edə bilmək üçün bilgi və eyitim verməli;
  5.  Bu personelin özəl eyitim proqramlarına qatılmalarını təşviq etmək və bu amacla personeli bir ödülləndirmə planına daxil etməli;
  6.  Qadınlara qarşı zorakılıq qonusunun yarqıcların eyitiminə daxil edilməsini təşviq etməli;
  7.  Məsəla terapistlər kimi öz kontrollu iş fəaliyyətlərinin yetkili qonumlardakı şəxslər tərəfindən edilə biləcək cinsəl istismara qarşı stratejilər gəlişdirmələrini təşviq etməli;
  8. Erkəklərin, etdiklərindən sorumlu olmaları gərəkdiyini vurğulayaraq və erkəkləri zorakılıq mekanizmalarını təhlil edib çözməyə və fərqli bir davranış tərzi mənimsəməyə təşviq edərək, qadınlara yönəlik erkək zorakılığı qonusunda həssasiyyətin artması üçün kampanialar düzənləndi;
  9.  İnsan haqları qonulu eyitim proqramlarına cinsiyyət baxış açısını daxil etməli ya da gücləndirməli və cinslər arası eşitliyə və qarşılıqlısayğıya özəl önəm verən cinsəl eyitim proqramlarını gücləndirməli;
  10.  Qız və erkək uşaqların, sosial və kültürəl nümunə, önyarqı və şablon cinsiyyət rollarından qaçan və özgüvənlərinin gəlişdirilməsinə yönəlik eyitim içərən bir təməl eyitim almalarını, oxulda çətinlik çəkən gənclərə özəl diqqət göstərərək təmin edilməli; eyitimlə bağlantılı olan işlərin bütün üyələrini cinsiyyət eşitliyi qavramını eyitimlərinə daxil edəcək şəkildə eyimləli;
  11.  Oxul dərs proqramlarında uşaq haqları, yardım telefon haqları, uşaqların yardım istəyə biləcəkləri qurumlar və güvənə biləcəkləri şəxslərlə ilgili özəl bilgiləri daxil etməlidir.

Media

Üyə Dövlətlər,

  1.  Medianı, şablon olmayan, insana və insanlıq onuruna sayğı təməlində qurulmuş qadın və erkək imajlarını önə çıxarmaya və zorakılıqla cinsəlliyi bağlantılandıran proqramlardan uzaqlaşmağa təşviq etməli; bu meyarları mümkün olduğu qədəri ilə yeni bilgi teknolojiləri alanında da göz önünə almalı;
  2.  Medianı, toplumu qadınlara qarşı zorakılıq qonusunda diqqətli etmək üçün bilgiləndirmə kampanialara qatılmağa təşviq etməli;
  3.  Media çalışanlarını bilgiləndirmək və zorakılıqla cinsəlliyi bağlantılandıran proqramların ola bilcək sonucları qonusunda uyarmaq üçün iş içi eyitimi təşviq etməli;
  4.  Media çalışanları üçün, qadınlara yönəlik zorakılıq qonusunu göz önünə alan və var olan ya da gələcəkdə qurulacaq media kontrol qurumlarının təməl ilkələri arasında qadınlara qarşı zorakılıq və cinsiyyətçilik qonularının yer almasını təşviq edən davranış yönərgələrini(təlimatını) gəlişdirilməsini təşviq etməlidir.

 

Yerəl, bölgəsəl və şəhərdə planlama

Üyə dövlətlər,

  1.  Yerəl və bölgəsəl planlama ilə şəhər planlanmasında qərar alma qonumundakı şəxsləri, topluma açıq yerlərdə zorakılıq içərən əməllərinin qarşını almaq və qadınların güvənliyini möhkəmlətmə ehtiyacını hesaba qatmağa təşviq etməli;
  2.  Özəlliklə çevrə aydınlanması, toplu daşıma aracları və taksi xidmətlərinin düzənlənməsi, avtomobil park yerləri ilə iqamətə məxsus binaların dizayn və planlanması ilə ilgili gərəkli hər çeşid tədbiri mümkün olduğu qədər almalıdır.

