Türkiyədə Məhəmmədtağı Zehtabi yenidən anılacaq

zehtabb

OYANNEWS : Türkiyənin Əskişəhər şəhərində professor Məhəmmədtağı Zehtabi ili münasibətiylə konfrans keçiriləcək.

Müxbirimizin verdiyi məlumata görə konfrans dekabr ayının 1-də Yunus Əmrə Kültür və Sənət mərkəzində Türkiyə vaxtıyla saat 17:00 da öz işinə başlayacaq. Konfransda Prof. Dr. Məhəmmədtağı Zehtabinin hayatı və əsərləri üzerinde çalışmış iki önemli hocamız, araştırmacı jurnalist, yazar Dr. Ənver Uzun və Kırıkkale Universitetinin elmi heyyətinin üzvü, dil bilimci Prof. Dr. Bilgehan Atsız Gökdağ Məhəmmədtağı Zehtabinin həyat və yaradıcılığından danışacaq.

Nəzərinizə çatdıraq ki, bu Türkiyədə Zehtabiylə bağlı keçirilən ilk konfrans deyil. Bundan öncədə bu ilin aprel ayının 21-də Ankarada və sentyabr ayının 28-də İzmirdə Zehtabiylə bağlı çoxsaylı elm və ictimaiyyət nümayəndələrinin iştirakı ilə belə konfranslar təşkil edilmişdi. Xatırladaq ki, 2013-cü il Güney Azərbaycan milli-mədəni fəalları tərəfindən Dr Məhəmməd Tağı Zehtabi ili elan edilib və bu konfranslarda bunun əsasında Türkiyədə yaşayan soydaşlarımız tərəfindən təşkil edilir.

Bu xəbərin yalnız “ Oyannews ” adı ilə yayınlanmasına izn verilir.

 

Yorum yazmaq istəyirsinizmi?