Təbrizdə bir azərbaycanlı gizli edam edilib

dar

OYANNEWS : İranın Şərqi Azərbaycan vilayətində bir azərbaycanlı gizli edam edilib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, məhbus narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib.

29 yaşlı Kərim Cavadi barəsində 8 il əvvəl edam cəzası ilə bağlı hökm çıxarılıb, o bu vaxta qədər həbsxanada cəzası icra edilmədən saxlanılıb.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra məhbus noyabrın 21-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında dara çəkilib. Ancaq indiyədək rəsmi mətbu orqanlar bununla bağlı heç bir xəbər verməyiblər.

Real Cəfərli – APA.

Yorum yazmaq istəyirsinizmi?