Qurbanların qorunması və yardım ( qəbul, tədavi və danışmanlıq)

Üyə dövlətlər

  1.  Qurbanların, şikayət etmiş olsunlar yada olmasınlar, hər hansı bir ayrımçılıq edilmədən çox disiplinli, koordinasyalı profesional kadroların ortaya qoyduqları təcili və ətraflı yardımdan yararlanmağını təmin etməli; bu yardıma tibbi müayinə, ədli tib müayinəsi, tədavi və sarsıntı və incinmə sonrası psixolojik, sosial dəstək və hüquqi yardım daxil olub, yardım gizlilik əsası təməlində, pulsuz və 24 saat əlverişli olmalı;
  2.  Özəlliklə, ev içi zorakılıq qurbanlarına sunulan hər çeşid xidmət və hüquqi yolun, tələb üzərinə köçmən qadınlara da sunulmasını təmin etməli;
  3.  ədli tib səbəbləri və bilgi toplama işləmlərinin standard protokol və formlarla edilməsinə nədən olacaq bütün tədbirləri görməli;
  4.  Qurbanlarrın ehtiyaclarına görə hazırlanmış, qurbanları açıq və anlaşılan bir dil ilə haqları, yararlandıqları xidmətlər və öncədən bilə biləcəkləri yada baş vura biləcəkləri eyləmlər qonusunda bilgiləndirən sənədləri, qurban şikayət etsin yada etməsin, psixolojik, tibbi və sosial dəstək və hüquqi yardım almağa davam etsin yada etməsin, sunmalı;
  5.  Bu çeşid koordinasyalı eyləmləri mümkün edəcək şəkildə polis, sağlıq və sosial xidmət qurumları və hüquqi sistem arasında iş birliyini gəlişdirməli, sivil toplum örgütləri arasında iş birliyi şəbəkəsinin qurulmasını təşviq etməli və dəstəkləməli;
  6.  Zorakılıq qurbanları vəya zorakılıqla yada zorakılıq təhdidi ilə qarşı qarşıya qalan şəxslər üçün anonim, pulsuz telefon yardım xətləri kimi təcili durum servislərinin qurulmasını təşviq etməli; düzənli olaraq telefon danışıqlarını izləməli və bilgiləri qorumaqla bağlı standardlara sayğı göstərmə şərtiylə, sunulan yardım sırasında toplanan bilgiləri dəyərləndirilməli;
  7.  Polis və başqa asayiş qurumlarının qurbanları qəbul edib, tədavi və məsləhət verərkən, insana və insanlıq şərəfinə sayğı təməlinə uyğun bir şəkildə yanaşmalarını, şikaətləri gizlilik əsasına görə ələ almalarını, qurbanların, polis görəvlisi ilə qurban arasında bir güvən ilişkisi oluşduracaq şəkildə tasarlanmış yerlərdə özəl eyitimli personel tərəfindən gecikmə olmadan dinlənmələrini və mümkün olduğu qədər, zorakılıq qurbanlarının istədikləri təqdirdə bir qadın görəvli tərəfindən dinlənmələrini təmin etməli;
  8.  Bu amacla, bütün sorumluluq düzeylərində çalışan qadın polis görəvlisi sayısını artırmaq üçün addım atmalı;
  9.  Uşaqlara hər mərhələdə (ilk qəbul, polis, savcılıq, məhkəmələr) uzman personel tərəfindən anlayışla yanaşmasını, baxılmasını və verilən yardımın uşağın ehtiyaclarına uyğun olmasını təmin etməli;
  10.  Zorakılıq qurbanı olan uşaqlara gərəkli psixolocik və mənəvi dəstəyi təmin etmək üçün, uyğun sistemlər oluşduraraq və uşaqları ilk görüşmədən yaxşılaşma anına qədər izləyəcək eyitimli personel təmin edərək addımlar atmalı və bu xidmətlər pulsuz sunulmalı;
  11.  Qurbanların, yardım xidmətini sunan polis, sağlıq və sosial xidmət personeli tərəfindən cinsiyyətə ilgisiz tutumlar ilə qarşılaşmamaları və yenidən qurban qonumuna düşməmələri üçün gərəkli bütün tədbirləri görməlidirlər.

