Ərdəbil vilayətində kütləvi zəhərlənmə baş verib

meshgin1

OYANNEWS: İranın Ərdəbil vilayətində kütləvi zəhərlənmə baş verib. APA-ın “Oyannews”a istinadən verdiyi məlumata görə, hadisə dekabrın 23-də yerli vaxtla gecə saat 23:00-da Meşkinşəhr (Xiyov) şəhərindən 5 kilometr məsafədə yerləşən Məzrəxələf, Əhmədava və Hıq kəndlərində olub.

Nəticədə hər üç kəndin onlarla sakini Xiyov şəhərinin xəstəxanalarına köçürülüblər.

Hazırda onlardan üçünün vəziyyətinin ağır olduğu və xəstəxananın reanimasiya şöbəsində olduqları bildirilir. Xəbərdə həmçinin bəzi xəstələrin Xiyov xəstəxanasında müalicə imkanı olmaması səbəbindən Ərdəbil şəhərinin xəstəxanasına köçürüldüyü qeyd edilir. Bölgədə ən çox zərər çəkmiş Hıq kəndidir.

Xiyov şəhər İcra Hakimiyyətinin başçısı Həmid İbadullahi isə bildirib ki, kütləvi zəhərlənməyə havadakı pis qoxu səbəb olub. Bəzi mənbələr isə həmin qoxunun kimyəvi maddə olduğunu açıqlayıblar. Hazırda İran polisi həmin üç kəndə giriş-çıxışı tamamilə bağlayıb. Mütəxəssislər bölgədə araşdırma aparırlar. Hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. İran xəbər agentlikləri isə zəhərlənən sakinlərin sayı ilə bağlı müxtəlif rəqəmlər yazıblar.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?