Eskişehir: Prof. Dr. Zehtabi İlinin Üçüncü Konfransı Türk Dünyasının Kültür Başkəndində Keçirildi

tt2

Oyannews-a özəl: bazar günü Dekabr ayının ilk günündə Türkiyədə üçüncü defə olaraq Prof. Zehtabi ilini anma münsibəti ilə Türk dünyasının kültür başkəndi Eskişəhirdə konfrans keçirildi.

Oyannews-un müxbirinin raporuna görə, bazar günü Dekabr ayının 1-ində Prof. Zehtabinin anma konfransı Yunus Emrə kültür və sənət salonunda Eskişəhirdəki Azərbaycanlılar dərnəyinin təşəbbüsü ilə Türkiyənin Eskişəhirində keçirildi.

Bu konfrans bir çox Güney Azərbaycanlı aktivistin, Eskişəhirdə yaşayan Azərbaycanlı öyrəncilər, vətəndaşlar, Anadolu və Osman Gazi üniversitələrinin xocaları və Türkiyənin çeşidli dərnəkləri və partiyalarının qatılımı və iki məruzəçi Prof. Dr. Bilgəhan Atsız Gökdağ və Dr. Ənvər Uzunun çıxışları ilə gerçəkləşdi.

Prof. Dr. Bilgəhan Atsız Gökdağ Kırık Kale üniversitəsinin xocası Prof. Zehtabinin həyatı haqqında bir girişdən sonra Zehtabinin bəzi əsərləri haqqında danışdı.

“Salmas Ləhcəsi; Güney Azərbaycan Türkcəsi Haqqında Bir Araşdırma” adlı kitabının yazarı Prof. Zehtabinin Türk Dili və İran Türklərinin Tarixi adlı kitablarının adını çəkdikdən sonra Prof. Zehtabinin çalışma və araşdırmalarının çoxunun miladdan öncəki iltisaqi dilli millətlərin və bölgədə yaşayan Türklər və Azərbaycanlıların arasında olan əlaqəni kəşf etmək üçün olduğunu söylədi.

Kırık Kale üniversitəsinin sosial bilimlər institutunun müdürü və Türk Dili bölümünün bölüm başqanı Prof. Zehtabinin Türk dili və tarixi haqqında olan uzmanlığını vurğulayaraq onun Azərbaycanda Türk kimliyinin qalıcılığı yolundakı ayrı və özəl yerinə işarə etdi.

Kara Deniz araşdırma mərkəzinin başqanı sözlərinin ardında dedi: bilimsəl və təxəssüsi dərəcələrindən başqa Prof. Zehtabinin özəlliklərindən biri də onun başdan başa mübarizə dolu olan həyatıdır.

Prof. Bilgehan Atsız Gökdağ sonunda dedi ki, Azərbaycanın əski prezdenti Əbülfəzl Elçibəyin tarixi təfəkküründə Zehtabinin baxış açısına rastalaya bilərik.

Türkiyəli yazar, araşdırmaçı və qəzetəçi olan Ənvər Uzun, Prof. Zehtabinin qəzetəçilik fəalliyətlərinə işarə edərək Prof. Zehtabinin məqalələrinin yayınlandığı Azərbaycan, Ərk, Cavanlar və … kimi bir neçə qəzetə haqqında danışdı.

Prof. Zehtabinin “Kurani Kerim ve Etnikler”  kitabını Türkiyə Türkcəsinə çevirən Dr. Ənvər Uzun dedi: Prof. Zehtabinin düşüncəsinin dərinliyini anlamaq üçün onun yayınlanmış kitabları və məqalələrinin yanında jurnalistik fəaliyyətlərinə də diqqət edilməlidir.

Dr. Ənvər Uzun  Prof. Zehtabinin Azərbaycan folkloru haqqında olan fəaliyyətlərinə işarə edərək dedi: Zehtabinin tarix, dil, qəzetəçilik, folklor, piyes yazma və… kimi alanlarda çalışmaları onu bu alanların hər birinin uzmanı tanıtmağa səbəb olur.

Bu konfransda 6 yaşında olan Elin Cəliloğlu adlı Güney Azərbaycanlı qız uşağı Zehtabinin iki şeirini oxuyaraq salona özəl bir şövq və həyəcan qatdı.

Bu konfrans, qatılanların sual cavabı ilə sonlandırıldı.

Konfransın sonunda Eskişehir Azərbaycanlılar dərnəyinin başqanı Cavid Aydin plaket təqdim etməklə Prof. Bilgehan, Dr. Ənvər Uzun və Elin Cəliloğlundan təqdir etdi.

Bu konfransdan bir başa xəbərli olmaq üçün Türkiyənin TRT Haber, TRT World və Kanal 26 televiziya kanaları konfransda iştirak etmişdilər.

Daha öncə 28 sentiyabr 2013 və 21 Aprel 2013 tarixlərində Türkiyənin Ankara və İzmir şəhərlərində eyni mövzuda ilgililərin qatılımı ilə konfranslar düzənlənmişdi.

Bu konfrans 2013-cü ilin Prof. Zehtabi ili adlandırılması münasibəti ilə düzənlənmişdilər.

tt4

tt3 tt1

Yorum yazmaq istəyirsinizmi?