 

 

Cəza Hüququ Mədəni Hüquq və Yarqılama Üsulu

Cəza Hüququ

Üyə Dövlətlər,

  1.  Cəza hüququnda şəxsə qarşı zorakılıq etmənin və özəlliklə fiziksəl vəya cinsəl zorakılıq etməyin, sadəcə əxlaq, şərəf vəya tərbiyənin pozuntusu olmayıb, şəxsin fiziksəl psixolojik vəya cinsəl özgürlüyü və bütünlüyünün pozulmasını bəlirtən hökümlərin içərməsini təmin etməli;
  2.  Milli qanunlarda zorakılıq edənlərə qarşı dərhal və etkin girişimə olduğu qədər, zorakılıq qurbanı qadınlara edilən haqsızlığı cübrana da imkan verən uyğun tədbir və sanksiyalar sunmalıdır. Ulusal yasalar özəlliklə

-         Evlilik içi yada dışı eşlər arasında cinsəl zorakılıq və təcavüzü cəzalandırmalı;

-         Dirənc əlaməti göstərməsələr belə, şəxslərə qarşı təsdiqləri olmadan hər hansı bir cinsəl əməldə bulunmağı cəzalandırmalı;

-         Şəxsin təsdiqini almadan, türü və aracı nə olursa olsun, cinsəl duxul cəzalandırmalı;

-         Hamilə, qorumasız, xəstə, fizik vəya ağıl əlili vəya baxıma möhtac şəxslərin durumunun hər şəkildə istismarını cəzalandırmalı;

-         Failin qonumunu istismar etməsi, özəlliklə uşaqlar qarşısında yetişkin qonumunun istismarını cəzalandırmalıdır.

Mədəni Hüquq

Üyə Dövlətlər,

  1.  Zorakılıq etdiyi isbatlandığında, qurbanlara, olayın ciddiyətinə uyğun, məruz qaldıqları iqtisadi, fiziki, psixoloji, əxlaqi və ictimai zərəri qarşılayacaq uyğun bədəlin, ədli xərclər daxil, verilməsini təmin etməli;
  2. Qurbanlara təzminat verə bilmək üçün maliyyələşdirən sistemləri oluşdurmağı gündəmə almalıdır.

Yarqılama Üsulu

Üyə Dövlətlər,

  1.  Bütün zorakılıq qurbanlarının və duruma görə, onları savunan hüquqi şəxsiyyətə sahib toplumsal qurumu vəya özəl qurumların qurbanla birlikdə yada qurban adına şikayət edilə bilməsini təmin etməli;
  2.  Cümhuriyyət başprokuror cəza üçün şikayət etməsini təmin edəcək hökümləri qoymalı;
  3.  Başprokurorları, toplum adına şikayət edib etməməyə qərar verərkən, qadınlara və uşaqlara qarşı edilən zorakılığı ağırlaşdırıcı vəya bəlirləyici ünsur saymağa təşviq etməli;
  4.  Məhkəmə şikayətinin bütün aşamalarında qurbanların fiziksəl və psixolojik durumunun göz önünə alınmasını və tibbi və psixolojik baxım görmələrini təmin edəcək bütün tədbirləri almalı;
  5.  Zorakılıq qurbanı vəya şahidi olan şəxslərin ifadələri eşidildiyində, təkrar təkrara ifadə vermələrini və yarqılama usulunun böhran yaradıcı etkilərini azaltmaq üçün özəl şərtlərin yaranması üçün çalışmalı;
  6.  Qurumların iç əsasnamələrinin, zorakılıq qurbanı yada tanıdıqlarının məruz qaldıqları böhranı göz önünə alaraq və bu böhranın təkrarlanmaması üçün, səbəbsiz və aşağılayıcı sorulara məruz qalmalarını əngəlləyəcək şəkildə düzənlənməsini təmin etməli;
  7.  Gərəkli olduğunda, qurbanları təhdid və ola biləcək intiqam girişimlərinə qarşı təsirli biçimdə qorumaq üçün tədbirlər görülməsini təmin etməli;
  8.  Uşaq haqlarının yarqılama sürəsində qorunması üçün özəl tədbirlər almalı;
  9.  Uşaqlara məhkəmənin bütün cələsələrində, məhkəmə gərəkçəli bir qərarla qarşı çıxmadığı təqdirdə ya yasal təmsilçiləri yada uyğun gördükləri bir yetişkin tərəfindən müşayiət edilməsini təmin etməli;
  10.  Uşaqlara yasal təmsilçiləri aracılığı ilə vəya seçdikləri etdikləri və bir toplumsal qurumu, özəl örgüt vəya yarqı yetkilisinin təsdiqlədiyi hər hansı bir yetişkin aracılığı ilə şikayət edilə bilməsini və gərəkirsə pulsuz ədli yardım ala bilmələrini təmin etməli;
  11.  Cinsəl qəbahət və suçlar üçün qəbul ediləcək bir sürə sınırlanmasının, ancaq qurban çoxalmasını isbat etdikdən sonra başlamasını təmin edəcək hökümləri qoymalı;
  12.  Gizlilik şərtlərində ələ gətirilmiş bilgi yada müayində sonucu, işləri gərəyi zorakılığa məruz qalmış uşaq olayları ilə qarşılaşan şəxslərlə ilgili, istisna bir durum olaraq, işdəki gizlilik şərtindən qurtulmasına imkan verməli.

