İki Azərbaycanlı fəal həbs edilib

44444

OyanNews : Rəsul Rəzəvi ve İsrafil Sultani, iki Azərbaycanlı fəal həbs edilib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları dekabrın 4-də səhər saatlarında Rəsul Rəzəvini evində həbs ediblər. Təbrizli fəalın saxlanılmasının səbəbi məlum deyil.

Rəsul Rəzəvi bundan əvvəl 2010-cu il aprelin 2-də Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyinə görə Şəhid Kələntəri körpüsündə yüzdən çox azərbaycanlı fəalla birgə həbs edilib. O, 2011-ci ilin oktyabrında işdən evə qayıdarkən ETTELAAT əməkdaşları tərəfindən tutulub və 16 gün saxlanıldıqdan sonra 30 milyon tümən qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Bundan əlavə, ETTELAAT əməkdaşları dekabrın 1-də Tehran vilayətinin Gülüstan şəhərinin sakini İsrafil Sultanianı iş yerində həbs edib. ETTELAAT-ın Gülüstan şəhərindəki təcridxanasına salınan azərbaycanlı fəalın şəxsi əşyaları, kitabları, bukletləri, hətta türkcəyə çevirdiyi “Quran” kitabı müsadirə edilib. İ.Sultanianın Məhərrəm ayının Tasua günündə Tehran vilayətinin Gülüstan, İslamşəhr və Əkbərabad şəhərlərində ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqda yazılı vərəqələr paylaması səbəbindən həbs edildiyi ehtimal olunur.

Qeyd edək ki, azərbaycanlı fəal yerimək qabiliyyətini itirdiyindən əlil arabasından istifadə edir. İ.Sultanian 2007-ci ildə 2006-cı il 22 may hadisələrinin ildönümündə Ərdəbil şəhərində həbs edilmişdi.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?