 

 

Zorakılıq failləri üçün müdaxilə proqramları

Üyə dövlətlər,

  1.  Zorakılıq faillərinin, əməllərinin bilincində olmalarına və sorumluluqlarını anlamalarına yardımçı olaraq, zorakılıqdan arınmış bir davranış tərzini mənimsəmələrini təşviq edəcək müdaxilə proqramları təşəkkül etməli;
  2.  Faillərə müdaxilə proqramlarına qatılma fürsətini, məhkumiyyətə bir alternativ olaraq deyil, zorakılığı önləmək üçün əlavə bir önləm olaraq sunmalı; bu kimi proqramlara qatılmaq  könüllülüq əsasına dayanmalı;
  3.  Mövcud qaynaqlar izin verdiyi ölçüdə, zorakılıq etməyə meyilli erkəklər üçün dövlətin onayından keçmiş mərkəzlər və sivil toplum örgütlərinin öncüllüyündə qurulmuş yardım və dəstək mərkəzləri qurmağı düşünməli;
  4.  Erkəklərə yönəlik müdaxilə proqramları ilə qadınların qorunmasına yönəlik proqramların işbirliyi və eşgüdüm içində getməsini təmin etməlidir.

Cinsəl zorakılıqla ilgili ək önləmlər

Genetik veri bankası

Üyə dövlətlər,

  1.  Ulusal düzeydə və Avropa düzeyində, suçları tapmaq və yenidən suç işləmələrinə əngəl olmaq üçün etkin bir siyasət oluşdura bilmək amacı ilə və bu alanda milli qanunlar və Avropa Şurası tərəfindən qoyulan standardları hesaba qataraq, təşxis edilmiş yada edilməmiş cinsəl zorakılıq amillərinin genetik profili ihatə edən veri bankaları oluşdurmağı gündəmə gətirməlidir.

Ailə içi zorakılıqla ilgili əlavə tədbirlər

Üyə dövlətlər,

  1.  Hər şəkildə ailə içi zorakılığı cəzai suç olaraq qruplandırmalı;
  2.  Ailə içində bilincli olaraq edilən etkili əməl üçün, hansı ailə üyəsi edərsə etsin, tətbiq ediləcək cəzaları gözdən keçirməli vəya artırmalı;
  3.  Zinanın ailə içi zorakılığa bəhanə olaraq önə sürülməsinə meydan verməməli;
  4.  Aşağıda sayılanlara imkan yaratmaq üçün tədbirlər görülməsi ehtimalını gündəmə almalı:
    1. Polis güclərinin təhlükədə olan bir şəxsin evinə girməsini, faili tutuqlamasını və failin hakim önünə çıxarılmasını mümkün qılmaq;
    2. Yarqının qurbanların qorunmasını hədəfləyən ehtiyat tədbiri olaraq, bir failin qurbanla bağlantı və ilətişim qurma vəya ona yanaşmasını, bəlirli alanlara girməsini vəya belə alanlarda iqamət etməsini yasaqlanmasına imkan vermək;
    3. Polis, tib və sosial xidmət qurumlarının eyni mərhələləri izləməsi üçün bir məcburi işləyiş protokolu oluşdurmaq;
    4. Polisin əlinə bir rapor çatar çatmaz qurbanla bağlantıya girmə təşəbbüsünü göstərəcək pro-aktiv qurban qoruma servislərini gəlişdirmək.
    5. Qurbanın yardıma çata bilmək və failə qarşı bəlli sürə sınırlamaları daxilində və faillə istənməyən hər hansı bir bağlantı qurmaq zorunda qalmadan cəhd göstərə bilmək üçün bütün yasal və pratik tədbirləri almasına imkan vermək amacı ilə, polis yetkililəri, məhkəmələr, qurban qoruma servisləri və başqa ilgili bütün qurumların uyumlu iş birliyini təmin etmək;
    6. Yetkililərin faili uymağa zorladıqları tədbirlərin hər çeşid ixlalini cəzalandırmaq;
    7.  Ailə içi zorakılıq qurbanı olan vəya olmuş köçmən qadınlara, ev sahibi ölkəni tərk etmək məcburiyyətində qalmadan, zorakılıq edən həyat yoldaşlarından ayrıla bilmələri üçün, gərəkdiyində həyat yoldaşından ayrı oturma haqqı verməyi gündəmə almalıdır.

Cinsəl əziyyətlə ilgili əlavə tədbirlər

Üyə dövlətlər,

  1.  İş yerində əməkdaşlarının və üstlərinin davranışları daxil, iş yerində qadınların həysiyyətini etkiləyən cinsəl yönlü hər çeşid davranışı vəya cinsəllik təməlində başqa tutumları- qonşuluq ilişkiləri, öyrənci və öyrətmənlər arası ilişkilər, telefonla əziyyət və başqa şeylər daxil, harada olursa olsun, failin otoritə qonumunu işlətdiyi cinsəl özəllikli bütün davranışlar bunlara daxildir və bu durumlar insan şərəfinin ixlalini təşkil edər və yasaqlamaq üçün addımlar atmalı;
  2.  İş yerində vəya işlə ilgili yada harada gerçəkləşirsə gerçəkləşsin cinsəl əziyyət qonusunda həssasiyyət yaratmaq, bilgi vermək və qarşısını almağı təşviq etmək və qadın ve erkəkləri bu davranışlardan qorumaq üçün, gərəkli tədbirləri.

Qadınların sünnəti ilə ilgili əlavə tədbirlər

Üyə dövlətlər,

  1.  qadın yada qızların cinsəl orqanlarının, onayları alınaraq yada alınmadan, sünnət edilməsi cəzalandırılmalıdır; cinsəl sünnətdən klitorisin tikilməsi, kəsilməsi, qismən vəya təmamən çıxarılması vəya qopardılması anlaşılır;
  2.  Bilərək və istəyərək, şəxs qəbul edərək yada qəbul etmədən, hər hansı bir cinsəl sünnətin gerçəkləşdirilməsinə qatılan, yardımçı olan vəya təşviq edən hər kəsin cəzalandırılmasını təmin etməli; bu və buna bənzər əməllər, qismi olaraq da gerçəkləşdirilmiş olsalar, cəzalandırılmalı;
  3.  İlgili cəmiyyət təbəqələrinə, özəlliklə köçmən və mühacirlərə yönəlik, bu əməllərin qurban baxımından daşıdığı sağlıq riskləri, amillər açısından da cəzayi qeyd və şərtlər qonusunda bilgilərndirmə və qarşısını almaq kampaniaları düzənləməli;
  4.  Tib işlərində çalışanları, özəlliklə doğum öncəsi və sonrası müayinələri etməklə və uşaqların sağlığını kontrol etməkdə məsul olan doktorları xəbərdar etməli;
  5.  Qadınların cinsəl sünnətini yasaqlamaq və qarşısını almaq və amilləri təqib etməklə ilgili iki tərəfli anlaşmaların imzalanması ya da gücləndirilməsini təmin etməli;
  6.  Cinsiyyət əsaslı gərəkçələrlə təhdid altında bir qrup olaraq bu qadınlara özəl qoruma imkani sunmağı gündəmə almalıdır;

Qarşıdurma zamanları və qarşıdurma sonrası durumlarla ilgili əlavə tədbirlər

Üyə dövlətlər,

  1. Qarşıdurma durumlarında qadın və uşaqlara qarşı hər şəkildə zorakılıq edilməsini, bu əmələ aşağılama, işkəncə, cinsəl köləlik vəya bu əməllərdən qaynaqlanan ölüm biçimlərindən hansını alarsa alsın cəzalandırmalı;
  2.  Namusa toxunma, cinsəl köləlik, zorla gəbə buraxma, zorla qısırlaşdırma ya da bənzər vəxamətdə başqa hər növ cinsəl zorakılığı insan haqlarının qəbul edilməz bir ixlalı, insanlığa qarşı işlənmiş suç olaraq və silahlı qarşıdurma halında işlənmiş isə, savaş suçu olaraq cəzalandırmalı;
  3.  Soyqırım, insanlığa qarşı işlənmiş suç və savaş suçlarını yarqılayan ulusal ya da uluslararası cəza məhkəmələrinə ifadə verən şahidlərin qorunmasını və şahidlərə ən azından dava sürəsində yasal oturum təmin etməli;
  4.  Soyqırım, insanlığa qarşı işlənmiş suç və savaş suçlarını yarqılayan ulusal ya da uluslararası cəza məhkəmələrinə şahid olaraq çağırılan hər kəsin sosial və ədli yardım almasını təmin etməli;
  5.  Qarşıdurmalarda zorakılıq qurbanı olan qadınlara insani gərəkçələrlə oturum vermək və/vəya cinsiyyət əsaslı zülm gərəkçəsi ilə mühacir qonumu vəya başqa əlavə qoruma haqları verməyi tələb etməli;
  6.  Qarşıdurma sırasında və sonrasında zorakılıq qurbanlarına yardım və müşavirə verən sivil toplum örgütlərinə dəstək olmalı və büdcə təmin etməli;
  7.  Qarşıdurma sonrası durumlarda qadınlara özəl qonuların, qarşıdurmadan etkilənmiş bölgələrdəki yenidən inşa və siyasal yenilənmə sürəcinə daxil edilməsini təşviq etməli;
  8.  Ulusal və uluslararası səviyyədə, qarşıdurmalardan etkilənən bölgələrdəki bütün müdaxilələrin cinsiyyətə həssasiyyət eyitimi almış personellər ilə gerçəkləşdirilməsini təmin etməli;
  9.  Qarşıdurma qurbanlarına yardım sunma və qarşıdurma sonrasında yenidən inşa və mühitə dönüş fəalliyətlərinə dəstək olma qonusunda cinsiyyətə həssas bir yanaşma izləyən proqramları dəstəkləməli və büdcə təmin etməlidir.

Qurumsal ortamda zorakılıq ilə ilgili əlavə tədbirlər

Üyə dövlətlər,

  1.  Dövlət ya da dövlət görəvliləri tərəfindən icra olunan ya da göz yumulan hər şəkildə fiziki, cinsi və psixolojik zorakılıq, görüldüyü hər yerdə və özəlliklə cəza ya da həbsxanaları, psixiyatrik qurumlar və bənzərlərində cəzalandırmalı;
  2.  Dövlətin vəya üçüncü şəxslərin sorumluluğuna bağlana biləcək durumlarda, məsəla yatılı oxullarda, qoca evlərində və başqa qurumlarda icra edilən ya da göz yumulan hər şəkildə fiziki, cinsi və psixolojik zorakılığı cəzalandırmalıdır.

Törəməyə dair özgür seçim haqqına uyulmamasıyla ilgili əlavə tədbirlər

Üyə dövlətlər,

  1.  Zorla qısırlaşdırma ya da abort, zor ya da basqı yolu ilə qəbul etdirilmiş doğum kontrolu və doğum öncəsi cinsiyyət bəlli etməni yasaqlamalı və bu amacla gərəkli olan bütün tədbirləri görməlidir.

Adət ənənə adına edilən cinayətlər ilə ilgili əlavə tədbirlər

Üyə dövlətlər,

  1.  Adət ənənə adına edilən cinayət gələnəyinə uyğun olaraq qadın və uşaqlara qarşı zorakılıq edilməsinin bütün növlərini cəzalandırmalı;
  2.  Adət ənənə adına edilən cinayətləri əngəlləmək üçün, fərqli kəsimlər arasında və başda hakimlər və adli personel olmaq üzərə, ilgili iş qruplarına xitab edən bilgiləndirmə kampaniaları daxil, gərəkli bütün tədbirləri görməli;
  3.  Adət ənənə adına edilən cinayətə qatılmış, yardımçı olmuş ya da təşviq etmiş hər kəsi cəzalandırmalı;
  4.  Bu işlərlə mübarizə edən sivil toplum örgütlərini və başqa qrupları dəstəkləməlidir.

Erkən evliliklər ilə ilgili əlavə tədbirlər

Üyə dövlətlər,

  1.  Şəxslərin razılığı olmadan zorla gerçəkləşdirilən evlilikləri yasaqlamalı;
  2.  Uşaq satışı ilə bağlı fəaliyyətləri əngəlləmək və durdurmaq üçün gərəkli tədbirləri görməlidirlər.    

Yorum yazmaq istəyirsinizmi?